CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Pis" xolesterinin düşməni - Brokkoli

© pixabay / jackmac34Brokkoli
Brokkoli - Sputnik Azərbaycan, 1920, 20.11.2022
Abunə olmaq
Dovşanlar üzərində aparılan tədqiqatlar göstərib ki, sulforafa bu heyvanların qan damarlarının funksiyasını yaxşılaşdırdırır.
BAKI, 20 noyabr - Sputnik. İnsult və ürək xəstəliklərinin tez-tez rast gəlinən səbəblərindən biri qandakı "pis" xolesterinin yüksək səviyyəsidir. Lakin xolesterinin səviyyəsini təhlükə zonasından çıxarmaq çətindir. Belə ki, bunun üçün çox vaxt dərman qəbul etmək, bəzi pis vərdişlərdən imtina etmək və ümumiyyətlə həyat tərzinin əsaslı şəkildə yenidən gözdən keçirmək tələb olunur.
“MedikForum” saytı diyetoloq İqor Strokova istinadən xəbər verir ki, bu işi asanlaşdırmaq üçün bir neçə yol var - bunlardan da biri sulforafanın qəbul edilməsidir:
"Bir çox yarpaqlı yaşıl tərəvəzlərdə olan kükürdlə zəngin birləşmə "pis" xolesterinin "əhəmiyyətli" dərəcədə azalmasına səbəb ola bilər", - deyə həkim bildirib.
Brokkoli sulforafanla zəngin bir neçə qidadan biridir. Bu qida məhsulu xolesterini azaldan pəhrizi əla tamamlayır.
© pixabay / Gerd AltmannBaş ağrısı, arxiv şəkli
Головная боль - Sputnik Azərbaycan, 1920, 19.11.2022
Baş ağrısı, arxiv şəkli
Trigliseridlər qandakı daha bir piy növüdür və əsas enerji mənbəyidir, lakin onların həddindən çox olmağı da ürək xəstəlikləri riskini artıra bilər.
Yüksək trigliserid səviyyəsinin ürək xəstəliyi, qan damarı xəstəliyi riskini artırdığı məlumdur və çox yüksək trigliserid səviyyəsi pankreatit kimi ciddi xəstəliklərə səbəb ola bilər.
Tədqiqatçılar, həmçinin sulforafanın ev dovşanlarının qan damarlarının funksiyasını yaxşılaşdırdığına fikir veriblər. Bu, həmçinin ev dovşanlarının qan damarlarında iltihab əlamətlərini azaldıb.
Xəbər lenti
0