https://sputnik.az/20221117/azerbaycanda-odunla-qizdirilan-mekteblerin-siyahisi-hazirlanib-448659240.html
Azərbaycanda odunla qızdırılan məktəblərin siyahısı hazırlanıb
Azərbaycanda odunla qızdırılan məktəblərin siyahısı hazırlanıb
Sputnik Azərbaycan
Nazirlik rəsmisi hədəfin odunla qızdırılan məktəblərin sayını ildən-ilə azaltmaq olduğunu bildirib. 17.11.2022, Sputnik Azərbaycan
2022-11-17T14:49+0400
2022-11-17T14:49+0400
2022-11-17T14:49+0400
məktəb
cəmiyyət
istilik
odun
qızdırma
qızdırmaq
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0e/438153744_0:1:1000:564_1920x0_80_0_0_da548968f167b44c9ea67caa92a4c209.jpg
BAKI, 17 noyabr — Sputnik. "Bizdə ölkədə odunla qızdırılan məktəblərin konkret siyahısı var. Həmin siyahıya uyğun olaraq hər il dövlət proqramına əsasən müxtəlif sayda məktəblərin qazlaşdırılması və ya digər enerji mənbələri ilə qızdırılması istiqamətində işlər həyata keçirilir".Bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini Orxan Abbasov deyib.O, nazirliyin hədəfinin odunla qızdırılan məktəblərin sayını ildən-ilə azaltmaq olduğunu bildirib. Şöbə müdirinin müavini söyləyib ki, bununla bağlı hər il müvafiq işlər görülür və buna uyğun olaraq çoxlu sayda məktəblər hər il qazla qızdırılan mərkəzləşdirilmiş istilik sisteminə qoşulur.Nazirlik rəsmisi Azərbaycanda ümumtəhsil müəssisələrinin qızdırılması üçün hələ də odundan istifadənin səbəblərini açıqlayıb. Odunun ənənəvi yanacaq növü olduğunu bildirən O.Abbasov hazırda ölkədə bəzi məntəqələrin qazlaşdırılmadığını xatırladıb.O, həmçinin deyib ki, hətta bəzi məntəqələrdə qaz olsa belə, mavi yanacağın mövcud təzyiqi məktəbin qızdırılmasına imkan vermir. Bundan əlavə, bəzi məktəblərin qəzalı vəziyyətdə olması, həmin təhsil ocaqlarının qazlaşdırılmasına maneə yaradır.Qeyd edək ki, "Azəristiliktəchizat"dan verilən məlumata görə, cari ildə ümumilikdə 282 məktəb, 167 uşaq bağçası və digər sosial təyinatlı müssələr istiliklə təmin ediləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0e/438153744_124:0:876:564_1920x0_80_0_0_7f141853ce02baebfa4b7154602651e3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
məktəb, istilik, odun, qızdırma, qızdırmaq
məktəb, istilik, odun, qızdırma, qızdırmaq
Azərbaycanda odunla qızdırılan məktəblərin siyahısı hazırlanıb
Nazirlik rəsmisi hədəfin odunla qızdırılan məktəblərin sayını ildən-ilə azaltmaq olduğunu bildirib.
BAKI, 17 noyabr — Sputnik. "Bizdə ölkədə odunla qızdırılan məktəblərin konkret siyahısı var. Həmin siyahıya uyğun olaraq hər il dövlət proqramına əsasən müxtəlif sayda məktəblərin qazlaşdırılması və ya digər enerji mənbələri ilə qızdırılması istiqamətində işlər həyata keçirilir".
Bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini Orxan Abbasov deyib.
O, nazirliyin hədəfinin odunla qızdırılan məktəblərin sayını ildən-ilə azaltmaq olduğunu bildirib. Şöbə müdirinin müavini söyləyib ki, bununla bağlı hər il müvafiq işlər görülür və buna uyğun olaraq çoxlu sayda məktəblər hər il qazla qızdırılan mərkəzləşdirilmiş istilik sisteminə qoşulur.
Nazirlik rəsmisi Azərbaycanda ümumtəhsil müəssisələrinin qızdırılması üçün hələ də odundan istifadənin səbəblərini açıqlayıb. Odunun ənənəvi yanacaq növü olduğunu bildirən O.Abbasov hazırda ölkədə bəzi məntəqələrin qazlaşdırılmadığını xatırladıb.
O, həmçinin deyib ki, hətta bəzi məntəqələrdə qaz olsa belə, mavi yanacağın mövcud təzyiqi məktəbin qızdırılmasına imkan vermir. Bundan əlavə, bəzi məktəblərin qəzalı vəziyyətdə olması, həmin təhsil ocaqlarının qazlaşdırılmasına maneə yaradır.
Qeyd edək ki, "Azəristiliktəchizat"dan verilən məlumata görə, cari ildə ümumilikdə 282 məktəb, 167 uşaq bağçası və digər sosial təyinatlı müssələr istiliklə təmin ediləcək.