https://sputnik.az/20221119/sehid-ailelerine-ve-muharibe-elillerine-ne-qeder-menzil-verilib-448749934.html
Şəhid ailələrinə və müharibə əlillərinə nə qədər mənzil verilib?
Şəhid ailələrinə və müharibə əlillərinə nə qədər mənzil verilib?
Sputnik Azərbaycan
Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatı tədbirləri çərçivəsində onlara postmüharibə dövründə 300-dən çox, ümumilikdə ötən dövrdə... 19.11.2022, Sputnik Azərbaycan
2022-11-19T20:50+0400
2022-11-19T20:50+0400
2022-11-19T20:51+0400
mənzil
cəmiyyət
şəhid ailələri
müharibə
əlil
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/1a/425571919_0:0:3081:1733_1920x0_80_0_0_1780cff998e117ff0d26b191da9de6d0.jpg
BAKI, 19 noyabr-Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gəncə şəhərində şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 30 mənzil təqdim edilib.Mənzil İnşaatı Dövlət Agentliyinin Gəncə yaşayış kompleksində yerləşən tam təmirli mənzillərdə ailələrin rahat yaşaması üçün hər cür şərait yaradılıb.Mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov iştirak ediblər.Tədbirdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarına uyğun olaraq şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin genişmiqyaslı sosial dəstək tədbirləri ilə əhatə olunduğu vurğulanıb.Bu tədbirlər çərçivəsində artıq 119 min şəxsə sosial dəstəkyönümlü 249 min xidmət göstərildiyi bildirilib.Qeyd olunub ki, 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4100-ə yaxın, ümumilikdə ötən dövrdə 13 mindən çox mənzil və fərdi ev təqdim edilib.2022-ci il üzrə də 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, artıq 1100-ə yaxını təqdim edilib.Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatı tədbirləri çərçivəsində onlara postmüharibə dövründə 300-dən çox, ümumilikdə ötən dövrdə 7500-dən artıq avtomobil verilib.Yeni mənzillə təmin olunan şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər daima dövlət qayğısı ilə əhatə olunduqlarına, bu gün isə mənzillə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/1a/425571919_172:0:2903:2048_1920x0_80_0_0_091a983c601c5b9f5aa759b37acd8775.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
mənzil, şəhid ailələri, müharibə, əlil, azərbaycan
mənzil, şəhid ailələri, müharibə, əlil, azərbaycan
Şəhid ailələrinə və müharibə əlillərinə nə qədər mənzil verilib?
20:50 19.11.2022 (Yenilənib: 20:51 19.11.2022) Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatı tədbirləri çərçivəsində onlara postmüharibə dövründə 300-dən çox, ümumilikdə ötən dövrdə 7500-dən artıq avtomobil verilib.
BAKI, 19 noyabr-Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gəncə şəhərində şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 30 mənzil təqdim edilib.
Mənzil İnşaatı Dövlət Agentliyinin Gəncə yaşayış kompleksində yerləşən tam təmirli mənzillərdə ailələrin rahat yaşaması üçün hər cür şərait yaradılıb.
Mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov iştirak ediblər.
Tədbirdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarına uyğun olaraq şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin genişmiqyaslı sosial dəstək tədbirləri ilə əhatə olunduğu vurğulanıb.
Bu tədbirlər çərçivəsində artıq 119 min şəxsə sosial dəstəkyönümlü 249 min xidmət göstərildiyi bildirilib.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4100-ə yaxın, ümumilikdə ötən dövrdə 13 mindən çox mənzil və fərdi ev təqdim edilib.
2022-ci il üzrə də 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, artıq 1100-ə yaxını təqdim edilib.
Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatı tədbirləri çərçivəsində onlara postmüharibə dövründə 300-dən çox, ümumilikdə ötən dövrdə 7500-dən artıq avtomobil verilib.
Yeni mənzillə təmin olunan şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər daima dövlət qayğısı ilə əhatə olunduqlarına, bu gün isə mənzillə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.