DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qazaxıstan təhlükəsizlik qüvvələri prezident iqamətgahına basqına cəhd edənləri saxlayıb

© AFP 2024 / ALEXANDR BOGDANOVQazaxıstan təhlükəsizlik qüvvələri
Qazaxıstan təhlükəsizlik qüvvələri - Sputnik Azərbaycan, 1920, 17.11.2022
Abunə olmaq
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi noyabrın 20-də kütləvi iğtişaşlar təşkil etməyi planlaşdıran mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirildiyini açıqlayıb.
BAKI, 17 noyabr — Sputnik. Qazaxıstanda prezident seçkiləri günü iğtişaşlar və polis əməkdaşlarına silahlı basqınlar planlaşdıran mütəşəkkil cinayətkar dəstənin saxlanılan üzvlərinin məqsədi Almatıda hakimiyyəti ələ keçirmək, bütün ölkədə iğtişaşlar yaymaq və paytaxtdakı prezident iqamətgahına basqın olub. Bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi ölkədə prezident seçkilərinin keçiriləcəyi gün - noyabrın 20-də kütləvi iğtişaşlar təşkil etməyi planlaşdıran mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirildiyini açıqlayıb. 7 nəfər saxlanılıb, onlardan silah, döyüş sursatı, molotov kokteyli üçün maye olan butulkalar, benzin kanistrləri, ratsiyalar götürülüb.
"Qrupun əsas prioritetləri Almatı şəhərində hakimiyyəti ələ keçirmək, prezident iqamətgahına basqın təşkil etmək, paytaxta qədər ölkənin digər bölgələrində medianı ələ keçirərək kütləvi iğtişaşlar təşkil etməyə çağırış olub", - MTK-nın saytında deyilir.
İstintaq müəyyən edib ki, yanvar hadisələri dövründən ayrı-ayrı radikal elementlər Almatı və Astanaya xüsusi diqqət yetirməklə ölkədə sabitliyi pozmaq və Qazaxıstan Respublikasının şəhərlərini ələ keçirmək planlarını həyata keçirməyə davam ediblər.
Kəşfiyyat xidmətinin məlumatına görə, qrup üzvləri qaçaq bankir Muxtar Ablyazovun siyasi baxışlarına rəğbət bəsləyir və məhkəmə tərəfindən qadağan edilmiş ekstremist təşkilatların - Qazaxıstanın Demokratik Seçimi və Koşe Partiyasının fəalları olublar.
"Bir neçə ay ərzində prokurorluğun sanksiyası ilə cinayətkar qruplaşma üzvlərinin müxtəlif mənzillərində və evlərində dərin məxfi görüşləri qeydə alınaraq sənədləşdirilib, burada kütləvi iğtişaşlar təşkil etmək, hakimiyyəti ələ keçirmək və müvəqqəti hökumətə gəlmək planları müzakirə edilib", - deyə məlumatda bildirilib.
MTK-nın məlumatına görə, cinayətkar qrup şəhərlərdə nəqliyyatın hərəkətinə mane olmaqla, meriyaların binalarını, infrastruktur obyektlərini, rabitə, media və telekommunikasiya vasitələrini ələ keçirməyi planlaşdırıb.
"Cinayətkar ünsürlər dəymiş ziyanı maksimuma çatdırmaq və dinc əhali arasında çaxnaşma salmaq vəzifəsini planlaşdırıblar. Qrupun tapança, pulemyot, snayper tüfəngləri, ov tüfəngləri, o cümlədən yanvar hadisələri zamanı oğurlanmış silahlarla silahlandırılması planları hazırlanıb", - videoda bildirilir.
Xəbər lenti
0