https://sputnik.az/20221117/azerbaycanla-rusiya-bir-sira-meselelerde-emekdasliq-haqqinda-sazisler-imzalayiblar-448685860.html
Azərbaycanla Rusiya bir sıra məsələlərdə əməkdaşlıq haqqında sazişlər imzalayıblar
Azərbaycanla Rusiya bir sıra məsələlərdə əməkdaşlıq haqqında sazişlər imzalayıblar
Sputnik Azərbaycan
Gəmiqayırma sahəsində əməkdaşlığa, nəqliyyat sektorunda kadrların hazırlanması və yenidən hazırlanması sahəsində əməkdaşlığın inkişafına dair memorandumlar... 17.11.2022, Sputnik Azərbaycan
2022-11-17T20:23+0400
2022-11-17T20:23+0400
2022-11-17T20:23+0400
azərbaycan
azərbaycan xəbərləri
rusiya
əməkdaşlıq
saziş
memorandum
https://cdnn1.img.sputnik.az/img/42269/89/422698936_0:82:3071:1809_1920x0_80_0_0_28c263a26bffc16a3114eef504f9caa7.jpg
BAKI, 17 noyabr — Sputnik. Rusiya və Azərbaycan ölkələr arasında dövlət sərhədindən buraxılış məntəqələrinin və onlara nəqliyyat yanaşmalarının əlaqələndirilmiş inkişafı üzrə əməkdaşlıq haqqında hökumətlərarası saziş, habelə fiziki şəxslər tərəfindən pul vəsaitlərinin transsərhəd hərəkətində cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması və terrorçulğun maliyyələşdirilməsi ilə mübarizə sahəsində informasiya əməkdaşlığı haqqında saziş imzalayıblar.Sənədlər Rusiya-Azərbaycan danışıqlarının yekunları üzrə imzalanıb.Bundan əlavə, Rusiya Federasiyasının İstehlakçıların Hüquqlarının Müdafiəsi və Rifahına Nəzarət üzrə Federal Xidməti ilə Azərbaycan Səhiyyə Nazirliyi arasında sərhədyanı ərazilərdə vəba xəstəliyi sahəsində epidemioloji rifahının təmin edilməsi sahəsində əməkdaşlıq haqqında və tibbi-sanitar qaydalar sahəsində beynəlxalq müqavilələrin tətbiq edilməsində əməkdaşlıq haqqında sazişlər imzalanıb.Həmçinin Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi ilə Azərbaycanın İqtisadiyyat Nazirliyi arasında gəmiqayırma sahəsində əməkdaşlığa dair Memorandum və Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında nəqliyyat sektorunda kadrların hazırlanması və yenidən hazırlanması sahəsində əməkdaşlığın inkişaf etdirilməsi haqqında Memorandum imzalanıb.XI Rusiya-Azərbaycan Regionlararası ForumuBu gün, noyabrın 17-də Bakıda iki ölkənin baş nazirləri Mixail Mişustin və Əli Əsədovun iştirakı ilə XI Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb.Forumun işi beş tematik bölmə çərçivəsində təşkil olunacaq, burada iqtisadi, nəqliyyat, aqrar-sənaye, humanitar sahələrdə, kiçik və orta biznes, qarşılıqlı investisiyalar və təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq. müzakirə edildi. Müzakirələrdə işgüzar dairələrin, eləcə də iki ölkənin müxtəlif regionlarının nümayəndələri iştirak edəcəklər.İki dövlət başçılarının təşəbbüsü ilə təşkil olunan Rusiya və Azərbaycanın regionlararası forumları 2009-cu ildən keçirilir və iki ölkənin regionları arasında yeni əlaqələrin qurulmasına və perspektivli birgə layihələrin müzakirəsinə kömək edir. İlk forum Bakıda keçirilib. Bu illər ərzində tədbirə həmçinin Rusiyanın Həştərxan, Volqoqrad, Yekaterinburq, Azərbaycanın Qəbələ şəhərləri ev sahibliyi ediblər.Əvvəlki görüş 2019-cu ilin noyabrında Moskvada keçirilib, ondan sonra gənclər siyasəti, turizm, avtomobil sənayesi, informasiya texnologiyaları və şəhər infrastrukturu sahələrində əməkdaşlığa dair 15 ikitərəfli sənəd imzalanıb. Son iki ildir ki, koronavirus pandemiyası səbəbindən forumlar keçirilmir.
