DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Amerikalılar ABŞ-ın əvvəlki administrasiyasının siyasətini qaytarmaq istəyirlər

© AP Photo / Charles KrupaABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens
ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens - Sputnik Azərbaycan, 1920, 20.11.2022
Abunə olmaq
Pens, Bayden administrasiyanın uğursuz siyasətlərinə misal kimi ABŞ qoşunlarının Əfqanıstandan “fəlakətli” çıxarılmasını, iqtisadiyyatın hazırda içində olduğunu dediyi tənəzzülü, hökumətin həddən artıq xərcləməsini və “son 40 ilin ən pis inflyasiyasını” göstərib.
BAKI, 20 noyabr - Sputnik. ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens CBS telekanalına müsahibəsində deyib ki, amerikalılar ABŞ-ın əvvəlki administrasiyasının siyasətini geri qaytarmaq istəyirlər.
"Son iki il ərzində olduğum hər yerdə insanlar mənə o (əvvəlki - red.) administrasiyanın siyasətini geri qaytarmaq istədiklərini söylədilər. Tramp-Pens administrasiyası Amerika xalqına kömək edirdi", - o deyib.
Pens, Baydenin başçılıq etdiyi hazırkı administrasiyanın uğursuz siyasətlərinə misal kimi ABŞ qoşunlarının Əfqanıstandan “fəlakətli” çıxarılmasını, iqtisadiyyatın hazırda içində olduğunu dediyi tənəzzülü, hökumətin həddən artıq xərcləməsini və “son 40 ilin ən pis inflyasiyasını” göstərib.
"Mən həqiqətən inanıram ki, zaman ölkəmizi birləşdirə biləcək liderliyə çağırır", - Pens deyib.
Eyni zamanda o, Respublikaçılar Partiyasının praymerizlərində Donald Trampı dəstəkləməyə hazır olub-olmadığını dəqiqləşdirməyib və qeyd edib ki, onun siyasi həmfikirləri keçmiş dövlət başçısından “daha ​​yaxşı seçkilər keçiriblər”.
Daha əvvəl Pens 2024-cü il seçkilərində özünün də iştirakını istisna etməyib. Pens Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürmək qərarını elan edən Trampla tandemdə işləyib.
Xəbər lenti
0