https://sputnik.az/20221119/azerbaycan-ordusunda-ictimai-siyasi-hazirliq-mesgeleleri-kecirilir-foto-448736705.html
Azərbaycan Ordusunda ictimai-siyasi hazırlıq məşğələləri keçirilir-FOTO
Azərbaycan Ordusunda ictimai-siyasi hazırlıq məşğələləri keçirilir-FOTO
Sputnik Azərbaycan
Qeyd edilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2022-ci ilin hazırlıq planına uyğun olaraq hərbi qulluqçuların... 19.11.2022, Sputnik Azərbaycan
2022-11-19T10:53+0400
2022-11-19T10:53+0400
2022-11-19T10:57+0400
ordu
hərbi
müdafiə nazirliyi
təlim
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/13/448736296_0:64:958:603_1920x0_80_0_0_347cd18f19b601eb124f4ad0c4013dda.jpg
BAKI, 19 noyabr-Sputnik. Azərbaycan Ordusunda hərbi qulluqçular ilə ictimai-siyasi hazırlıq məşğələləri keçirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.Qeyd edilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2022-ci ilin hazırlıq planına uyğun olaraq hərbi qulluqçuların maarifləndirilməsi üzrə tədbirlər davam etdirilir.Məşğələlərdə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çıxışlarında Azərbaycan Ordusu haqqında səsləndirdiyi fikirlər şəxsi heyətə çatdırılır, eyni zamanda, Azərbaycan Prezidentinin diplomatik fəaliyyətinin tarixi əhəmiyyəti barədə ətraflı məlumat verilir.Azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla aparılan söhbətlər zamanı bu ərazilərin tarixindən, həmçinin Vətən müharibəsi zamanı işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında hərbi qulluqçuların göstərdikləri qəhrəmanlıq nümunələrindən bəhs edilir.Hərbi qulluqçularla keçirilən tərbiyəvi iş və siyasi məlumatlandırma saatlarında, eləcə də asudə vaxtlarda maarifləndirici söhbətlər, ətraflı fikir mübadiləsi aparılır, onları maraqlandıran suallar cavablandırılır və xidmətləri ilə bağlı lazımi tövsiyələr verilir.Quru Qoşunlarında döyüş atışlı taktiki təlimlər keçirilibQeyd edək ki, dünən cari ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının motoatıcı bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib.Təlimlərə cəlb olunan bölmələr praktiki fəaliyyətləri yerinə yetiriblər.Bölmələr döyüş texnikası üzərində müxtəlif irəliləmə üsullarını məşq etdiriblər və təyin olunmuş marşrutla hərəkət edərək şərti düşmən mövqelərinə yaxınlaşmaq, eləcə də aşkar olunan hədəflərin məhv edilməsi üzrə tapşırıqları uğurla yerinə yetiriblər.Vətən müharibəsində və müasir döyüş əməliyyatlarında qazanılan təcrübələr nəzərə alınmaqla keçirilən təlimlərin əsas məqsədi motoatıcı bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi, o cümlədən şəxsi heyətin səhra və praktiki vərdişlərinin inkişaf etdirilməsidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/13/448736296_34:0:924:667_1920x0_80_0_0_5ce2f4e8dafdc528b9f8566c821e21de.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
ordu, müdafiə nazirliyi, təlim
ordu, müdafiə nazirliyi, təlim
Azərbaycan Ordusunda ictimai-siyasi hazırlıq məşğələləri keçirilir-FOTO
10:53 19.11.2022 (Yenilənib: 10:57 19.11.2022) Qeyd edilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2022-ci ilin hazırlıq planına uyğun olaraq hərbi qulluqçuların maarifləndirilməsi üzrə tədbirlər davam etdirilir.
BAKI, 19 noyabr-Sputnik. Azərbaycan Ordusunda hərbi qulluqçular ilə ictimai-siyasi hazırlıq məşğələləri keçirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2022-ci ilin hazırlıq planına uyğun olaraq hərbi qulluqçuların maarifləndirilməsi üzrə tədbirlər davam etdirilir.
Məşğələlərdə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çıxışlarında Azərbaycan Ordusu haqqında səsləndirdiyi fikirlər şəxsi heyətə çatdırılır, eyni zamanda, Azərbaycan Prezidentinin diplomatik fəaliyyətinin tarixi əhəmiyyəti barədə ətraflı məlumat verilir.
Azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla aparılan söhbətlər zamanı bu ərazilərin tarixindən, həmçinin Vətən müharibəsi zamanı işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında hərbi qulluqçuların göstərdikləri qəhrəmanlıq nümunələrindən bəhs edilir.
Hərbi qulluqçularla keçirilən tərbiyəvi iş və siyasi məlumatlandırma saatlarında, eləcə də asudə vaxtlarda maarifləndirici söhbətlər, ətraflı fikir mübadiləsi aparılır, onları maraqlandıran suallar cavablandırılır və xidmətləri ilə bağlı lazımi tövsiyələr verilir.
Quru Qoşunlarında döyüş atışlı taktiki təlimlər keçirilib
Qeyd edək ki, dünən cari ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının motoatıcı bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib.
Təlimlərə cəlb olunan bölmələr praktiki fəaliyyətləri yerinə yetiriblər.
Bölmələr döyüş texnikası üzərində müxtəlif irəliləmə üsullarını məşq etdiriblər və təyin olunmuş marşrutla hərəkət edərək şərti düşmən mövqelərinə yaxınlaşmaq, eləcə də aşkar olunan hədəflərin məhv edilməsi üzrə tapşırıqları uğurla yerinə yetiriblər.
Vətən müharibəsində və müasir döyüş əməliyyatlarında qazanılan təcrübələr nəzərə alınmaqla keçirilən təlimlərin əsas məqsədi motoatıcı bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi, o cümlədən şəxsi heyətin səhra və praktiki vərdişlərinin inkişaf etdirilməsidir.