https://sputnik.az/20221118/azerbaycan-srailde-sefirlik-acir-448706912.html
Azərbaycan İsraildə səfirlik açır
Azərbaycan İsraildə səfirlik açır
Sputnik Azərbaycan
Səməd Seyidov deyib ki, Azərbaycanın İsrailin Tel-Əviv şəhərində səfirliyinin açılması ilə bağlı sənədi Prezident İlham Əliyev təqdim edib. 18.11.2022, Sputnik Azərbaycan
2022-11-18T12:32+0400
2022-11-18T12:32+0400
2022-11-18T13:48+0400
israil
siyasət
https://cdnn1.img.sputnik.az/img/41819/93/418199361_0:76:2000:1201_1920x0_80_0_0_34d9388213a70a24656b7c1081deae93.jpg
BAKI, 18 noyabr-Sputnik. Azərbaycanın İsraildə səfirliyi təsis ediləcək.Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən "Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsində əksini tapıb.İclasda "Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi müzakirə olunub.Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, İsrailin hər zaman beynəlxalq təşkilatlarda bizə dəstəyini görmüşük: “Xüsusilə indi dost ölkə ilə, o ölkə ki, 44 günlük Vətən müharibəsində Azərbaycana yardım göstərib, Azərbaycanın haqq səsinə səs verib, bu ölkə ilə əlaqələri genişləndirməliiyk”.Komitə sədri bildirib ki, Azərbaycanın İsrailin Tel-Əviv şəhərində səfirliyinin açılması ilə bağlı sənədi Prezident İlham Əliyev təqdim edib: “Bununla Azərbaycan-İsrail münasibətləri daha yüksək, yeni müstəviyə keçir. Xalqlarımız arasında əlaqələr daha da inkişaf edəcək”. Sənəd müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.Qeyd edək ki, Milli Məclisin son iclaslarında deputatlar davamlı olaraq Azərbaycanın İsraildə səfirliyini açılmasını tələb ediblər.Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə də Sputnik Azərbaycan-a açıqlamasında yaxın vaxtlarda Azərbaycanın İsraildə səfirlik açacağına ümid etdiyini deyib:"Bu barədə Prezident İlham Əliyev də vaxtında məlumat vermişdi. Səfirliyin açılmasına böyük zərurət var. İsrail Azərbaycanla dost və tərəfdaş ölkədir".Deputat xatırladıb ki, İsrail Ermənistanla müharibə zamanı Azərbaycana ciddi şəkildə həm siyasi, həm də yeni, müasir silahlarla dəstək verib:"Ona görə də çoxşaxəli əməkdaşlığımız davam etdirilməlidir. İsrail eyni zamanda Azərbaycanın "Böyük Qayıdış" proqramında da iştirak edir və İsrail şirkətləri Qarabağın bərpasında Azərbaycana öz dəstəyini verirlər".Qeyd edək ki, İsrailin Dövlət Radio və Televiziyası məlumat yayıb ki, Azərbaycan yaxın vaxtlarda İsraildə səfirlik aça bilər. Bildirilir ki, bütün gecikmələr əsasən texniki məsələlərlə bağlıdır.İsrail KİV-ləri yüksək rütbəli rəsmi şəxslərə istinadən bildirib ki, Bakı və Təl-Əviv səfirliyin açılması ilə bağlı intensiv danışıqlar aparır."İki ölkə arasında diplomatik əlaqələr 30 ildir ki, mövcuddur. Lakin Azərbaycan hələ də səfirlik açmayıb, baxmayaraq ki, İsraillə Azərbaycan arasında münasibətlər əladır", - deyə məlumatda bildirilib.Xatırladaq ki, 25 dekabr 1991-ci il tarixində İsrail Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıyıb. İki ölkə arasındakı diplomatik münasibətlər 7 aprel 1992-ci il tarixində qurulub. 1993-cü ilin avqustundan İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir.
https://sputnik.az/20221103/millet-vekili-srailde-sefirlik-acmaq-ucun-budceden-vesait-ayrilmalidir-448198632.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41819/93/418199361_235:0:2000:1324_1920x0_80_0_0_632bd1560b38aa0102962e9fffd4d2b1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
israil
Azərbaycan İsraildə səfirlik açır
12:32 18.11.2022 (Yenilənib: 13:48 18.11.2022) Səməd Seyidov deyib ki, Azərbaycanın İsrailin Tel-Əviv şəhərində səfirliyinin açılması ilə bağlı sənədi Prezident İlham Əliyev təqdim edib.
BAKI, 18 noyabr-Sputnik. Azərbaycanın İsraildə səfirliyi təsis ediləcək.
Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən "Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsində əksini tapıb.
İclasda "Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi müzakirə olunub.
Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, İsrailin hər zaman beynəlxalq təşkilatlarda bizə dəstəyini görmüşük:
“Xüsusilə indi dost ölkə ilə, o ölkə ki, 44 günlük Vətən müharibəsində Azərbaycana yardım göstərib, Azərbaycanın haqq səsinə səs verib, bu ölkə ilə əlaqələri genişləndirməliiyk”.
Komitə sədri bildirib ki, Azərbaycanın İsrailin Tel-Əviv şəhərində səfirliyinin açılması ilə bağlı sənədi Prezident İlham Əliyev təqdim edib:
“Bununla Azərbaycan-İsrail münasibətləri daha yüksək, yeni müstəviyə keçir. Xalqlarımız arasında əlaqələr daha da inkişaf edəcək”.
Sənəd müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, Milli Məclisin son iclaslarında deputatlar davamlı olaraq Azərbaycanın İsraildə səfirliyini açılmasını tələb ediblər.
Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə də Sputnik Azərbaycan-a açıqlamasında yaxın vaxtlarda Azərbaycanın İsraildə səfirlik açacağına ümid etdiyini deyib:
"Bu barədə Prezident İlham Əliyev də vaxtında məlumat vermişdi. Səfirliyin açılmasına böyük zərurət var. İsrail Azərbaycanla dost və tərəfdaş ölkədir".
Deputat xatırladıb ki, İsrail Ermənistanla müharibə zamanı Azərbaycana ciddi şəkildə həm siyasi, həm də yeni, müasir silahlarla dəstək verib:
"Ona görə də çoxşaxəli əməkdaşlığımız davam etdirilməlidir. İsrail eyni zamanda Azərbaycanın "Böyük Qayıdış" proqramında da iştirak edir və İsrail şirkətləri Qarabağın bərpasında Azərbaycana öz dəstəyini verirlər".
Qeyd edək ki, İsrailin Dövlət Radio və Televiziyası məlumat yayıb ki, Azərbaycan yaxın vaxtlarda İsraildə səfirlik aça bilər. Bildirilir ki, bütün gecikmələr əsasən texniki məsələlərlə bağlıdır.
İsrail KİV-ləri yüksək rütbəli rəsmi şəxslərə istinadən bildirib ki, Bakı və Təl-Əviv səfirliyin açılması ilə bağlı intensiv danışıqlar aparır.
"İki ölkə arasında diplomatik əlaqələr 30 ildir ki, mövcuddur. Lakin Azərbaycan hələ də səfirlik açmayıb, baxmayaraq ki, İsraillə Azərbaycan arasında münasibətlər əladır", - deyə məlumatda bildirilib.
Xatırladaq ki, 25 dekabr 1991-ci il tarixində İsrail Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıyıb. İki ölkə arasındakı diplomatik münasibətlər 7 aprel 1992-ci il tarixində qurulub. 1993-cü ilin avqustundan İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir.