https://sputnik.az/20221120/qazaxistanda-seckiler-yuksek-seviyyede-teskil-olunub---rusiya-msk-uzvu-448763334.html
Qazaxıstanda seçkilər yüksək səviyyədə təşkil olunub - Rusiya MSK üzvü
Qazaxıstanda seçkilər yüksək səviyyədə təşkil olunub - Rusiya MSK üzvü
Sputnik Azərbaycan
Bu gün Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir. 20.11.2022, Sputnik Azərbaycan
2022-11-20T10:09+0400
2022-11-20T10:09+0400
2022-11-20T10:09+0400
dünya xəbərləri
qazaxıstan
seçki
https://cdnn1.img.sputnik.az/img/07e6/06/05/442556882_0:104:2000:1229_1920x0_80_0_0_2de19b5616d64c8e5d7cdb6d9be806cf.jpg
BAKI, 20 noyabr - Sputnik. Qazaxıstanda prezident seçkilərində səsvermə zamanı heç bir problem yoxdur, bütün seçki məntəqələri açıqdır, təşkilatçılıq yüksək səviyyədədir. Bunu RİA Novosti-yə Rusiya Mərkəzi Seçki Komissiyasının üzvü Yevgeni Kolyuşin deyib. Qeyd edək ki, o, beynəlxalq müşahidəçi qismində seçkilərdə iştirak edir.Noyabrın 20-də Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir. Prezidentlik uğrunda hazırkı dövlət başçısı Qasım-Jomart Tokayev də daxil olmaqla altı namizəd mübarizə aparır.“Əla gedir, bütün seçki məntəqələri açıqdır, insanlar gəlir, ona görə də heç bir problem görmürəm”, deyə Kolyuşin bildirib.Onun sözlərinə görə, səsvermənin təşkili yüksək səviyyədədir.“Hiss olunur ki, bu hadisə insanlar tərəfindən ümumxalq tədbiri kimi qəbul edilir və komissiyalar fəal işləyir, digər təşkilatlar da qoşulub”, - deyə Rusiya MSK-nın üzvü bildirib.O həmçinin qeyd edib ki, müşahidə zamanı heç bir qanun pozuntusu aşkar etməyib."Bu qədər çox insan olanda mütləq qayda pozuntuları olacaq, amma mən, məsələn, heç nə tapmadım", - deyə Kolyuşin bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/05/442556882_112:0:1889:1333_1920x0_80_0_0_5fa17ba66dd15f2bc52355307ef6e02d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qazaxıstan, seçki
Qazaxıstanda seçkilər yüksək səviyyədə təşkil olunub - Rusiya MSK üzvü
Bu gün Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir.
BAKI, 20 noyabr - Sputnik. Qazaxıstanda prezident seçkilərində səsvermə zamanı heç bir problem yoxdur, bütün seçki məntəqələri açıqdır, təşkilatçılıq yüksək səviyyədədir. Bunu RİA Novosti-yə Rusiya Mərkəzi Seçki Komissiyasının üzvü Yevgeni Kolyuşin deyib. Qeyd edək ki, o, beynəlxalq müşahidəçi qismində seçkilərdə iştirak edir.
Noyabrın 20-də Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir. Prezidentlik uğrunda hazırkı dövlət başçısı Qasım-Jomart Tokayev də daxil olmaqla altı namizəd mübarizə aparır.
“Əla gedir, bütün seçki məntəqələri açıqdır, insanlar gəlir, ona görə də heç bir problem görmürəm”, deyə Kolyuşin bildirib.
Onun sözlərinə görə, səsvermənin təşkili yüksək səviyyədədir.
“Hiss olunur ki, bu hadisə insanlar tərəfindən ümumxalq tədbiri kimi qəbul edilir və komissiyalar fəal işləyir, digər təşkilatlar da qoşulub”, - deyə Rusiya MSK-nın üzvü bildirib.
O həmçinin qeyd edib ki, müşahidə zamanı heç bir qanun pozuntusu aşkar etməyib.
"Bu qədər çox insan olanda mütləq qayda pozuntuları olacaq, amma mən, məsələn, heç nə tapmadım", - deyə Kolyuşin bildirib.