https://sputnik.az/20221118/qacqinkom-mecburi-kockunlerin-boyuk-ekseriyyeti-dogma-yurda-qayitmaq-niyyetindedir-448725156.html
"Qaçqınkom": Məcburi köçkünlərin böyük əksəriyyəti doğma yurda qayıtmaq niyyətindədir
"Qaçqınkom": Məcburi köçkünlərin böyük əksəriyyəti doğma yurda qayıtmaq niyyətindədir
Sputnik Azərbaycan
Sorğuda iştirak etmiş məcburi köçkünlərin böyük əksəriyyəti doğma yurda qayıtmaq niyyətində olduqlarını bildirib. 18.11.2022, Sputnik Azərbaycan
2022-11-18T21:55+0400
2022-11-18T21:55+0400
2022-11-18T21:55+0400
"qaçqınkom"
cəmiyyət
sorğu
https://cdnn1.img.sputnik.az/img/07e6/07/13/444134012_0:0:1920:1080_1920x0_80_0_0_6809e57c04d3235e0eca2c20a84c533e.jpg
BAKI, 18 noyabr — Sputnik. Böyük Qayıdışa dair I Dövlət Proqramında öz əksini tapan prioritet fəaliyyət istiqamətlər üzrə bir sıra tədbirlərin həyata keçirilməsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin də əsas və əlavə icraçı kimi iştirakı nəzərdə tutulub.Komitədən verilən xəbərə görə, ümumiyyətlə, komitə Böyük Qayıdışa dair I Dövlət Proqramı və onun Tədbirlər Planında qarşıya qoyulmuş vəzifələrin vaxtında və tələb edilən səviyyədə icrasına əvvəlcədən ciddi hazırlıq görüb, müvafiq fəaliyyətlər üzrə texniki-təşkilati baza yaradılması istiqamətində zəruri iş aparıb.Dövlət Komitəsi respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlər arasında sorğu keçirir, doğma yurda qayıdacaq ailələrin sayının dəqiqləşdirilməsi, onların sosial vəziyyətinin və məşğulluq imkanlarının qiymətləndirilməsi üçün zəruri tədbirlər görür, əhali arasında məlumatlandırma, təbliğat işləri aparır, köçürülmənin texniki-təşkilati məsələləri ilə məşğul olur.Sorğuda iştirak etmiş məcburi köçkünlərin böyük əksəriyyəti doğma yurda qayıtmaq niyyətində olduqlarını bildirib. Sorğu zamanı məcburi köçkünlərin fərdi məlumatları, məşğulluq imkanları öyrənilir, əldə edilmiş məlumatlar Dövlət Komitəsinin vahid elektron-məlumat bazasına daxil edilir.Əminliklə demək olar ki, Dövlət Proqramının icrası məcburi köçkünlərin doğma yurda geri qayıdışını sürətləndirəcək, işğaldan azad edilmiş ərazilərin tezliklə dirçəldilməsinə, respublikanın sosial-iqtisadi həyatına inteqrasiyasına əlverişli şərait yaradacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/13/444134012_240:0:1680:1080_1920x0_80_0_0_e372060bcb65fc5c1bdf7ad8e8f9d25d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"qaçqınkom", sorğu
"Qaçqınkom": Məcburi köçkünlərin böyük əksəriyyəti doğma yurda qayıtmaq niyyətindədir
Sorğuda iştirak etmiş məcburi köçkünlərin böyük əksəriyyəti doğma yurda qayıtmaq niyyətində olduqlarını bildirib.
BAKI, 18 noyabr — Sputnik. Böyük Qayıdışa dair I Dövlət Proqramında öz əksini tapan prioritet fəaliyyət istiqamətlər üzrə bir sıra tədbirlərin həyata keçirilməsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin də əsas və əlavə icraçı kimi iştirakı nəzərdə tutulub.
Komitədən verilən xəbərə görə, ümumiyyətlə, komitə Böyük Qayıdışa dair I Dövlət Proqramı və onun Tədbirlər Planında qarşıya qoyulmuş vəzifələrin vaxtında və tələb edilən səviyyədə icrasına əvvəlcədən ciddi hazırlıq görüb, müvafiq fəaliyyətlər üzrə texniki-təşkilati baza yaradılması istiqamətində zəruri iş aparıb.
Dövlət Komitəsi respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlər arasında sorğu keçirir, doğma yurda qayıdacaq ailələrin sayının dəqiqləşdirilməsi, onların sosial vəziyyətinin və məşğulluq imkanlarının qiymətləndirilməsi üçün zəruri tədbirlər görür, əhali arasında məlumatlandırma, təbliğat işləri aparır, köçürülmənin texniki-təşkilati məsələləri ilə məşğul olur.
Sorğuda iştirak etmiş məcburi köçkünlərin böyük əksəriyyəti doğma yurda qayıtmaq niyyətində olduqlarını bildirib. Sorğu zamanı məcburi köçkünlərin fərdi məlumatları, məşğulluq imkanları öyrənilir, əldə edilmiş məlumatlar Dövlət Komitəsinin vahid elektron-məlumat bazasına daxil edilir.
Əminliklə demək olar ki, Dövlət Proqramının icrası məcburi köçkünlərin doğma yurda geri qayıdışını sürətləndirəcək, işğaldan azad edilmiş ərazilərin tezliklə dirçəldilməsinə, respublikanın sosial-iqtisadi həyatına inteqrasiyasına əlverişli şərait yaradacaq.