Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda yük qatarı ilə avtomobil toqquşub

© Photo : REPORTBakıda yük qatarı ilə avtomobil toqquşub
Bakıda yük qatarı ilə avtomobil toqquşub - Sputnik Azərbaycan, 1920, 17.11.2022
Abunə olmaq
Bu hadisə paytaxtın Xətai rayonu, Kənd Əhmədli ərazisində qeydə alınıb.
BAKI, 17 noyabr — Sputnik. Bakıda yük qatarı ilə avtomobil toqquşub. Sputnik Azərbaycan-ın "Report"a istinadən xəbərinə görə, hadisə paytaxtın Xətai rayonu, Kənd Əhmədli ərazisində qeydə alınıb. Belə ki, "Hyundai" markalı avtomobil hərəkətdə olan yük qatarının yoluna çıxıb. Nəticədə avtomobilə ciddi ziyan dəyib. Xoşbəxtlikdən ölən olmayıb. Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, ötən ilin mart ayında Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin girişindən keçən dəmiryolda yük qatarı ilə sərnişin avtobusu toqquşub. Hadisə nəticəsində orada çalışan bələdçi Mübariz Abdullayev faciəvi şəkildə ölüb.
Bakıda qəzaya düşən sərnişin avtobusu - Sputnik Azərbaycan, 1920, 12.10.2022
HADİSƏ
Bakıda sərnişin avtobusu "KamAZ"la toqquşub, yaralananlar var
Xəbər lenti
0