Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Cənub Qaz Dəhlizinin regionun enerji təhlükəsizliyində strateji rolundan bəhs edilib

© Sputnik / Dmitry Lelchuk / Mediabanka keçidQaz kəməri, arxiv şəkli
Qaz kəməri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2022
Abunə olmaq
Dünya Bankı tərəfindən ölkəmizdə həyata keçirilən müxtəlif layihələrin neft-qaz sənayemizin dayanıqlı inkişafına mühüm töhfə verdiyi vurğulanıb.
BAKI, 16 noyabr — Sputnik. SOCAR prezidenti Rövşən Nəcəf bu gün Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
SOCAR-dan bildirilib ki, görüşdə Azərbaycan ilə Dünya Bankı arasında səmərəli əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib, Dünya Bankı tərəfindən ölkəmizdə həyata keçirilən müxtəlif layihələrin neft-qaz sənayemizin dayanıqlı inkişafına mühüm töhfə verdiyi vurğulanıb.
Söhbət zamanı Cənub Qaz Dəhlizi layihəsinin regionun və Avropanın enerji təhlükəsizliyi baxımından strateji rolundan bəhs edilib, bu xüsusda Dünya Bankı ilə faydalı əməkdaşlığın əhəmiyyəti qeyd olunub.
Görüşdə, həmçinin ətraf mühit, bərpaolunan enerji, dekarbonizasiya və rəqəmsallaşma sahələrində əməkdaşlıq perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Cənub Qaz Dəhlizinin ümumi dəyəri, təxminən, 40 mlrd. ABŞ dollarıdır
Qeyd edək ki, Cənub Qaz Dəhlizinin məqsədi "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir.
"Cənub Qaz Dəhlizi" layihəsinin əsas elementləri aşağıdakılardır:
"Şahdəniz" qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi;
Cənub Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi;
Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi;
Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi.
2014-cü il sentyabrın 20-də Cənub Qaz Dəhlizinin təməli qoyulub. 17 mart 2015-ci ildə Türkiyənin Qars şəhərində TANAP-ın təməlqoyma mərasimi keçirilib və boru kəmərinin inşasına başlanılıb. 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib və boru kəmərinin inşasına başlanılıb. 29 may 2018-ci il tarixində Bakıda Cənub Qaz Dəhlizinin, 12 iyun 2018-ci il tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı olub. 30 iyun 2018-ci ildə ilk kommersiya qazının Trans-Anadolu (TANAP) boru kəməri ilə Türkiyəyə göndərilməsinə başlanılıb. 30 noyabr 2019-cu ildə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Azərbaycan təbii qazının 31 dekabr 2020-ci ildə TAP vasitəsilə Avropa bazarına tədarükünə başlanılıb.
Cənub Qaz Dəhlizinin ümumi dəyəri, təxminən, 40 mlrd. ABŞ dollarıdır.
Xatırladaq ki, Dünya Bankı - inkişaf etməkdə olan ölkələrə maliyyə və texniki yardımın göstərilməsi məqsədilə yaradılmış beynəlxalq maliyyə təşkilatıdır.
Azərbaycan Dünya Bankına 1992-ci ildə qoşulub.
Xəbər lenti
0