https://sputnik.az/20221118/azerbaycanda-gelen-il-ucun-yasayis-minimumu-ve-ehtiyac-meyari-artirilir-448705610.html
Azərbaycanda gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı artırılır
Azərbaycanda gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı artırılır
Sputnik Azərbaycan
Milli Məclisdə gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı birinci oxunuşda qəbul edilib. 18.11.2022, Sputnik Azərbaycan
2022-11-18T14:45+0400
2022-11-18T14:45+0400
2022-11-18T14:45+0400
yaşayış minimumu
cəmiyyət
milli məclis
https://cdnn1.img.sputnik.az/img/42181/07/421810760_0:310:3090:2048_1920x0_80_0_0_971014a2ba4e2b17863d024ff0dd5c49.jpg
BAKI, 18 noyabr-Sputnik. Milli Məclisdə “Azərbaycanda 2023-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycanda 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrinə baxılıb.Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev gələn il həm yaşayış minimumunun, həm də ehtiyac meyarının nəzərə çarpacaq dərəcədə artacağını söyləyib. Bildirib ki, ilk dəfə olaraq ehtiyac meyarı yaşayış minimumuna bərabərləşəcək və hər ikisi 246 manat təşkil edəcək. Bu, sosial-iqtisadi sahədə aparılan islahatların uğurlu nəticəsi hesab olunur.Qeyd edilib ki, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilir. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində müəyyənləşdirilir.Sənədlər səsə qoyularaq birinci oxunuşda qəbul edilib.Xatırladaq ki, gələn il ölkə üzrə yaşayış minimumunun məbləğinin 36 manat, ehtiyac meyarının həddinin isə 46 manat artırılaraq 246 manat olacağı nəzərdə tutulur. Bu il yaşayış minimumu ölkə üzrə 210 manat, ehtiyac meyarının həddi isə 200 manat müəyyən edilib. Beləliklə, 2023-cü ildə yaşayış minimumunun məbləği 2022-ci illə müqayisədə 17,14 faiz, ehtiyac meyarının həddi isə 23 faiz artırılaraq 246 manat olacaq.Ehtiyac meyarının həddi artdıqca ünvanlı sosial yardımın məbləği də qalxırMəsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, ehtiyac meyarının həddi ünvanlı sosial yardımın məbləğinin müəyyən edilməsi üçün istifadə olunur:"Ehtiyac meyarının həddi artdıqca ünvanlı sosial yardımın məbləği də qalxır. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Məsələn, gələn il ehtiyac meyarı 246 manat olarsa, 5 nəfərlik ailə üçün aylıq ehtiyac meyarına uyğun olaraq xərclər 1230 manat hesablanacaq. Əgər həmin ailənin aylıq ümumi gəliri 700 manatdırsa, onda ailəyə 530 manat (1230 manat – 700 manat =530 manat) ünvanlı sosial yardım təyin ediləcək. Ehtiyac meyarının məbləği nə qədər artırsa, ailənin aldığı yardımın həcmində də artım olur"."2023-cü ildə ehtiyac meyarının həddinin ölkə üzrə yaşayış minimumunun məbləği ilə bərabərləşməsi müsbət haldır. Artımın olması həm də ünvanlı sosial yardım alan ailələrin daha çox vəsait əldə etməsinə imkan verəcək", - deyə deputat qeyd edib.Ehtiyac meyarı ləğv edilsin - TəklifDeputat təklif edir ki, növbəti mərhələdə ehtiyac meyarı ləğv edilsin: "Çünki ehtiyac meyarının ölkə üzrə yaşayış minimumunun məbləği ilə bərabərləşməsi növbəti mərhələdə ehtiyac meyarının ləğv edilməsi və yalnız yaşayış minimumundan istifadə edilməsinə imkan yaradacaq. Bu halda daha məqsədəuyğun olardı ki, ünvanlı sosial yardım proqramında da yaşayış minimumu meyarından istifadə olunsun".Ünvanlı sosial yardım kimlərə şamil edilir?Qeyd edək ki, ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Ünvanlı sosial yardımı almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.Həmin səbəblərə daxildir: ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması.Ehtiyac meyarı dedikdə, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd nəzərdə tutulur.Sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində aşağıdakı şəxslər nəzərə alınmır:-tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində, xüsusi təhsil müəssisələrindəyaşayan şəxslər);-müddətli həqiqi hərbi xidmətdə olan şəxslər;-cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər;-axtarışda olan şəxslər;-Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları;-əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla).Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Aztəminatlı ailə sosial yardım almaq üçün təkrar müraciət etmək hüququna malikdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42181/07/421810760_233:0:2964:2048_1920x0_80_0_0_abdb749965a95b4cecd3dcf6169df1a7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
yaşayış minimumu, milli məclis
yaşayış minimumu, milli məclis
Azərbaycanda gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı artırılır
Milli Məclisdə gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı birinci oxunuşda qəbul edilib.
