SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan Fələstində Təmsilçilik Ofisi açır

© AP Photo / Mahmoud IlleanFələstinlilər
Fələstinlilər - Sputnik Azərbaycan, 1920, 18.11.2022
Abunə olmaq
Bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən "Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında" qanun layihəsində əksini tapıb.
BAKI, 18 noyabr - Sputnik. Azərbaycanın Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisi təsis ediləcək.
Bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən "Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında" qanun layihəsində əksini tapıb.
Deputatlar "Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında" qanun layihəsini müzakirə ediblər.
Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, Fələstin 2011-ci ildə Azərbaycanda öz səfirliyini açıb: "Hesab edirəm ki, Azərbaycanın Fələstin Dövlətində Təmsilçilik Ofisinin açılması tarixi hadisədir. Azərbaycanın İslam dünyasında haqq səsinin eşidilməsi üçün bu addım mühüm qiymətləndirməlidir".
Layihə müzakirə olunaraq bir oxunuşda qəbul edilib.
Xatırladaq ki, Azərbaycanın İsraildə səfirliyi təsis ediləcək.
Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən "Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsində əksini tapıb.
İclasda "Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi müzakirə olunub.
Xəbər lenti
0