CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Minatəmizləmə üçün Azərbaycana siçovullar gətiriləcək

© Sputnik / Mediabanka keçidQarabağda yolda tank əleyhinə mina, arxiv şəkli
Qarabağda  yolda tank əleyhinə mina, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.11.2022
Abunə olmaq
Növbəti ilin martında test məqsədilə bu siçovullardan Azərbaycana gətiriləcək, effektiv olsa, onlardan da istifadə ediləcək
BAKI, 17 noyabr — Sputnik. Minatəmizləmə əməliyyatlarında istifadə üçün Azərbaycana siçovullar gətiriləcək.
Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
O bildirib ki, dünyada mina axtarışlarında siçovullardan istifadə təcrübəsi var və ANAMA da bunun üzərində çalışır: "İlkin planlara görə, növbəti ilin martında test məqsədilə bu siçovullardan Azərbaycana da gətiriləcək. Əgər effektiv olsa, onlardan da istifadə edəcəyik. Hazırda minatəmizləmə əməliyyatlarında itlərdən istifadə edirik. Bu itlər bizə kifayət qədər dəstək verir". (APA)
Mina göstəricisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.11.2022
HƏRBİ
Cəbrayılda mina partlayıb, zərərçəkən var
Xəbər lenti
0