Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Son iki il ərzində zərərsizləşdirilmiş minaların sayı açıqlandı

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidANAMA əməkdaşları Qarabağda əraziləri minalardan təmzləyirlər
ANAMA əməkdaşları Qarabağda əraziləri minalardan təmzləyirlər - Sputnik Azərbaycan, 1920, 17.11.2022
Abunə olmaq
Azərbaycanın 2030-cu ilədək Milli Prioritetləri sırasında azad edilmiş ərazilərin bərpası və bu ərazilərə təhlükəsiz həyatın qaytarılması əsas strateji hədəflərdən biri kimi müəyyən edilib.
BAKI, 17 noyabr — Sputnik. 10 noyabr 2020-ci ildən bu günədək Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 59 055 min hektar ərazi təmizlənib, 76 810 min mina və partlamamış hərbi sursat zərərsizləşdirilib.
Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov bu gün keçirilən "Mina Təhlükəsi ilə Mübarizə: çağırışlar və imkanlar" adlı beynəlxalq tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ki, bunlardan 13 211 mini tank əleyhinə mina, 26 899 mini piyada əleyhinə mina, 36 700 mini isə partlamamış hərbi sursatlar olub.
"Təəssüflər olsun ki, 2-ci Qarabağ müharibəsindən keçən dövr ərzində 268 nəfər mina partlayışından zərər çəkib, onlardan 44 nəfəri həyatını itirib. Azərbaycanın 2030-cu ilədək Milli Prioritetləri sırasında azad edilmiş ərazilərin bərpası və bu ərazilərə təhlükəsiz həyatın qaytarılması əsas strateji hədəflərdən biri kimi müəyyən edilib.
Bu baxımdan beynəlxalq minatəmizləmə qurumlarının potensial imkanlarının öyrənilməsi, təcrübə və nəticələrin dəyərləndirilməsi, habelə, minatəmizləmə əməliyyatları zamanı yaranan çətinliklərin aradan qaldırılmasında yeni yanaşmaların tətbiqi, keyfiyyətli və səmərəli nəticələrin əldə olunması və mümkün əməkdaşlıq imkanları ANAMA -nın əsas diqqət etdiyi sahələrdəndir", - deyə o əlavə edib.
Xəbər lenti
0