https://sputnik.az/20221118/nazirlik-qalmaqalli-musabiqe-barede-mukafatlar-yaxin-vaxtlarda-verilecek-448679894.html
Nazirlik qalmaqallı müsabiqə barədə: "Mükafatlar yaxın vaxtlarda veriləcək"
Nazirlik qalmaqallı müsabiqə barədə: "Mükafatlar yaxın vaxtlarda veriləcək"
Sputnik Azərbaycan
Mədəniyyət Nazirliyi bildirib ki, mükafat fondu 300 min manat olan "Tammetrajlı bədii film layihələrinə dəstək – 2022" müsabiqəsinin qaliblərinin mükafatları... 18.11.2022, Sputnik Azərbaycan
2022-11-18T23:33+0400
2022-11-18T23:33+0400
2022-11-19T10:17+0400
qalmaqal
mədəniyyət
mədəniyyət nazirliyi
film
müsabiqə
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426991210_0:0:1024:576_1920x0_80_0_0_681f9b46a796ad802196ed2a25a6cbaf.jpg
BAKI, 18 noyabr — Sputnik. Azərbaycan Mədəniyyət Nazirliyi hələ bu ilin aprel ayında milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan müstəqil prodüser mərkəzlərinin və istehsal şirkətlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da artırmaq məqsədilə "Tammetrajlı bədii film layihələrinə dəstək 2022" müsabiqəsinin qaliblərini elan etmişdi. Müsabiqənin ümumi dəstək fondu 300.000 (üç yüz min) manat təşkil edirdi. Nəticələrin elanından 7 ay keçməsinə baxmayaraq, Nazirlik qaliblərin ödənişini etmir.Mədəniyyət Nazirliyi mükafat fondu 300 min manat olan "Tammetrajlı bədii film layihələrinə dəstək – 2022" müsabiqəsinin qaliblərinə mükafatların verilməməsi ilə bağlı iddialara aydınlıq gətirib. Nazirlikdən agentliyimizə bildirilib ki, mükafatlar yaxın zamanda sahiblərinə təqdim olunacaq.O da qeyd olunub ki, ölkədə kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə və qurumlara dəstək olmaq, onların fəaliyyətini stimullaşdırmaq, bununla da milli kino sənayesinin inkişafına təkan vermək məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən keçirilmiş "Tammetrajlı bədii film layihələrinə dəstək - 2022" müsabiqəsinin münsiflər heyəti tərəfindən seçilmiş qalib layihələrinin mükafatlandırılması istiqamətində görülən müvafiq işlərin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulub.Qeyd edək ki, müsabiqənin qalibləri aşağıdakılardır:1. "Ata və oğullar" – "Buta Film" MMC;2. "Əlvida, noyabr" – "Ultra Production";3. "Qıfıl" – "Nova Gorica" Kino Mərkəzi MMC;4. "Mavi sviterli adam" – "Mandarin Agency" Co;5. "Müqəddəs inək" – "Narimanfilm" MMC;6. "Ölü Həsən" – "Ultra Production"
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426991210_59:0:827:576_1920x0_80_0_0_d6f89be9ce171839019b74ac8d8c06cf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qalmaqal, mədəniyyət nazirliyi, film, müsabiqə
qalmaqal, mədəniyyət nazirliyi, film, müsabiqə
Nazirlik qalmaqallı müsabiqə barədə: "Mükafatlar yaxın vaxtlarda veriləcək"
23:33 18.11.2022 (Yenilənib: 10:17 19.11.2022) Mədəniyyət Nazirliyi bildirib ki, mükafat fondu 300 min manat olan "Tammetrajlı bədii film layihələrinə dəstək – 2022" müsabiqəsinin qaliblərinin mükafatları yaxın zamanda sahiblərinə təqdim olunacaq`
BAKI, 18 noyabr — Sputnik. Azərbaycan Mədəniyyət Nazirliyi hələ bu ilin aprel ayında milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan müstəqil prodüser mərkəzlərinin və istehsal şirkətlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da artırmaq məqsədilə "Tammetrajlı bədii film layihələrinə dəstək 2022" müsabiqəsinin qaliblərini elan etmişdi. Müsabiqənin ümumi dəstək fondu 300.000 (üç yüz min) manat təşkil edirdi.
Nəticələrin elanından 7 ay keçməsinə baxmayaraq, Nazirlik qaliblərin ödənişini etmir.
Mədəniyyət Nazirliyi mükafat fondu 300 min manat olan "Tammetrajlı bədii film layihələrinə dəstək – 2022" müsabiqəsinin qaliblərinə mükafatların verilməməsi ilə bağlı iddialara aydınlıq gətirib. Nazirlikdən agentliyimizə bildirilib ki, mükafatlar yaxın zamanda sahiblərinə təqdim olunacaq.
O da qeyd olunub ki, ölkədə kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə və qurumlara dəstək olmaq, onların fəaliyyətini stimullaşdırmaq, bununla da milli kino sənayesinin inkişafına təkan vermək məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən keçirilmiş "Tammetrajlı bədii film layihələrinə dəstək - 2022" müsabiqəsinin münsiflər heyəti tərəfindən seçilmiş qalib layihələrinin mükafatlandırılması istiqamətində görülən müvafiq işlərin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulub.
Qeyd edək ki, müsabiqənin qalibləri aşağıdakılardır:
1. "Ata və oğullar" – "Buta Film" MMC;
2. "Əlvida, noyabr" – "Ultra Production";
3. "Qıfıl" – "Nova Gorica" Kino Mərkəzi MMC;
4. "Mavi sviterli adam" – "Mandarin Agency" Co;
5. "Müqəddəs inək" – "Narimanfilm" MMC;
6. "Ölü Həsən" – "Ultra Production"