https://sputnik.az/20221116/ranin-qetlini-planlasdirdigi-sexsin-kimliyi-aciqlanib-448624828.html
İranın qətlini planlaşdırdığı şəxsin kimliyi açıqlanıb
İranın qətlini planlaşdırdığı şəxsin kimliyi açıqlanıb
Sputnik Azərbaycan
İsrailin Tbilisidəki səfiri Adas Meysad sui-qəsdin qarşısını aldığı üçün Gürcüstanın xüsusi xidmət orqanlarına və hökumətinə təşəkkür edib. 16.11.2022, Sputnik Azərbaycan
2022-11-16T21:48+0400
2022-11-16T21:48+0400
2022-11-16T21:48+0400
iran
dünya xəbərləri
israil
gürcüstan
https://cdnn1.img.sputnik.az/img/42199/94/421999473_20:0:982:541_1920x0_80_0_0_698d141fbcbb4ad5ebef51b2af48d8ca.jpg
BAKI, 16 noyabr — Sputnik. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı bölməsi olan "Əl-Qüds"ün israilli iş adamı, Gürcüstan-İsrail Ticarət Palatasının prezidenti İtzik Moşeyə qarşı sui-qəsd hazırladığı məlum olub. Bu barədə məlumatlı mənbə KİV-ə danışıb.Bundan əlavə, iş adamı haqqında məlumat toplamaq üçün Tbilisiyə gələn Pakistandan olan bir qrup muzdlu qatilin "Əl-Qaidə" terror təşkilatı ilə əlaqəsinin olduğu bildirilir.İsrailin kəşfiyyat orqanları İranın Moşeyə qarşı sui-qəsd hazırladığı barədə Gürcüstan tərəfini məlumatlandırıb.İsrailin Tbilisidəki səfiri Adas Meysad sui-qəsdin qarşısını aldığı üçün Gürcüstanın xüsusi xidmət orqanlarına və hökumətinə təşəkkür edib."Biz bir daha şahidi olduq ki, İran təkcə Yaxın Şərqdə deyil, bütün dünyada, indi də burada, dinc Gürcüstanda terror aktları törətmək cəhdlərini davam etdirir", - səfir yazıb.Xatırladaq ki, dünən Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti İsrail vətəndaşının xaricdən sifariş edilən qətlinin qarşısının alındığını açıqlamışdı. (Report)
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42199/94/421999473_140:0:861:541_1920x0_80_0_0_faf15a5d7e5ff04b32b248cf73afb11c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
iran, israil, gürcüstan
İranın qətlini planlaşdırdığı şəxsin kimliyi açıqlanıb
İsrailin Tbilisidəki səfiri Adas Meysad sui-qəsdin qarşısını aldığı üçün Gürcüstanın xüsusi xidmət orqanlarına və hökumətinə təşəkkür edib.
BAKI, 16 noyabr — Sputnik. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı bölməsi olan "Əl-Qüds"ün israilli iş adamı, Gürcüstan-İsrail Ticarət Palatasının prezidenti İtzik Moşeyə qarşı sui-qəsd hazırladığı məlum olub. Bu barədə məlumatlı mənbə KİV-ə danışıb.
Bundan əlavə, iş adamı haqqında məlumat toplamaq üçün Tbilisiyə gələn Pakistandan olan bir qrup muzdlu qatilin "Əl-Qaidə" terror təşkilatı ilə əlaqəsinin olduğu bildirilir.
İsrailin kəşfiyyat orqanları İranın Moşeyə qarşı sui-qəsd hazırladığı barədə Gürcüstan tərəfini məlumatlandırıb.
İsrailin Tbilisidəki səfiri Adas Meysad sui-qəsdin qarşısını aldığı üçün Gürcüstanın xüsusi xidmət orqanlarına və hökumətinə təşəkkür edib.
"Biz bir daha şahidi olduq ki, İran təkcə Yaxın Şərqdə deyil, bütün dünyada, indi də burada, dinc Gürcüstanda terror aktları törətmək cəhdlərini davam etdirir", - səfir yazıb.
Xatırladaq ki, dünən Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti İsrail vətəndaşının xaricdən sifariş edilən qətlinin qarşısının alındığını açıqlamışdı. (Report)