https://sputnik.az/20221116/polsaya-dusen-raketin-rusiyaya-aid-olmadigi-qenaetine-gelinib---erdogan-448609698.html
Polşaya düşən raketin Rusiyaya aid olmadığı qənaətinə gəlinib - Ərdoğan
Polşaya düşən raketin Rusiyaya aid olmadığı qənaətinə gəlinib - Ərdoğan
Sputnik Azərbaycan
Noyabrın 15-də axşam Polşa KİV-i iki raketin Polşa ərazisinə düşdüyünü - Ukrayna ilə sərhəddəki Lyublin voyevodalığına düşdüyünü, iki nəfərin həlak olduğunu... 16.11.2022, Sputnik Azərbaycan
2022-11-16T11:44+0400
2022-11-16T11:44+0400
2022-11-16T11:44+0400
ərdoğan
dünya xəbərləri
polşa
raket
rusiya
nato
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/10/448609544_0:0:3072:1728_1920x0_80_0_0_2b7811c51857c0717d300f01e8301e02.jpg
BAKI, 16 noyabr — Sputnik. Altı NATO ölkəsi Polşaya düşən raketin Rusiyaya aid olmadığı qənaətinə gəlib. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.Noyabrın 15-də axşam Polşa KİV-i iki raketin Polşa ərazisinə - Ukrayna ilə sərhəddəki Lyublin voyevodalığına düşdüyünü, iki nəfərin həlak olduğunu bildirib. Ölkənin Xarici İşlər Nazirliyi Polşaya düşən raketin Rusiya istehsalı olduğunu bildirib. Polşa prezidenti Anjey Duda qeyd edib ki, Varşavada raketlərinin ölkə ərazisinə düşməsi barədə dəqiq məlumat yoxdur."Bu səhər Almaniya kansleri Şolz mənə dedi ki, altı NATO ölkəsi müzakirələr aparıb və bunun texniki səhv ola biləcəyi qənaətinə gəlib. Onların fikrincə, bu, Rusiya raketi deyil", - Ərdoğan bildirib.Ərdoğan konkret olaraq hansı altı ölkədən bəhs etdiyini açıqlamayıb.Noyabrın 16-da səhər ABŞ prezidenti Co Bayden Balidə keçirilən G20 sammitində iştirak edən G7 və NATO ölkələrinin liderlərini təcili toplantıya çağırıb. O bildirib ki, ilkin məlumatlar Polşaya düşən raketin Rusiyadan atılması faktını təkzib edir.Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, həmin gün Ukrayna-Polşa sərhədi yaxınlığındakı hədəflərə zərbələr endirilib və bəzi dağıntıların olduğu fotolarının Rusiya silahları ilə heç bir əlaqəsi yoxdur. Nazirlik qeyd edib ki, Polşa KİV-lərinin guya "Rusiya" raketlərinin düşməsi ilə bağlı bütün bəyanatları eskalasiya məqsədi ilə məqsədyönlü təxribatdır.Hərbi ekspert Aleksey Leonkovun RİA Novosti-yə verdiyi məlumata görə, Rusiya qanadlı raketləri Polşa ərazisini vura bilməzdi, lakin Ukraynanın S-300 sistemli raketləri orada uça bilərdi: bu cür nümunələr əvvəllər də olub.Pentaqon bildirib ki, Polşada raketin atılması ilə bağlı situasiyada onlar spekulyasiya ilə deyil, aydınlaşdırmaq üçün kifayət qədər imkanların olduğu faktlarla işləmək niyyətindədirlər. "Eyni zamanda, faktlar əldə olunana qədər Pentaqon NATO nizamnaməsinin 5-ci maddəsinin tətbiqi barədə danışmayacaq," - deyə hərbi sözçü Patrik Rayder bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/10/448609544_343:0:3072:2047_1920x0_80_0_0_d766790abbd5e1e06098f95095fa12a2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ərdoğan, polşa, raket, rusiya, nato
ərdoğan, polşa, raket, rusiya, nato
Polşaya düşən raketin Rusiyaya aid olmadığı qənaətinə gəlinib - Ərdoğan
Noyabrın 15-də axşam Polşa KİV-i iki raketin Polşa ərazisinə düşdüyünü - Ukrayna ilə sərhəddəki Lyublin voyevodalığına düşdüyünü, iki nəfərin həlak olduğunu bildirib.
BAKI, 16 noyabr — Sputnik. Altı NATO ölkəsi Polşaya düşən raketin Rusiyaya aid olmadığı qənaətinə gəlib. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Noyabrın 15-də axşam Polşa KİV-i iki raketin Polşa ərazisinə - Ukrayna ilə sərhəddəki Lyublin voyevodalığına düşdüyünü, iki nəfərin həlak olduğunu bildirib. Ölkənin Xarici İşlər Nazirliyi Polşaya düşən raketin Rusiya istehsalı olduğunu bildirib. Polşa prezidenti Anjey Duda qeyd edib ki, Varşavada raketlərinin ölkə ərazisinə düşməsi barədə dəqiq məlumat yoxdur.
"Bu səhər Almaniya kansleri Şolz mənə dedi ki, altı NATO ölkəsi müzakirələr aparıb və bunun texniki səhv ola biləcəyi qənaətinə gəlib. Onların fikrincə, bu, Rusiya raketi deyil", - Ərdoğan bildirib.
Ərdoğan konkret olaraq hansı altı ölkədən bəhs etdiyini açıqlamayıb.
Noyabrın 16-da səhər ABŞ prezidenti Co Bayden Balidə keçirilən G20 sammitində iştirak edən G7 və NATO ölkələrinin liderlərini təcili toplantıya çağırıb. O bildirib ki, ilkin məlumatlar Polşaya düşən raketin Rusiyadan atılması faktını təkzib edir.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, həmin gün Ukrayna-Polşa sərhədi yaxınlığındakı hədəflərə zərbələr endirilib və bəzi dağıntıların olduğu fotolarının Rusiya silahları ilə heç bir əlaqəsi yoxdur. Nazirlik qeyd edib ki, Polşa KİV-lərinin guya "Rusiya" raketlərinin düşməsi ilə bağlı bütün bəyanatları eskalasiya məqsədi ilə məqsədyönlü təxribatdır.
Hərbi ekspert Aleksey Leonkovun RİA Novosti-yə verdiyi məlumata görə, Rusiya qanadlı raketləri Polşa ərazisini vura bilməzdi, lakin Ukraynanın S-300 sistemli raketləri orada uça bilərdi: bu cür nümunələr əvvəllər də olub.
Pentaqon bildirib ki, Polşada raketin atılması ilə bağlı situasiyada onlar spekulyasiya ilə deyil, aydınlaşdırmaq üçün kifayət qədər imkanların olduğu faktlarla işləmək niyyətindədirlər. "Eyni zamanda, faktlar əldə olunana qədər Pentaqon NATO nizamnaməsinin 5-ci maddəsinin tətbiqi barədə danışmayacaq," - deyə hərbi sözçü Patrik Rayder bildirib.