DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Millət vəkili: "İnsanların seçkilərə yüksək marağı hiss olunur"

© Photo : TRENDNaqif Həmzəyev- Milli Məclisin Gəncədən seçilmiş üzvü
Naqif Həmzəyev- Milli Məclisin Gəncədən seçilmiş üzvü - Sputnik Azərbaycan, 1920, 20.11.2022
Abunə olmaq
Seçkiləri müşahidə edən Azərbaycan parlamentinin deputatı bildirib ki, prezidentin 7 illik müddətə və bir dəfə seçilə bilməsi insanlarda çox fərqli əhval yaradıb
BAKI, 20 noyabr - Sputnik. Qazaxıstanda prezident seçiləri çox fərqli əhval-ruhiyyədə baş tutur. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Qazaxıstanda keçirilən prezident seçkilərini müşahidə edən Azərbaycan parlamentinin deputatı Naqif Həmzəyev bildirib.
"Biz burada MDB ölkələrinin Parlament Assambleyasının formalaşdırdığı beynəlxalq müşahidəçilər olaraq iştirak edirik. Seçkilər zamanı bütün namizədlərin qərargahlarında olduq, onların seçki platformaları və fəaliyyətləri ilə yaxında tanış olduq" -deyə milllət vəkili qeyd edib.
Onun sözlərinə görə, xüsusilə də bu seçkilərin referendumdan sonra yeni qaydalara uyğun olaraq keçirilməsi, yəni prezidentin 7 illik müddətə və bir dəfə seçilə bilməsi insanlarda çox fərqli əhval yaradıb: "Səhər erkən saatlardan seçiləri müşahidə edirik, insanların seçkilərə yüksək marağı hiss olunur. Bu saata olan məlumata görə, ümumi iştirak 51 faizdən çxodur. Seçkiləri müşahidə etdiyimiz zaman ərzində ciddi bir nöqsanla qarşılaşmamışıq. Ümid edirik ki, seçkilər Qazaxıstan xalqının istədiyi kimi nəticələnəcək".
Xəbər lenti
0