Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Qarabağda 197 yeni təhsil müəssisəsi açılacaq

Məktəb - Sputnik Azərbaycan, 1920, 17.11.2022
Abunə olmaq
Zəngilan rayonunda 21 təhsil müəssisəsinin tikintisi və bərpası nəzərdə tutulub.
BAKI, 17 noyabr — Sputnik. İşğaldan azad edilmiş ərazilərdə tikintisi, bərpası nəzərdə tutulan məktəbəqədər və ümumi təhsil müəssisələrinin sayı açıqlanıb.
Elm və Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramında bildirilib.
Proqrama əsasən Tərtər rayonunda 5, Kəlbəcər rayonunda 30, Ağdam rayonunda 29, Laçın rayonunda 21, Xocavənd rayonunda 20, Şuşa rayonunda 7, Füzuli rayonunda 23, Qubadlı rayonunda 16, Cəbrayıl rayonunda 25, Zəngilan rayonunda 21 təhsil müəssisəsinin tikintisi və bərpası nəzərdə tutulub.
Qeyd edək ki, bu tədris ilindən Zəngilanın Ağalı kəndində 30 ildən sonra şagirdlər doğma torpaqlarında məktəbə gediblər. Zəngilan rayonu 288 şagird yerlik Ağalı tam orta məktəbi sakinlərin istifadəsinə verilib.
Xəbər lenti
0