Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İstilik sistemində qaza qənaətdən illik 500 milyon manat qazana bilərik - Ekspert

© Sputnik / Pavel Lisitsyin / Mediabanka keçidQazanxana, arxiv şəkli
Qazanxana, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.11.2022
Abunə olmaq
Ekspert hesab edir ki, ölkədə mərkəzi istilik sistemləri daha səmərəli qurulsaydı, sayğaclardan da istifadə etməklə bir milyard kub metr qaza qənaət mümkün olardı.
BAKI, 17 noyabr — Sputnik. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti 2022-2023-cü illər istilik mövsümündən başlayaraq qeyri-əhali qrupuna aid olan abonentlər üçün istilik sayğaclarının quraşdırılmasını nəzərdə tutur. Bunun üçün ilkin olaraq pilot layihə icra olunacaq. Layihə effektiv olarsa, gələcəkdə kütləvi sayğaclaşdırma aparılacaq.
Pilot layihənin həyata keçirilməsində əsas məqsəd nədir?
"Azəristiliktəchizat" ASC-dən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildrilib ki, qurumun fəaliyyətinin gücləndirilməsi və müasirləşdirilməsi istiqamətində atılan addımlardan biri də sayğaclaşmadır:

"Adıçəkilən layihə pilot şəklində məhdud sayda qeyri-əhali istehlakçı qrupu üçün nəzərdə tutulub. Qeyri-əhali istehlakçıları üçün 60-a yaxın sayğacın quraşdırılması planlaşdırılır. Pilot layihənin əsas məqsədi "Azəristiliktəchizat"ın fəaliyyətinin səmərəliliyini, istilik xidmətinin keyfiyyətini artırmaq, xidmətin göstərilməsi üçün tələb olunan resursları daha effektiv planlaşdırmaqdır. Həmçinin, yeganə yerli sayğac istehsalçısı olan “Gəncə Cihazqayırma Zavodu” ASC ilə müqavilə imzalanıb və 3500-ə yaxın isti su sayğacının da alınması təmin olunub".

Qurumdan o da bildirilib ki, pilot layihəyə ümidlər böyükdür, bununla bir sıraçatışmazlıq və problemlərin aradan qalxacağı, xüsusən də vətəndaşların istilik probleminin həlli gözlənilir.
Enerji məsələləri üzrə ekspert İlham Şaban Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkəmiz digər ölkələrlə müqayisədə bu sahədə azı 20 il geridədir, çünki bir çox ölkələr çoxdan bu addımları atıb.

"Əhali nə üçün "Azəristiliktəchizat" ASC-yə ödənişi vermək istəmirdi? Çünki onlar istiliyin olmamasından şikayətlənirdilər. Qurum gəlib ayda 5 manat yığırdı, amma istilik verə bilmirdi. İlıq su evi necə isidə bilər ki? Belə sayğacların quraşdırılmasında məqsəd istilik avadanlıqlarındakı temperaturu qeydə almaqdır".

© Sputnik / Murad OrujovNeft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban
Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban - Sputnik Azərbaycan, 1920, 16.11.2022
Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban
Ekspertin sözlərinə görə, istilik sistemində istilik 50 dərəcədən aşağı olduqda o zaman sayğac heç nə hesablamayacaq.
"Bundan başqa, içəridəki temperatur bayırdakı hava ilə uzlaşmalıdır. Havalar soyuduqca içəridəki temperatur da artırılmalıdır. Buna enerji effektiliyi deyilir, amma təəssüflər olsun ki, ölkəmiz enerji effektivliyinə görə çox aşağı yerlərdə qərarlaşıb", - deyə ekspert əlavə edib.
İ.Şaban onu da bildirib ki, hətta premium klass - kvadrat-metri 5 min manata satılan evlərdə də enerji effektivliyi dünya göstəricilərinin "heç yarısının yarısına cavab vermir".
Onun sözlərinə görə, belə bir addımın atılması çox yaxşıdır:
"Lakin mən düşünürəm ki, bu pilot layihə olmamalı idi. Dövlət tərəfindən bunun üçün vəsait ayrılmalı idi və nəinki qeyri-əhali, eləcə də əhali qrupu üçün də bu sayğaclar quraşdırılmalı idi".
Ekspert deyir ki, yeniliklər hər zaman əlçatan olmur. Onları kütlənin içərisinə yeritmək üçün pul xərcləmək lazımdır:
"Pulu istehlakçı xərcləməyəcək, bunu dövlət etməlidir".
İ.Şaban bildiri ki, ümumiyyətlə, ölkədə "kombi"lərdən yığışdırılmalıdır.

"Çünki "kombi"lər daha çox enerji sərfiyyatı yaradır. Hələ təkcə Bakıda bütün binalar mərkəzləşdirilmiş qaydada istiliklə təmin olunsaydı, biz bir ildə nə qədər enerjiyə qənaət etmiş olardıq. Baxın, təkcə ümumi əhali qrupu 2,5 milyard kub/metr qaz istehlak edir və bunun böyük hissəsi istiliyə sərf olunur. Bu səbəbdən də, düşünürəm ki, Bakı şəhərinin mərkəzləşdirilmiş istilik sistemi və evlərin tikintisində istilik saxlama qabiliyyəti olan materiallardan istifadə qanuniləşdirilsəydi, tikintiyə cavabdeh olan qurumlar da işlərini vicdanla həyata keçirsəydi, Azərbaycan bir ildə bir milyard kub metr qaza qənaət etmiş olardı. Ölkəmiz bu bir milyard kub metr qazı xarici bazara çıxarsaydı, ən azı 500 milyon manat mənfəət əldə edərdi. Lakin mövcud mənzərə belədir ki, kimsə xaricdən 200 manata "kombi"ləri alıb gətirib burada 600 manata satır və bütün maraqlar da bunun üzərində cəmləşir".

Ekspert onu da qeyd edir ki, bu işi həyata keçirtmək üçün praqmatik olmaq lazımdır:
"Bilmək lazımdır ki, harada qənaət etmək olar, harada qazanmaq olar".
Qeyd edək ki, cari ildə də bir kvadrat-metr yaşayış sahəsi üçün istilik xidmətinin qiyməti əhali qrupu üçün 15 qəpik, qeyri-əhali qrupu üçün isə 25 qəpik olacağı bildirilib.
Xəbər lenti
0