SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Paşinyan sülh müqaviləsindən yayınır: Ermənistan hökumət başçısından yeni saziş açıqlaması

© AFP 2024 / DMITRY ASTAKHOVNikol Paşinyan
Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 16.11.2022
Abunə olmaq
Ermənistan lideri qeyd edib ki, çərçivə sazişi heç bir ciddi təfərrüat göstərilmədən, ümumilikdə mövcud vəziyyəti əks etdirə bilər.
BAKI, 16 noyabr — Sputnik. Sərhədin delimitasiyası prosesi bir neçə il çəkə bilər və bu səbəbdən Ermənistan sülh müqaviləsi əvəzinə Azərbaycanla çərçivə sazişi imzalamağı düşünür. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatındakı çıxışında deyib.
Onun sözlərinə görə, sülh müqaviləsinin imzalanması zamanı sərhədin delimitasiyası və demarkasiyası prosesinin başa çatmasını düşünmək çətindir:

"Bunun üçün Yerevan Ermənistan-Azərbaycan sərhədinin demilitarizasiyasından, qoşunların qarşılıqlı olaraq çıxarılmasından başlamağın və bunun üçün sərhədin müəyyənləşdirilməsinə 1990-cı ilin xəritələrinin əsas götürülməsinin tərəfdarıdır. Sərhədçiləri yerləşdirin və beləliklə bu məsələni bir müddət bağlayın. Sonra çərçivə sənədini imzalayın və delimitasiyaya başlayın. Bu isə bir ildən çox çəkə bilər".

Hökumət başçısı qeyd edib ki, çərçivə sazişi heç bir ciddi təfərrüat göstərilmədən, ümumilikdə mövcud vəziyyəti düzəldəcək.
"Təcrübə göstərir ki, təfərrüatlara cəhd danışıqlarda çətinliklərə səbəb ola bilər", - Paşinyan əlavə edib.
Xatırladaq ki, Ermənistan hökumətinin başçısı oktyabrın sonunda parlamentdə hökumət saatı zamanı demişdi ki, İrəvan Bakı ilə sülh müqaviləsinin imzalanmasının bu ilin sonuna qədər baş tutması üçün hər şeyi edəcək.
Xəbər lenti
0