https://sputnik.az/20221119/yeni-acilacaq-sefirlikler-diplomatik-seylerimizi-daha-da-guclendirecek---xn-448746487.html
Yeni açılacaq səfirliklər diplomatik səylərimizi daha da gücləndirəcək - XİN
Yeni açılacaq səfirliklər diplomatik səylərimizi daha da gücləndirəcək - XİN
Sputnik Azərbaycan
"Milli Məclis Albaniyada, İsraildə, Keniyada səfirliklərin, BMT-nin Nayrobi ofisində Daimi Nümayəndəliyin, Fələstində Təmsilçilik Ofisi açılması haqqında qanun... 19.11.2022, Sputnik Azərbaycan
2022-11-19T13:29+0400
2022-11-19T13:29+0400
2022-11-19T13:54+0400
siyasət
azərbaycan xin
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443300809_0:160:3072:1888_1920x0_80_0_0_bc07fb75329a46e0b92abb16535c4e85.jpg
BAKI, 19 noyabr-Sputnik. "Yeni diplomatik nümayəndəliklər diplomatik səylərimizi daha da gücləndirəcək". Bunu Azərbaycan Xarici İşlər Nazirliyi "Twitter"də bildirib."Milli Məclis Albaniyada, İsraildə, Keniyada səfirliklərin, BMT-nin Nayrobi ofisində Daimi Nümayəndəliyin, Fələstində Təmsilçilik Ofisi açılması haqqında qanun layihələrini təsdiqləyib. Yeni diplomatik nümayəndəliklər diplomatik səylərimizi daha da gücləndirəcək", deyə paylaşımda bildirilir.Xatırladaq ki, dünən Milli Məclisin iclasında gündəliyin sonuncu 5 məsələsi Azərbaycan Respublikasının xarici dövlətlərdə səfirlik və nümayəndəliklərinin təsis edilməsi barədə olub və bir oxunuşda təsdiqlənib.Parlamentin komitə sədri Səməd Seyidov Azərbaycan Respublikasının Albaniya Respublikasında (Tirana şəhərində), İsrail Dövlətində (Təl-Əviv şəhərində), Keniya Respublikasında (Nayrobi şəhərində) səfirliklərinin, Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin, həmçinin Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin təsis edilməsi haqqında qanun layihələri barədə məlumat verib. Komitə sədri bildirib ki, yeni səfirlik və nümayəndəliklərin yaradılması ölkəmizin beynəlxalq əlaqələrini daha da gücləndirəcək.Beş qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443300809_171:0:2902:2048_1920x0_80_0_0_a41f024457513d606a08e05161350930.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycan xin
Yeni açılacaq səfirliklər diplomatik səylərimizi daha da gücləndirəcək - XİN
13:29 19.11.2022 (Yenilənib: 13:54 19.11.2022) "Milli Məclis Albaniyada, İsraildə, Keniyada səfirliklərin, BMT-nin Nayrobi ofisində Daimi Nümayəndəliyin, Fələstində Təmsilçilik Ofisi açılması haqqında qanun layihələrini təsdiqləyib.
BAKI, 19 noyabr-Sputnik. "Yeni diplomatik nümayəndəliklər diplomatik səylərimizi daha da gücləndirəcək". Bunu Azərbaycan Xarici İşlər Nazirliyi "Twitter"də bildirib.
"Milli Məclis Albaniyada, İsraildə, Keniyada səfirliklərin, BMT-nin Nayrobi ofisində Daimi Nümayəndəliyin, Fələstində Təmsilçilik Ofisi açılması haqqında qanun layihələrini təsdiqləyib. Yeni diplomatik nümayəndəliklər diplomatik səylərimizi daha da gücləndirəcək", deyə paylaşımda bildirilir.
Xatırladaq ki, dünən Milli Məclisin iclasında gündəliyin sonuncu 5 məsələsi Azərbaycan Respublikasının xarici dövlətlərdə səfirlik və nümayəndəliklərinin təsis edilməsi barədə olub və bir oxunuşda təsdiqlənib.
Parlamentin komitə sədri Səməd Seyidov Azərbaycan Respublikasının Albaniya Respublikasında (Tirana şəhərində), İsrail Dövlətində (Təl-Əviv şəhərində), Keniya Respublikasında (Nayrobi şəhərində) səfirliklərinin, Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin, həmçinin Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin təsis edilməsi haqqında qanun layihələri barədə məlumat verib. Komitə sədri bildirib ki, yeni səfirlik və nümayəndəliklərin yaradılması ölkəmizin beynəlxalq əlaqələrini daha da gücləndirəcək.
Beş qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib.