SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Əliyev Mişustini Zaqulbada qəbul edib: "Yaxşı münasibətlər yeni dinamika yaradır"

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyevin Rusiya Hökumətinin sədri ilə geniş tərkibdə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Hökumətinin sədri ilə geniş tərkibdə görüşü olub - Sputnik Azərbaycan, 1920, 18.11.2022
Abunə olmaq
Görüş zamanı prezident İlham Əliyev bildirib ki, Azərbaycan Rusiya ilə qarşılıqlı ticarətin həcminin pandemiyadan əvvəlki səviyyəyə çatmasından çox şaddır.
BAKI, 18 noyabr — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Xəzər dənizinin sahilindəki "Zaqulba" ölkə iqamətgahında Bakıda səfərdə olan Rusiyanın baş naziri Mixail Mişustini qəbul edib.
Görüş zamanı prezident İlham Əliyev bildirib ki, Azərbaycan qarşılıqlı ticarətin həcminin pandemiyadan əvvəlki səviyyəyə çatmasından çox şaddır: "Əminəm ki, bu dinamika davam edəcək".
Azərbaycan Prezidenti deyib ki, hazırkı danışıqlar qarşılıqlı ticarətin artmasına kömək edəcək.
İlham Əliyevin sözlərinə görə, yükdaşımalarda yaxşı dinamika nümayiş etdirir. "Tranzit daşımalarına gəlincə, biz rekord göstəriciyə çatırıq. Azərbaycan Prezidenti əmin edib ki, bu sahədə əməkdaşlıq həm ikitərəfli əsasda, həm də qonşu dövlətlərin iştirakı ilə artırılacaq. İlk növbədə Şimal-Cənub nəqliyyat dəhlizlərinin potensialının gücləndirilməsi bütün ölkələrin maraqlarına cavab verəcək və əlavə perspektivlər açacaq".
O vurğulayıb ki, Bakı iki ölkə arasında ticari-iqtisadi münasibətlərdə yüksəlişin 2023-cü ildə də davam edəcəyinə ümid edir.
Əliyev iki ölkə prezidentlərinin "yaxşı münasibətlərinin, yeni dinamika yaratması" faktına diqqəti çəkib. O xatırladıb ki, dövlət başçıları il ərzində dəfələrlə görüşüb və ötən gün növbəti telefon danışığı olub.
"Bu, münasibətlərimizin bütün spektri üçün rəhbər rol oynayır", - Azərbaycan dövlətinin başçısı bildirib.
Əliyev Rusiya ilə Azərbaycan arasında uçuşların sayının artdığını da qeyd edib: "Sizin səfəriniz ərəfəsində mən statistikaya baxdım və çox sevindim ki, uçuşların sayı artır".
Onun sözlərinə görə, "həftədə 130-dan çox uçuş var, yəni biz praktiki olaraq ən yüksək göstəricilərə çatmışıq".
"Pandemiya ilə bağlı azalmalar oldu, biz hələ pandemiyadan əvvəlki səviyyəyə çatmamışıq, lakin ölkələrimiz arasında sıx dostluq münasibətlərini nəzərə alaraq, müttəfiq qarşılıqlı əlaqələri nəzərə alaraq, əməkdaşlıq gündəliyinin genişləndirilməsini gözləyirik", - deyə Azərbaycan Prezidenti bildirib.
Onun sözlərinə görə, bu il Rusiyadan Azərbaycana turist axını təxminən 80% artıb.
Xəbər lenti
0