https://sputnik.az/20221118/sgaldan-azad-edilmis-erazinin-rezidentleri-vergilerden-azad-edilecek-448707110.html
İşğaldan azad edilmiş ərazinin rezidentləri vergilərdən azad ediləcək
İşğaldan azad edilmiş ərazinin rezidentləri vergilərdən azad ediləcək
Sputnik Azərbaycan
Milli Məclisdə Vergi Məcəlləsinə dəyişikliklər səsə qoyularaq birinci oxunuşda qəbul edilib. 18.11.2022, Sputnik Azərbaycan
2022-11-18T15:01+0400
2022-11-18T15:01+0400
2022-11-18T15:01+0400
işğaldan azad edilmiş ərazilər
cəmiyyət
vergi məcəlləsi
milli məclis
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1b/444411512_0:212:2888:1837_1920x0_80_0_0_7be9304bb74fa562f296a80ec86a9371.jpg
BAKI, 18 noyabr - Sputnik. İşğaldan azad edilmiş ərazilər üzrə vergi təşviqləri veriləcək.Vergi Məcəlləsinə bununla bağlı yeni fəslin əlavə edilməsi təklif olunur.Əlavədə işğaldan azad edilmiş ərazinin rezidentlərinin 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilməsi, habelə bu azadolmanın işğaldan azad edilmiş ərazinin rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə də şamil edilməsi nəzərdə tutulur.Bununla yanaşı, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazinin rezidentləri tərəfindən istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalının 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azad edilməsi, hüquqi şəxslərin səhmdarlarının dividend gəlirlərinin 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad edilməsi və bir sıra digər güzəştlər təklif olunur.Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişikliklər səsə qoyularaq birinci oxunuşda qəbul edilib.Qeyd edək ki, Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev bildirib ki, Prezidentin "İşğaldan azad olunmuş ərazilərdə iqtisadi inkişafın surətlənməsinə dair" fərmanı ilə qarşıya bir sıra tapşırıqlar qoyulub: "Əsas vəzifələr ondan ibarətdir ki, işğaldan azad olunmuş ərazilərdə istehsal və emal, eyni zamanda xidmət infrastrukturunun yaradılması və bu sahədə iqtisadi və əmək resusrlarının səmərəli istifadə olunması üçün əlverişli şərait yaradılsın, o cümlədən istehsal fəaliyyətini həyata keçirəcək vergi ödəyiciləri üçün idxal olunacaq xammal və materialların idxalına vergi və gömrük güzəştləri müəyyən edilsin. Vergi Məcəlləsinə dəyişiklik layihəsində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək həmin ərazinin rezidentlərinə 2023-cü il yanvarın 1-dən 10 il müddətinə mənfəət və gəlir, əmlak və torpaq vergiləri, eyni zamanda sadələşdirilmiş vergi üzrə azadolmalar nəzərdə tutulub. Bunlarla yanaşı, fərmanla verilən tapşırığa uyğun olaraq Vergi Məcəlləsinə dəyişiklik layihəsinə həmin ərazilərdə istehsal fəaiyyəti ilə məşğul olan və ƏDV ödəyicisi kimi qeydiyyata düşən vergi ödəyiciləri tərəfindən istehsal fəaliyyəti məqsədləri üçün idxal olunacaq xammal və materialların idxalının ƏDV-dən azad olunması kimi təkliflər də daxil edilib. Həmin istehsal sahələrinin əhatə dairəsi siyahı üzrə təsdiq olunacaq"."Vergi Məcəlləsinə dəyişiklik layihəsində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək həmin ərazinin rezidentlərinə 2023-cü il yanvarın 1-dən 10 il müddətinə mənfəət və gəlir, əmlak və torpaq vergiləri, eyni zamanda sadələşdirilmiş vergi üzrə azadolmalar nəzərdə tutulub", - deyə o əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1b/444411512_79:0:2810:2048_1920x0_80_0_0_4892c816153fadd3e929b146faadd103.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
işğaldan azad edilmiş ərazilər, vergi məcəlləsi, milli məclis
işğaldan azad edilmiş ərazilər, vergi məcəlləsi, milli məclis
İşğaldan azad edilmiş ərazinin rezidentləri vergilərdən azad ediləcək
Milli Məclisdə Vergi Məcəlləsinə dəyişikliklər səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
BAKI, 18 noyabr - Sputnik. İşğaldan azad edilmiş ərazilər üzrə vergi təşviqləri veriləcək.
Vergi Məcəlləsinə bununla bağlı yeni fəslin əlavə edilməsi təklif olunur.
Əlavədə işğaldan azad edilmiş ərazinin rezidentlərinin 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilməsi, habelə bu azadolmanın işğaldan azad edilmiş ərazinin rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə də şamil edilməsi nəzərdə tutulur.
Bununla yanaşı, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazinin rezidentləri tərəfindən istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalının 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azad edilməsi, hüquqi şəxslərin səhmdarlarının dividend gəlirlərinin 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad edilməsi və bir sıra digər güzəştlər təklif olunur.
Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişikliklər səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev bildirib ki, Prezidentin "İşğaldan azad olunmuş ərazilərdə iqtisadi inkişafın surətlənməsinə dair" fərmanı ilə qarşıya bir sıra tapşırıqlar qoyulub: "Əsas vəzifələr ondan ibarətdir ki, işğaldan azad olunmuş ərazilərdə istehsal və emal, eyni zamanda xidmət infrastrukturunun yaradılması və bu sahədə iqtisadi və əmək resusrlarının səmərəli istifadə olunması üçün əlverişli şərait yaradılsın, o cümlədən istehsal fəaliyyətini həyata keçirəcək vergi ödəyiciləri üçün idxal olunacaq xammal və materialların idxalına vergi və gömrük güzəştləri müəyyən edilsin.
Vergi Məcəlləsinə dəyişiklik layihəsində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək həmin ərazinin rezidentlərinə 2023-cü il yanvarın 1-dən 10 il müddətinə mənfəət və gəlir, əmlak və torpaq vergiləri, eyni zamanda sadələşdirilmiş vergi üzrə azadolmalar nəzərdə tutulub.
Bunlarla yanaşı, fərmanla verilən tapşırığa uyğun olaraq Vergi Məcəlləsinə dəyişiklik layihəsinə həmin ərazilərdə istehsal fəaiyyəti ilə məşğul olan və ƏDV ödəyicisi kimi qeydiyyata düşən vergi ödəyiciləri tərəfindən istehsal fəaliyyəti məqsədləri üçün idxal olunacaq xammal və materialların idxalının ƏDV-dən azad olunması kimi təkliflər də daxil edilib. Həmin istehsal sahələrinin əhatə dairəsi siyahı üzrə təsdiq olunacaq".
"Vergi Məcəlləsinə dəyişiklik layihəsində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək həmin ərazinin rezidentlərinə 2023-cü il yanvarın 1-dən 10 il müddətinə mənfəət və gəlir, əmlak və torpaq vergiləri, eyni zamanda sadələşdirilmiş vergi üzrə azadolmalar nəzərdə tutulub", - deyə o əlavə edib.