https://sputnik.az/20221116/yarim-milyon-manata-yaxin-deleduzluq-eden-qadina-hokm-oxunub-448623491.html
Yarım milyon manata yaxın dələduzluq edən qadına hökm oxunub
Yarım milyon manata yaxın dələduzluq edən qadına hökm oxunub
Sputnik Azərbaycan
İttihama əsasən, S.Bədəlova A.Mirzəyevə deyib ki, Latviyanın paytaxtı Riqada yaşayan qardaşı vəfat edib və ondan külli miqdarda əmlak qalıb. 16.11.2022, Sputnik Azərbaycan
2022-11-16T19:44+0400
2022-11-16T19:44+0400
2022-11-16T20:00+0400
dələduzluq
cəmiyyət
qadın
həbs
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/41067/50/410675046_0:0:1504:847_1920x0_80_0_0_ba8f765457eebe458df5a41e9fede295.jpg
BAKI, 16 noyabr — Sputnik. Bakıda münasibətdə olduğu kişiyə qarşı yarım milyon manata yaxın dələduzluq etməkdə təqsirləndirilən Sevinc Bədəlovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, Sevinc Bədəlova 6 il 6 ay azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs edilib.Qeyd edək ki, iş üzrə Adəm Mirzəyev zərərçəkmiş qismində iştirak edir.Qadın A.Mirzəyevin yaşadığı binanı yaxınlığındakı gözəllik salonunda çalışıb. Burada tanış olan hər iki tərəfin münasibətləri sonradan 3-4 il sevgililər kimi davam edib.İttihama əsasən, S.Bədəlova A.Mirzəyevə deyib ki, Latviyanın paytaxtı Riqada yaşayan qardaşı vəfat edib və ondan külli miqdarda əmlak qalıb. Qadın bildirib ki, o əmlakları adına keçirərək biznes qurmaq olar. Bu məqsədlə də o, 2016-2019-cu illər ərzində A.Mirzəyevdən 434 min manat pul alıb.Aldadıldığını görən Adəm Mirzəyev bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Nəticədə Sevinc Bədəlova saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsilə ittiham elan olunub. (APA)
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41067/50/410675046_162:0:1450:966_1920x0_80_0_0_aa4e9a4dd490c0e624f350698863aa8f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
dələduzluq, qadın, həbs, azərbaycan
dələduzluq, qadın, həbs, azərbaycan
Yarım milyon manata yaxın dələduzluq edən qadına hökm oxunub
19:44 16.11.2022 (Yenilənib: 20:00 16.11.2022) İttihama əsasən, S.Bədəlova A.Mirzəyevə deyib ki, Latviyanın paytaxtı Riqada yaşayan qardaşı vəfat edib və ondan külli miqdarda əmlak qalıb.
BAKI, 16 noyabr — Sputnik. Bakıda münasibətdə olduğu kişiyə qarşı yarım milyon manata yaxın dələduzluq etməkdə təqsirləndirilən Sevinc Bədəlovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Sevinc Bədəlova 6 il 6 ay azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, iş üzrə Adəm Mirzəyev zərərçəkmiş qismində iştirak edir.
Qadın A.Mirzəyevin yaşadığı binanı yaxınlığındakı gözəllik salonunda çalışıb. Burada tanış olan hər iki tərəfin münasibətləri sonradan 3-4 il sevgililər kimi davam edib.
İttihama əsasən, S.Bədəlova A.Mirzəyevə deyib ki, Latviyanın paytaxtı Riqada yaşayan qardaşı vəfat edib və ondan külli miqdarda əmlak qalıb. Qadın bildirib ki, o əmlakları adına keçirərək biznes qurmaq olar. Bu məqsədlə də o, 2016-2019-cu illər ərzində A.Mirzəyevdən 434 min manat pul alıb.
Aldadıldığını görən Adəm Mirzəyev bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Nəticədə Sevinc Bədəlova saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsilə ittiham elan olunub. (APA)