BAKI, 18 noyabr-Sputnik. Milli Məclisdə “Azərbaycanda 2023-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycanda 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrinə baxılıb.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev gələn il həm yaşayış minimumunun, həm də ehtiyac meyarının nəzərə çarpacaq dərəcədə artacağını söyləyib. Bildirib ki, ilk dəfə olaraq ehtiyac meyarı yaşayış minimumuna bərabərləşəcək və hər ikisi 246 manat təşkil edəcək. Bu, sosial-iqtisadi sahədə aparılan islahatların uğurlu nəticəsi hesab olunur.
Qeyd edilib ki, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilir. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində müəyyənləşdirilir.
Sənədlər səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Xatırladaq ki, gələn il ölkə üzrə yaşayış minimumunun məbləğinin 36 manat, ehtiyac meyarının həddinin isə 46 manat artırılaraq 246 manat olacağı nəzərdə tutulur. Bu il yaşayış minimumu ölkə üzrə 210 manat, ehtiyac meyarının həddi isə 200 manat müəyyən edilib. Beləliklə, 2023-cü ildə yaşayış minimumunun məbləği 2022-ci illə müqayisədə 17,14 faiz, ehtiyac meyarının həddi isə 23 faiz artırılaraq 246 manat olacaq.
Ehtiyac meyarının həddi artdıqca ünvanlı sosial yardımın məbləği də qalxır
Məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, ehtiyac meyarının həddi ünvanlı sosial yardımın məbləğinin müəyyən edilməsi üçün istifadə olunur:
"Ehtiyac meyarının həddi artdıqca ünvanlı sosial yardımın məbləği də qalxır. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Məsələn, gələn il ehtiyac meyarı 246 manat olarsa, 5 nəfərlik ailə üçün aylıq ehtiyac meyarına uyğun olaraq xərclər 1230 manat hesablanacaq. Əgər həmin ailənin aylıq ümumi gəliri 700 manatdırsa, onda ailəyə 530 manat (1230 manat – 700 manat =530 manat) ünvanlı sosial yardım təyin ediləcək. Ehtiyac meyarının məbləği nə qədər artırsa, ailənin aldığı yardımın həcmində də artım olur".
"2023-cü ildə ehtiyac meyarının həddinin ölkə üzrə yaşayış minimumunun məbləği ilə bərabərləşməsi müsbət haldır. Artımın olması həm də ünvanlı sosial yardım alan ailələrin daha çox vəsait əldə etməsinə imkan verəcək", - deyə deputat qeyd edib.
Ehtiyac meyarı ləğv edilsin - Təklif
Deputat təklif edir ki, növbəti mərhələdə ehtiyac meyarı ləğv edilsin: "Çünki ehtiyac meyarının ölkə üzrə yaşayış minimumunun məbləği ilə bərabərləşməsi növbəti mərhələdə ehtiyac meyarının ləğv edilməsi və yalnız yaşayış minimumundan istifadə edilməsinə imkan yaradacaq. Bu halda daha məqsədəuyğun olardı ki, ünvanlı sosial yardım proqramında da yaşayış minimumu meyarından istifadə olunsun".
Ünvanlı sosial yardım kimlərə şamil edilir?
Qeyd edək ki, ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Ünvanlı sosial yardımı almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.
Həmin səbəblərə daxildir: ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması.
Ehtiyac meyarı dedikdə, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd nəzərdə tutulur.
Sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində aşağıdakı şəxslər nəzərə alınmır:
-tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində, xüsusi təhsil müəssisələrindəyaşayan şəxslər);
-müddətli həqiqi hərbi xidmətdə olan şəxslər;
-cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər;
-Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları;
-əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla).
Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Aztəminatlı ailə sosial yardım almaq üçün təkrar müraciət etmək hüququna malikdir.