https://sputnik.az/20221118/castin-trudo-ve-tszinpin-arasinda-ne-bas-verib-cin-xarici-sler-nazirliyi-aciqladi-448679462.html
Castin Trüdo və Tszinpin arasında nə baş verib? Çin Xarici İşlər Nazirliyi açıqladı
Castin Trüdo və Tszinpin arasında nə baş verib? Çin Xarici İşlər Nazirliyi açıqladı
Sputnik Azərbaycan
Videoda Çin liderinin "dialoq səmimi olmalıdır, əks halda, bunun necə bitəcəyini söyləmək çətin olacaq" deməsi eşidilir. 18.11.2022, Sputnik Azərbaycan
2022-11-18T06:49+0400
2022-11-18T06:49+0400
2022-11-18T06:49+0400
çin
dünya xəbərləri
kanada
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/11/448679096_0:11:3125:1768_1920x0_80_0_0_715772b6f3e9423af1dc53ed70989825.jpg
BAKI, 18 noyabr — Sputnik. Çin Prezidenti Si Tszinpinin G20 sammitindəki videoda Kanadanın Baş naziri Castin Trüdoya ünvanladığı sözlər tənqid, ittiham və ya təhdid kimi şərh edilməməlidir, bu, iki dövlət liderləri arasında normal bir söhbətdir. Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin bildirib.Bundan əvvəl Kanada Baş nazirinin G20 sammiti çərçivəsində Çin sədri Si Tszinpin arasında məxfi olması lazım olan gərgin söhbət dialoqunun videosu mediaya sızdırılmışdı. Trüdonun ofisindən verilən məlumata görə, Kanadanın Baş naziri Si Tszinpin ilə qısa qeyri-rəsmi görüş keçirib. Görüş zamanı Kanada lideri Çinin Kanada seçkilərinə "iddia edilən müdaxiləsi" ilə bağlı narahatlığını bildirib. Çin tərəfi görüşlə bağlı heç bir açıqlama verməyib və dövlət mediasında bu barədə məlumat verilməyib. Ertəsi gün Trüdo ilə üz-üzə gələn Çin prezidenti şəxsən onu tənqid edib."Birincisi, vurğulamaq istərdim ki, Çin heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmır, həmçinin hər hansı bir ölkənin digər dövlətlərin daxili işlərinə qarışmasına qarşıdır. Son illər Çin-Kanada münasibətlərində yaranan çətinliklərin səbəbləri çox aydındır və məsuliyyət Çin tərəfində deyil", - Mao Nin bildirib.O qeyd edib ki, qarşılıqlı hörmət dövlətlərarası münasibətlərin təməlidir, Kanada tərəfi fikir ayrılıqlarını kənara qoymaqla ümumi dil tapmağa çalışmaq ruhuna riayət etməli və real fəaliyyətlə Çin və Kanada arasında münasibətlərin yaxşılaşdırılmasına şərait yaratmalıdır."Eyni zamanda demək istərdim ki, qeyd etdiyiniz video həqiqətən də G20 sammiti zamanı iki ölkə liderlərinin qısa söhbətindən bir fraqmentdir, bu normaldır və hesab edirəm ki, bu, prezidentin kimisə tənqid və ya ittiham etməsi kimi şərh edilməməlidir", - deyə Mao Nin qeyd edib.Videoda Çin liderinin "dialoq səmimi olmalıdır, əks halda, bunun necə bitəcəyini söyləmək çətin olacaq" deməsi eşidilir.Çin liderinin son ifadəsinin təhdid kimi şərh edilə biləcəyi ilə bağlı sualı cavablandıran Mao Ninq vurğulayıb: "Mən bunu təhlükəli hesab etmirəm"."Hamınız bu videoya baxdınız, məncə, G20 sammiti zamanı iki ölkənin liderlərinin qısaca ünsiyyət qurması normal haldır, biz hamımız öz mövqeyimizi bildiririk, hər iki tərəf (videoda – red.) öz mövqeyini bildirir", – o deyib.Qeyd edək ki, noyabrın 15-16-da İndoneziyanın Bali adasında G20 sammiti keçirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/11/448679096_0:0:2731:2048_1920x0_80_0_0_0679d2ef3228e184d6e1183899911bbc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
çin, kanada
Castin Trüdo və Tszinpin arasında nə baş verib? Çin Xarici İşlər Nazirliyi açıqladı
Videoda Çin liderinin "dialoq səmimi olmalıdır, əks halda, bunun necə bitəcəyini söyləmək çətin olacaq" deməsi eşidilir.
BAKI, 18 noyabr — Sputnik. Çin Prezidenti Si Tszinpinin G20 sammitindəki videoda Kanadanın Baş naziri Castin Trüdoya ünvanladığı sözlər tənqid, ittiham və ya təhdid kimi şərh edilməməlidir, bu, iki dövlət liderləri arasında normal bir söhbətdir. Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin bildirib.
Bundan əvvəl Kanada Baş nazirinin G20 sammiti çərçivəsində Çin sədri Si Tszinpin arasında məxfi olması lazım olan gərgin söhbət dialoqunun videosu mediaya sızdırılmışdı. Trüdonun ofisindən verilən məlumata görə, Kanadanın Baş naziri Si Tszinpin ilə qısa qeyri-rəsmi görüş keçirib. Görüş zamanı Kanada lideri Çinin Kanada seçkilərinə "iddia edilən müdaxiləsi" ilə bağlı narahatlığını bildirib. Çin tərəfi görüşlə bağlı heç bir açıqlama verməyib və dövlət mediasında bu barədə məlumat verilməyib. Ertəsi gün Trüdo ilə üz-üzə gələn Çin prezidenti şəxsən onu tənqid edib.
"Birincisi, vurğulamaq istərdim ki, Çin heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmır, həmçinin hər hansı bir ölkənin digər dövlətlərin daxili işlərinə qarışmasına qarşıdır. Son illər Çin-Kanada münasibətlərində yaranan çətinliklərin səbəbləri çox aydındır və məsuliyyət Çin tərəfində deyil", - Mao Nin bildirib.
O qeyd edib ki, qarşılıqlı hörmət dövlətlərarası münasibətlərin təməlidir, Kanada tərəfi fikir ayrılıqlarını kənara qoymaqla ümumi dil tapmağa çalışmaq ruhuna riayət etməli və real fəaliyyətlə Çin və Kanada arasında münasibətlərin yaxşılaşdırılmasına şərait yaratmalıdır.
"Eyni zamanda demək istərdim ki, qeyd etdiyiniz video həqiqətən də G20 sammiti zamanı iki ölkə liderlərinin qısa söhbətindən bir fraqmentdir, bu normaldır və hesab edirəm ki, bu, prezidentin kimisə tənqid və ya ittiham etməsi kimi şərh edilməməlidir", - deyə Mao Nin qeyd edib.
Videoda Çin liderinin "dialoq səmimi olmalıdır, əks halda, bunun necə bitəcəyini söyləmək çətin olacaq" deməsi eşidilir.
Çin liderinin son ifadəsinin təhdid kimi şərh edilə biləcəyi ilə bağlı sualı cavablandıran Mao Ninq vurğulayıb: "Mən bunu təhlükəli hesab etmirəm".
"Hamınız bu videoya baxdınız, məncə, G20 sammiti zamanı iki ölkənin liderlərinin qısaca ünsiyyət qurması normal haldır, biz hamımız öz mövqeyimizi bildiririk, hər iki tərəf (videoda – red.) öz mövqeyini bildirir", – o deyib.
Qeyd edək ki, noyabrın 15-16-da İndoneziyanın Bali adasında G20 sammiti keçirilib.