https://sputnik.az/20221116/g20-olkeleri-taxil-muqavilesini-destekleyerek-gubre-ixracina-qadagalara-qarsi-cixiblar-448619552.html
G20 ölkələri taxıl müqaviləsini dəstəkləyərək gübrə ixracına qadağalara qarşı çıxıblar
G20 ölkələri taxıl müqaviləsini dəstəkləyərək gübrə ixracına qadağalara qarşı çıxıblar
Sputnik Azərbaycan
G20 ölkələri, həmçinin, kənd təsərrüfatı məhsullarının açıq, şəffaf və ayrı-seçkilikdən kənar ticarətinin təmin edilməsinin tərəfdarıdır və ərzaq və gübrələrin... 16.11.2022, Sputnik Azərbaycan
2022-11-16T14:54+0400
2022-11-16T14:54+0400
2022-11-16T14:54+0400
dünya xəbərləri
g20
gübrə
qərar
https://cdnn1.img.sputnik.az/img/42172/42/421724285_0:0:3107:1748_1920x0_80_0_0_25768acc44967fab60cfa14a54d889fa.jpg
BAKI, 16 noyabr — Sputnik. "Biz İstanbulda Türkiyə və BMT-nin vasitəçiliyi ilə 22 iyul 2022-ci ildə imzalanmış iki sazişi alqışlayırıq". Bu barədə Balidə keçirilən G20 zirvə toplantısının yekun bəyannaməsində deyilir.Sənəddə, həmçinin, qeyd edilir ki, G20 ölkələri "bütün müvafiq maraqlı olanlar tərəfindən onların tam şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayırlar".G20 ölkələri, həmçinin, kənd təsərrüfatı məhsullarının açıq, şəffaf və ayrı-seçkilikdən kənar ticarətinin tərəfdarıdır və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) standartlarına uyğun gəlməyən şəkildə qida və gübrə ixracına qadağalar və məhdudiyyətlər qoyulmasına qarşıdır.Eyni zamanda, G20 üzvləri, sənəddə qeyd olunduğu kimi, bütün ölkələri ərzaq böhranından ən çox zərər çəkən dövlətlərə yardım etməyə çağırıb. Onlar bunu etmək iqtidarında olanları "natura şəklində ianə və resurslar təqdim etməyə" çağırıblar və fövqəladə hallarda qidaya çıxışı təmin etmək üçün humanitar yardımları asanlaşdırmağa söz veriblər.Bununla əlaqədar olaraq G20 humanitar fəaliyyətlərin sanksiyalardan çıxarılmasını tələb edib. Eyni zamanda qeyd edilir ki, G20 ölkələri "qlobal ərzaq təhlükəsizliyinin vəziyyəti"nə nəzarəti davam etdirəcək.Bu günlərdə Hindistanın baş naziri Narendra Modi bəyan edib ki, G20 ölkələri gübrə və taxıl tədarükü zəncirinin sabitliyi üçün saziş bağlamalıdırlar – bu günün gübrə çatışmazlığı sabahın ərzaq böhranı deməkdir.Xatırladaq ki, iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan taxıl sazişi Ukrayna taxılının, ərzaq və gübrəsinin Qara dəniz vasitəsilə Odessa da daxil olmaqla üç limandan ixracını nəzərdə tutur. İstanbuldakı Birgə Koordinasiya Mərkəzi (BKM) gəmilərin hərəkətinin koordinasiyasına cavabdehdir.Oktyabrın 30-da Kiyevin Qara dəniz donanmasının gəmilərinə və Sevastopol sularında mülki gəmilərə hücumundan sonra Rusiya Ukrayna limanlarından məhsulların ixracında iştirakının dayandırıldığını elan edib.Daha sonra Rusiya Müdafiə Nazirliyi Rusiyanın ərzaq sövdələşməsində iştirakını bərpa etdiyini açıqlayıb. Kremlin məlumatına görə, Kiyevin taxıl sövdələşməsi üçün humanitar dəhlizlərdən hərbi məqsədlər üçün istifadə etməyəcəyinə dair zəmanət verdiyi barədə məlumat Rusiya Müdafiə Nazirliyi vasitəsilə alınıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42172/42/421724285_0:0:2567:1925_1920x0_80_0_0_e2c37b5fe3553a6b46152ec01e487d53.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
g20, gübrə, qərar
G20 ölkələri taxıl müqaviləsini dəstəkləyərək gübrə ixracına qadağalara qarşı çıxıblar
G20 ölkələri, həmçinin, kənd təsərrüfatı məhsullarının açıq, şəffaf və ayrı-seçkilikdən kənar ticarətinin təmin edilməsinin tərəfdarıdır və ərzaq və gübrələrin ixracına qadağa və məhdudiyyətlərin qoyulmasının əleyhinədirlər.
