https://sputnik.az/20221117/tanislarini-xaricde-ise-duzeltmek-adi-ile-aldadan-sexs-tutulub-448653598.html
Tanışlarını xaricdə işə düzəltmək adı ilə aldadan şəxs tutulub
Tanışlarını xaricdə işə düzəltmək adı ilə aldadan şəxs tutulub
Sputnik Azərbaycan
Faktla bağlı araşdırma aparılır. 17.11.2022, Sputnik Azərbaycan
2022-11-17T12:22+0400
2022-11-17T12:22+0400
2022-11-17T12:25+0400
cəmiyyət
sosial şəbəkə
lənkəran
lənkəran rayonu
tanış
https://cdnn1.img.sputnik.az/img/42395/16/423951657_0:320:3073:2048_1920x0_80_0_0_2b556161f0c0c529e9da8fb3ce9362b4.jpg
BAKI, 17 noyabr - Sputnik. Sosial şəbəkədə tanış olduğu şəxsləri xaricdə işə düzəltmək adı ilə aldadan şəxs saxlanılıb.DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran rayonunun Siyavar sakini olan bir nəfər polisə müraciət edərək sosial şəbəkədə tanış olduğu Anar adlı şəxsin işə düzəltmək adı ilə ondan 3500 manat pulunu alaraq mənimsədiyini bildirib. Zərərçəkmiş şəxs müraciətində pulu qarşı tərəfin göndərdiyi kart hesabına köçürdüyünü bildirib. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin dələduzluq faktını törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Anar Rzayev olduğu müəyyən edilib. Aparılan əlavə araşdırmalarla həmin şəxsin sosial şəbəkə vasitəsilə tanış olduğu daha 3 nəfər Lənkəran sakininə qarşı dələduzluq etdiyi məlum olub. Belə ki, A.Rzayev həmin şəxslərin etibarından sui-istifadə edərək müxtəlif məbləğlərdə pullarını xaricdə işə düzəlmək adı ilə alaraq mənimsəyib. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib. A.Rzayevin bu kimi əməllərindən zərər çəkən digər şəxslər varsa Lənkəran ŞRPŞ-yə və ya ərazi polis orqanına müraciət edə bilərlər.Faktla bağlı araşdırma aparılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42395/16/423951657_0:0:2731:2048_1920x0_80_0_0_f71bbaba23a4e4f51477fbf0e36738d6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sosial şəbəkə, lənkəran, lənkəran rayonu, tanış
sosial şəbəkə, lənkəran, lənkəran rayonu, tanış
Tanışlarını xaricdə işə düzəltmək adı ilə aldadan şəxs tutulub
12:22 17.11.2022 (Yenilənib: 12:25 17.11.2022) Faktla bağlı araşdırma aparılır.
BAKI, 17 noyabr - Sputnik. Sosial şəbəkədə tanış olduğu şəxsləri xaricdə işə düzəltmək adı ilə aldadan şəxs saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran rayonunun Siyavar sakini olan bir nəfər polisə müraciət edərək sosial şəbəkədə tanış olduğu Anar adlı şəxsin işə düzəltmək adı ilə ondan 3500 manat pulunu alaraq mənimsədiyini bildirib. Zərərçəkmiş şəxs müraciətində pulu qarşı tərəfin göndərdiyi kart hesabına köçürdüyünü bildirib. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin dələduzluq faktını törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Anar Rzayev olduğu müəyyən edilib.
Aparılan əlavə araşdırmalarla həmin şəxsin sosial şəbəkə vasitəsilə tanış olduğu daha 3 nəfər Lənkəran sakininə qarşı dələduzluq etdiyi məlum olub. Belə ki, A.Rzayev həmin şəxslərin etibarından sui-istifadə edərək müxtəlif məbləğlərdə pullarını xaricdə işə düzəlmək adı ilə alaraq mənimsəyib. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib. A.Rzayevin bu kimi əməllərindən zərər çəkən digər şəxslər varsa Lənkəran ŞRPŞ-yə və ya ərazi polis orqanına müraciət edə bilərlər.
Faktla bağlı araşdırma aparılır.