SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyevdən Egils Levitsə məktub

© AFP 2023 / NIKOLAY DOYCHINOVPrezident İlham Əliyev, arxiv şəkli
Prezident İlham Əliyev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.11.2022
Abunə olmaq
Prezident İlham Əliyev Latviyanın Prezidenti Egils Levitsə Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb
BAKI, 18 noyabr — Sputnik. Prezident İlham Əliyev Latviyanın Prezidenti Egils Levitsə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan-Latviya münasibətlərinin hazırkı yüksək səviyyəsi məmnunluq doğurur. İnanıram ki, xalqlarımızın mənafeləri naminə ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın dərinləşdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Latviya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
Xəbər lenti
0