https://sputnik.az/20221116/bakida-zavodda-24-il-evvel-qetl-toreden-sexse-hokm-oxunub-448617564.html
Bakıda zavodda 24 il əvvəl qətl törədən şəxsə hökm oxunub
Bakıda zavodda 24 il əvvəl qətl törədən şəxsə hökm oxunub
Sputnik Azərbaycan
Elnur Abbasov zavodun 2 saylı sexində usta kimi çalışmış Mübariz Rəsulovu aralarında yaranmış mübahisə zamanı ona çoxsaylı bıçaq zərbələri yetirərək xüsusi... 16.11.2022, Sputnik Azərbaycan
2022-11-16T13:46+0400
2022-11-16T13:46+0400
2022-11-16T14:42+0400
qətl
cəmiyyət
bakı
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e4/09/07/424864852_0:0:3025:1702_1920x0_80_0_0_f6815a08869c2fa7d7d70c297fe505f2.jpg
BAKI, 16 noyabr — Sputnik. Prokuror Bakıda 24 il əvvəl qətl törətməkdə təqsirləndirilən Elnur Abbasovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib."Report"un məlumatına görə, bu barədə dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.Qeyd edək ki, qətl hadisəsi 1998-ci il aprelin 26-da paytaxt ərazisində yerləşən Bakı Balıq hisləmə zavodunda qeyd alınıb.Belə ki, Bakı Balıq hisləmə zavodunda qeyri-rəsmi mühafizəçi işləmiş Elnur Abbasov həmin zavodun 2 saylı sexində usta kimi çalışmış Mübariz Rəsulovu aralarında yaranmış mübahisə zamanı ona çoxsaylı bıçaq zərbələri yetirərək xüsusi amansızlıqla öldürüb. O, sonra törətdiyi cinayətin izlərini gizlətmək məqsədilə hadisə yerini təmizləyərək meyiti sexdəki soyuducuya qoyub.Aparılan istintaqla cinayətin Elnur Abbasov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilməsinə baxmayaraq onun ölkə ərazisini tərk etməsi səbəbindən cinayət məsuliyyətinə cəlb olunması mümkün olmayıb və barəsində axtarış elan edilib.2022-ci il iyulun 1-də Elnur Abbasova 1998-ci ildə qüvvədə olan Cinayət Məcəlləsinin 94-cü maddəsinin 6-cı hissəsi ilə yenidən ittiham elan edilməklə o tutulub.Qətl törətməkdə təqsirləndirilən Elnur Abbasov 13 il müddətinə azadlıqdan məhrum edilib.Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/07/424864852_0:0:2729:2047_1920x0_80_0_0_c009047175ab35fecf8dbd59f9930177.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qətl, bakı, azərbaycan
Bakıda zavodda 24 il əvvəl qətl törədən şəxsə hökm oxunub
13:46 16.11.2022 (Yenilənib: 14:42 16.11.2022) Elnur Abbasov zavodun 2 saylı sexində usta kimi çalışmış Mübariz Rəsulovu aralarında yaranmış mübahisə zamanı ona çoxsaylı bıçaq zərbələri yetirərək xüsusi amansızlıqla öldürüb.
BAKI, 16 noyabr — Sputnik. Prokuror Bakıda 24 il əvvəl qətl törətməkdə təqsirləndirilən Elnur Abbasovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
"Report"un məlumatına görə, bu barədə dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Qeyd edək ki, qətl hadisəsi 1998-ci il aprelin 26-da paytaxt ərazisində yerləşən Bakı Balıq hisləmə zavodunda qeyd alınıb.
Belə ki, Bakı Balıq hisləmə zavodunda qeyri-rəsmi mühafizəçi işləmiş Elnur Abbasov həmin zavodun 2 saylı sexində usta kimi çalışmış Mübariz Rəsulovu aralarında yaranmış mübahisə zamanı ona çoxsaylı bıçaq zərbələri yetirərək xüsusi amansızlıqla öldürüb. O, sonra törətdiyi cinayətin izlərini gizlətmək məqsədilə hadisə yerini təmizləyərək meyiti sexdəki soyuducuya qoyub.
Aparılan istintaqla cinayətin Elnur Abbasov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilməsinə baxmayaraq onun ölkə ərazisini tərk etməsi səbəbindən cinayət məsuliyyətinə cəlb olunması mümkün olmayıb və barəsində axtarış elan edilib.
2022-ci il iyulun 1-də Elnur Abbasova 1998-ci ildə qüvvədə olan Cinayət Məcəlləsinin 94-cü maddəsinin 6-cı hissəsi ilə yenidən ittiham elan edilməklə o tutulub.
Qətl törətməkdə təqsirləndirilən Elnur Abbasov 13 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.