SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan qonşu ölkə ilə sülh istiqamətində müəyyən addımlar atır - Səfir

© Photo : MFA AzerbaijanFransa XİN-in nümayəndəsinin Azərbaycan səfiri ilə nəzakət görüşündə olub
Fransa XİN-in nümayəndəsinin Azərbaycan səfiri ilə nəzakət görüşündə olub - Sputnik Azərbaycan, 1920, 19.11.2022
Abunə olmaq
L.Abdullayeva Azərbaycanın elçisi qismində bölgədəki reallıqlarla bağlı Fransanı məlumatlandırmaq, Azərbaycanın mövqeyini eşitdirmək üçün səylərini əsirgəməyəcəyini qeyd edib.
BAKI, 19 noyabr - Sputnik. Azərbaycanın siyasi iradəsi ilə son 10 il ərzində ölkəmizin Fransa ilə çox yaxşı əməkdaşlıq münasibətləri olub. Təəssüflər olsun ki, münasibətlərimiz son vaxtlar çətin anlar yaşayır.
Azərtac xəbər verir ki, bu fikirləri Azərbaycanın Fransadakı yeni səfiri Leyla Abdullayeva onunla nəzakət görüşünə gəlmiş Fransa Avropa və Xarici İşlər Nazirliyinin dövlət protokolu idarəsinin direktor müavini, xarici əlaqələr üzrə müşavir Brüno Bissonla görüşdə deyib.
© Photo : MFA AzerbaijanFransa XİN-in nümayəndəsinin Azərbaycan səfiri ilə nəzakət görüşündə olub
Fransa XİN-in nümayəndəsinin Azərbaycan səfiri ilə nəzakət görüşündə olub - Sputnik Azərbaycan, 1920, 19.11.2022
Fransa XİN-in nümayəndəsinin Azərbaycan səfiri ilə nəzakət görüşündə olub
Səfir bildirib ki, ərazilərinin bir hissəsi Ermənistan tərəfindən işğal edildiyinə görə Azərbaycan 30 il işğaldan əziyyət çəkib. Artıq öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan qonşu ölkə ilə sülh və münasibətlərin normallaşması istiqamətində müəyyən addımlar atır. Bu gün sülh gündəliyinin irəli aparılması üçün digər ölkələrin dəstəyinə ehtiyac var.
Azərbaycanın səfiri etimadnaməsinin surətini B.Bissona təqdim edib.
Daha sonra L.Abdullayeva Azərbaycanın elçisi qismində bölgədəki reallıqlarla bağlı Fransanı məlumatlandırmaq, Azərbaycanın mövqeyini eşitdirmək, iki tərəfli münasibətlərin inkişafına töhfə vermək üçün səylərini əsirgəməyəcəyini qeyd edib və bu məqsədlərə nail olmaq üçün Fransa hökumətinin dəstəyini əldə edəcəyinə ümid ifadə edib.
© Photo : MFA AzerbaijanFransa XİN-in nümayəndəsinin Azərbaycan səfiri ilə nəzakət görüşündə olub
Fransa XİN-in nümayəndəsinin Azərbaycan səfiri ilə nəzakət görüşündə olub - Sputnik Azərbaycan, 1920, 19.11.2022
Fransa XİN-in nümayəndəsinin Azərbaycan səfiri ilə nəzakət görüşündə olub
Fransa XİN-in nümayəndəsi B. Bisson səfir L.Abdullayevaya iki ölkə arasında əlaqələrin daha da inkişafı sahəsindəki fəaliyyətində uğurlar arzulayıb.
Görüşdən sonra B.Bisson Azərbaycan Respublikası səfirliyinin Mədəniyyət Mərkəzindəki Azərbaycan muzeyini ziyarət edib.
Xəbər lenti
0