DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan baş naziri şahid qismində dindirilib

© AFP 2023 / MICHEL EULERNikol Paşinyan
Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 18.11.2022
Abunə olmaq
Məlumata görə, 2022-ci il mayın 4-də Ermənistanın bir qrup yüksək rütbəli məmurunun 44 günlük İkinci Qarabağ müharibəsində vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı cinayət işi üzrə ibtidai istintaq başlayıb.
BAKI, 18 noyabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan İstintaq Komitəsində şahid qismində dindirilib.
Bu barədə İstintaq Komitəsindən bildirilib.
Məlumata görə, 2022-ci il mayın 4-də Ermənistanın bir qrup yüksək rütbəli məmurunun 44 günlük İkinci Qarabağ müharibəsində vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı cinayət işi üzrə ibtidai istintaq başlayıb.
Proses İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin Xüsusilə mühüm işlərin araşdırılması şöbəsində davam etdirilir.
İdarənin rəhbəri Rafael Vardanyanın sözlərinə görə, müharibədə ölən hərbçilərin yaxınları N.Paşinyanın dindirilməsini və istintaqa cəlb olunmasını tələb ediblər.
Xəbər lenti
0