BAKI, 16 noyabr — Sputnik. "Biz İstanbulda Türkiyə və BMT-nin vasitəçiliyi ilə 22 iyul 2022-ci ildə imzalanmış iki sazişi alqışlayırıq". Bu barədə Balidə keçirilən G20 zirvə toplantısının yekun bəyannaməsində deyilir.
Sənəddə, həmçinin, qeyd edilir ki, G20 ölkələri "bütün müvafiq maraqlı olanlar tərəfindən onların tam şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayırlar".
G20 ölkələri, həmçinin, kənd təsərrüfatı məhsullarının açıq, şəffaf və ayrı-seçkilikdən kənar ticarətinin tərəfdarıdır və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) standartlarına uyğun gəlməyən şəkildə qida və gübrə ixracına qadağalar və məhdudiyyətlər qoyulmasına qarşıdır.
Eyni zamanda, G20 üzvləri, sənəddə qeyd olunduğu kimi, bütün ölkələri ərzaq böhranından ən çox zərər çəkən dövlətlərə yardım etməyə çağırıb. Onlar bunu etmək iqtidarında olanları "natura şəklində ianə və resurslar təqdim etməyə" çağırıblar və fövqəladə hallarda qidaya çıxışı təmin etmək üçün humanitar yardımları asanlaşdırmağa söz veriblər.
Bununla əlaqədar olaraq G20 humanitar fəaliyyətlərin sanksiyalardan çıxarılmasını tələb edib. Eyni zamanda qeyd edilir ki, G20 ölkələri "qlobal ərzaq təhlükəsizliyinin vəziyyəti"nə nəzarəti davam etdirəcək.
Bu günlərdə Hindistanın baş naziri Narendra Modi bəyan edib ki, G20 ölkələri gübrə və taxıl tədarükü zəncirinin sabitliyi üçün saziş bağlamalıdırlar – bu günün gübrə çatışmazlığı sabahın ərzaq böhranı deməkdir.
Xatırladaq ki, iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan taxıl sazişi Ukrayna taxılının, ərzaq və gübrəsinin Qara dəniz vasitəsilə Odessa da daxil olmaqla üç limandan ixracını nəzərdə tutur. İstanbuldakı Birgə Koordinasiya Mərkəzi (BKM) gəmilərin hərəkətinin koordinasiyasına cavabdehdir.
Oktyabrın 30-da Kiyevin Qara dəniz donanmasının gəmilərinə və Sevastopol sularında mülki gəmilərə hücumundan sonra Rusiya Ukrayna limanlarından məhsulların ixracında iştirakının dayandırıldığını elan edib.
Daha sonra Rusiya Müdafiə Nazirliyi Rusiyanın ərzaq sövdələşməsində iştirakını bərpa etdiyini açıqlayıb. Kremlin məlumatına görə, Kiyevin taxıl sövdələşməsi üçün humanitar dəhlizlərdən hərbi məqsədlər üçün istifadə etməyəcəyinə dair zəmanət verdiyi barədə məlumat Rusiya Müdafiə Nazirliyi vasitəsilə alınıb.