https://sputnik.az/20221117/rusiya-xn-azerbaycanla-munasibetlerin-yukselen-xetle-inkisaf-etdiyini-bildirib-448683582.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42269/89/422698936_340:0:3071:2048_1920x0_80_0_0_dbd6a6bad4d838d6f889f7a9c5c194ae.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, rusiya, əməkdaşlıq, saziş, memorandum
azərbaycan, rusiya, əməkdaşlıq, saziş, memorandum
Azərbaycanla Rusiya bir sıra məsələlərdə əməkdaşlıq haqqında sazişlər imzalayıblar
Gəmiqayırma sahəsində əməkdaşlığa, nəqliyyat sektorunda kadrların hazırlanması və yenidən hazırlanması sahəsində əməkdaşlığın inkişafına dair memorandumlar imzalanıb.
BAKI, 17 noyabr — Sputnik. Rusiya və Azərbaycan ölkələr arasında dövlət sərhədindən buraxılış məntəqələrinin və onlara nəqliyyat yanaşmalarının əlaqələndirilmiş inkişafı üzrə əməkdaşlıq haqqında hökumətlərarası saziş, habelə fiziki şəxslər tərəfindən pul vəsaitlərinin transsərhəd hərəkətində cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması və terrorçulğun maliyyələşdirilməsi ilə mübarizə sahəsində informasiya əməkdaşlığı haqqında saziş imzalayıblar.
Sənədlər Rusiya-Azərbaycan danışıqlarının yekunları üzrə imzalanıb.
Bundan əlavə, Rusiya Federasiyasının İstehlakçıların Hüquqlarının Müdafiəsi və Rifahına Nəzarət üzrə Federal Xidməti ilə Azərbaycan Səhiyyə Nazirliyi arasında sərhədyanı ərazilərdə vəba xəstəliyi sahəsində epidemioloji rifahının təmin edilməsi sahəsində əməkdaşlıq haqqında və tibbi-sanitar qaydalar sahəsində beynəlxalq müqavilələrin tətbiq edilməsində əməkdaşlıq haqqında sazişlər imzalanıb.
Həmçinin Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi ilə Azərbaycanın İqtisadiyyat Nazirliyi arasında gəmiqayırma sahəsində əməkdaşlığa dair Memorandum və Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında nəqliyyat sektorunda kadrların hazırlanması və yenidən hazırlanması sahəsində əməkdaşlığın inkişaf etdirilməsi haqqında Memorandum imzalanıb.
XI Rusiya-Azərbaycan Regionlararası Forumu
Bu gün, noyabrın 17-də Bakıda iki ölkənin baş nazirləri Mixail Mişustin və Əli Əsədovun iştirakı ilə XI Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb.
Forumun işi beş tematik bölmə çərçivəsində təşkil olunacaq, burada iqtisadi, nəqliyyat, aqrar-sənaye, humanitar sahələrdə, kiçik və orta biznes, qarşılıqlı investisiyalar və təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq. müzakirə edildi. Müzakirələrdə işgüzar dairələrin, eləcə də iki ölkənin müxtəlif regionlarının nümayəndələri iştirak edəcəklər.
İki dövlət başçılarının təşəbbüsü ilə təşkil olunan Rusiya və Azərbaycanın regionlararası forumları 2009-cu ildən keçirilir və iki ölkənin regionları arasında yeni əlaqələrin qurulmasına və perspektivli birgə layihələrin müzakirəsinə kömək edir. İlk forum Bakıda keçirilib. Bu illər ərzində tədbirə həmçinin Rusiyanın Həştərxan, Volqoqrad, Yekaterinburq, Azərbaycanın Qəbələ şəhərləri ev sahibliyi ediblər.
Əvvəlki görüş 2019-cu ilin noyabrında Moskvada keçirilib, ondan sonra gənclər siyasəti, turizm, avtomobil sənayesi, informasiya texnologiyaları və şəhər infrastrukturu sahələrində əməkdaşlığa dair 15 ikitərəfli sənəd imzalanıb. Son iki ildir ki, koronavirus pandemiyası səbəbindən forumlar keçirilmir.