https://sputnik.az/20221119/gelen-il-orta-ayliq-pensiyalarin-423-manat-olacagi-gozlenilir---cedvel-448735999.html
Gələn il orta aylıq pensiyaların 423 manat olacağı gözlənilir - CƏDVƏL
Gələn il orta aylıq pensiyaların 423 manat olacağı gözlənilir - CƏDVƏL
Sputnik Azərbaycan
Yeni qanun layihəsinə əsasən, gələn il üzrə pensiyaların ödənişi üçün ayrılan vəsaitin bu ilkinə nisbətən 650 milyon manat və ya 12 faiz çox olacağı... 19.11.2022, Sputnik Azərbaycan
2022-11-19T21:28+0400
2022-11-19T21:28+0400
2022-11-19T22:12+0400
pensiya
iqtisadiyyat
vəsait
manat
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42279/64/422796452_0:0:3232:1819_1920x0_80_0_0_67ac6a74c93030bf1fdb5d1aee0a390e.jpg
BAKI, 19 noyabr - Sputnik. Cari ilin yanvar-oktyabr aylarında pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 12 faiz artaraq 371 manata çatıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.O cümlədən, yaşa görə pensiyaların orta aylıq məbləği 11 faiz artaraq 399 manat təşkil edib.2022-ci ilin 10 ayında pensiyaların ödənişinə yönəldilən vəsaitin həcmi 7 faiz və ya 270 mln. manat artaraq 4 mlrd. 114 mln. manat olub.Yeni qanun layihəsinə əsasən, gələn il üzrə pensiyaların ödənişi üçün ayrılan vəsaitin bu ilkinə nisbətən 650 milyon manat və ya 12 faiz çox olacağı gözlənilir.Gələn il pensiyaların orta aylıq məbləğinin bu ilkindən 14 faiz çox olmaqla 423 manat, yaşa görə pensiyaların orta aylıq məbləğinin isə bu ilkindən 14,5 faiz çox olmaqla 456 manat olacağı proqnozzlaşdırılır.Xatırladaq ki, əvvəlki illərdə olduğu kimi, 2023-cü ilin dövlət büdcəsi də sosialyönlü olaraq proqnozlaşdırılmışdır.2023-cü ildə bu məqsədlə 15,2 milyard manat vəsait nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 1,3 milyard manat və ya 9,3 faiz çoxdur.Növbəti ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artaraq 246 manat nəzərdə tutulur. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşmiş olacaq.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42279/64/422796452_426:0:3157:2048_1920x0_80_0_0_be4b26824a6ea50ba96f8174a2d5f1b7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
pensiya, vəsait, manat, azərbaycan
pensiya, vəsait, manat, azərbaycan
Gələn il orta aylıq pensiyaların 423 manat olacağı gözlənilir - CƏDVƏL
21:28 19.11.2022 (Yenilənib: 22:12 19.11.2022) Yeni qanun layihəsinə əsasən, gələn il üzrə pensiyaların ödənişi üçün ayrılan vəsaitin bu ilkinə nisbətən 650 milyon manat və ya 12 faiz çox olacağı gözlənilir.
BAKI, 19 noyabr - Sputnik. Cari ilin yanvar-oktyabr aylarında pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 12 faiz artaraq 371 manata çatıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.
O cümlədən, yaşa görə pensiyaların orta aylıq məbləği 11 faiz artaraq 399 manat təşkil edib.
2022-ci ilin 10 ayında pensiyaların ödənişinə yönəldilən vəsaitin həcmi 7 faiz və ya 270 mln. manat artaraq 4 mlrd. 114 mln. manat olub.
Yeni qanun layihəsinə əsasən, gələn il üzrə pensiyaların ödənişi üçün ayrılan vəsaitin bu ilkinə nisbətən 650 milyon manat və ya 12 faiz çox olacağı gözlənilir.
Gələn il pensiyaların orta aylıq məbləğinin bu ilkindən 14 faiz çox olmaqla 423 manat, yaşa görə pensiyaların orta aylıq məbləğinin isə bu ilkindən 14,5 faiz çox olmaqla 456 manat olacağı proqnozzlaşdırılır.
Xatırladaq ki, əvvəlki illərdə olduğu kimi, 2023-cü ilin dövlət büdcəsi də sosialyönlü olaraq proqnozlaşdırılmışdır.
2023-cü ildə bu məqsədlə 15,2 milyard manat vəsait nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 1,3 milyard manat və ya 9,3 faiz çoxdur.
Növbəti ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artaraq 246 manat nəzərdə tutulur. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşmiş olacaq.