https://sputnik.az/20221117/erdogan-rusiya-ve-abs-resmilerinin-goruslerini-tez-tez-temin-etmek-isteyirik-448666561.html
Ərdoğan: "Rusiya və ABŞ rəsmilərinin görüşlərini tez-tez təmin etmək istəyirik"
Ərdoğan: "Rusiya və ABŞ rəsmilərinin görüşlərini tez-tez təmin etmək istəyirik"
Sputnik Azərbaycan
Rəcəb Tayyib Ərdoğan Rusiya və ABŞ nümayəndə heyətləri arasında Türkiyədə danışıqların davam edəcəyinə ümid etdiyini bildirib. 17.11.2022, Sputnik Azərbaycan
2022-11-17T15:38+0400
2022-11-17T15:38+0400
2022-11-17T15:51+0400
ərdoğan
dünya xəbərləri
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
rusiya
abş
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/11/448666405_0:0:3071:1728_1920x0_80_0_0_a906eaf68d8b9af50c8329e8adf84613.jpg
BAKI, 17 noyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və ABŞ nümayəndə heyətləri arasında Türkiyədə danışıqların davam edəcəyinə ümid etdiyini bildirib.Daha əvvəl CNN ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsinə istinadən xəbər vermişdi ki, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns bazar ertəsi Ankarada Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinlə görüşərək saxlanılan ABŞ vətəndaşlarının vəziyyətini və nüvə risklərini müzakirə ediblər. Çərşənbə axşamı Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib ki, Kremlin danışıqların məzmunu ilə bağlı deyəcək hər hansı sözü yoxdur."Əlbəttə, vəziyyəti nəzarətdə saxlamaq, onların görüşlərini tez-tez təmin etmək istəyirik. Allah eləməsin, bu (nüvə silahının mümkün istifadəsi) yeni dünya müharibəsinə gətirib çıxaracaq. Gəlin belə bir fürsət verməyək", - Ərdoğan deyib.Türkiyə prezidenti qeyd edib ki, rusiyalı həmkarı Vladimir Putinlə Türkiyənin Sinop şəhərində Akkuyuya bənzər atom elektrik stansiyasının tikintisini müzakirə edib."Deyə bilərəm ki, enerji baxımından yaxşı vəziyyətdəyik. Bizim heç kimə ehtiyacımız yoxdur. Xüsusilə 2-3 il ərzində Akkuyu AES-in tikintisi başa çatdıqdan sonra orada çox ciddi potensialımız olacaq. Mən cənab Putinlə Sinop məsələsini də müzakirə edirəm. Ümid edirik ki, orada 4 reaktor tikiləcək və biz Akkuyudakı qədər, bəlkə də daha çox reaktor alacağıq. Onları əldə etdikdən sonra Türkiyənin enerji problemi olmayacaq. Bununla da biz asanlıqla enerji ixracına başlaya bilərik", - deyə Ərdoğan İndoneziyadan qayıtdıqdan sonra təyyarədə jurnalistlərə bildirib.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/11/448666405_255:0:2986:2048_1920x0_80_0_0_b4672c801bdfa0cc1e31cc229ce656e6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, rusiya, abş
ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, rusiya, abş
Ərdoğan: "Rusiya və ABŞ rəsmilərinin görüşlərini tez-tez təmin etmək istəyirik"
15:38 17.11.2022 (Yenilənib: 15:51 17.11.2022) Rəcəb Tayyib Ərdoğan Rusiya və ABŞ nümayəndə heyətləri arasında Türkiyədə danışıqların davam edəcəyinə ümid etdiyini bildirib.
BAKI, 17 noyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və ABŞ nümayəndə heyətləri arasında Türkiyədə danışıqların davam edəcəyinə ümid etdiyini bildirib.
Daha əvvəl CNN ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsinə istinadən xəbər vermişdi ki, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns bazar ertəsi Ankarada Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinlə görüşərək saxlanılan ABŞ vətəndaşlarının vəziyyətini və nüvə risklərini müzakirə ediblər. Çərşənbə axşamı Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib ki, Kremlin danışıqların məzmunu ilə bağlı deyəcək hər hansı sözü yoxdur.
"Əlbəttə, vəziyyəti nəzarətdə saxlamaq, onların görüşlərini tez-tez təmin etmək istəyirik. Allah eləməsin, bu (nüvə silahının mümkün istifadəsi) yeni dünya müharibəsinə gətirib çıxaracaq. Gəlin belə bir fürsət verməyək", - Ərdoğan deyib.
Türkiyə prezidenti qeyd edib ki, rusiyalı həmkarı Vladimir Putinlə Türkiyənin Sinop şəhərində Akkuyuya bənzər atom elektrik stansiyasının tikintisini müzakirə edib.
"Deyə bilərəm ki, enerji baxımından yaxşı vəziyyətdəyik. Bizim heç kimə ehtiyacımız yoxdur. Xüsusilə 2-3 il ərzində Akkuyu AES-in tikintisi başa çatdıqdan sonra orada çox ciddi potensialımız olacaq. Mən cənab Putinlə Sinop məsələsini də müzakirə edirəm. Ümid edirik ki, orada 4 reaktor tikiləcək və biz Akkuyudakı qədər, bəlkə də daha çox reaktor alacağıq. Onları əldə etdikdən sonra Türkiyənin enerji problemi olmayacaq. Bununla da biz asanlıqla enerji ixracına başlaya bilərik", - deyə Ərdoğan İndoneziyadan qayıtdıqdan sonra təyyarədə jurnalistlərə bildirib.