Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı qadın rejissor Əfqanıstanda film çəkdi: Mövzu "Taliban"

© pixabay / gagnonm1993kinolent
kinolent - Sputnik Azərbaycan, 1920, 16.11.2022
Abunə olmaq
Filmin yekununda əslində Əfqanıstanda, yəni "Müharibə evin"də yaşananların tam izahı verilir
BAKI, 16 noyabr — Sputnik. Azərbaycanın "Real" telekanalı bir ildir ki, Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban"* haqqında film çəkib.
Filmin ssenari müəllifi və rejissoru Vəfa Ağabalayevanın sözlərinə gröə, 40 ildən çoxdur qeyri-sabit siyasi şəraitdə olan Əfqanıstan haqqında sənədli film ərsəyə gətirməkdə məqsəd bu ölkəni Azərbaycan izləyicisinə olduğu kimi təqdim etməkdir.
"Budəfəki layihə daha çətin və təhlükəli oldu. Əfqanıstanda ötən ildən hakimiyyəti ələ alan "Taliban"ın yerli və dünya mediasına münasibəti haqda açıq informasiya mənbələrindən məlumatlanmaq mümkündür. Yerində real olaraq çəkilişlər isə demək olar ki, mümkünsüzdür. Təbii, biz bu mümkünsüzü yenə mümkün etdik", - deyə Vəfa Ağabalayeva Sputnik Azərbaycan-a bildirib.
Onun sözlərinə görə, "Real TV"nin çəkiliş heyəti Əfqanıstanın müxtəlif ərazilərində olub, əfqan xalqının son illər ərzində yaşadığı dəhşətləri lentə alıb.
Gün ərzində bu ölkədə 200-250 nəfər terrorun qurbanı olur. "Real" komandasının səfərə yollandırqları gün də ölkədə terror baş verib. Çəkiliş qrupunun 10 metr yaxınlığında bina partladılıb. Filmdə həmin hadisə də yer alıb.
Eyni zamanda filmdə eksklüziv olaraq çəkiliş qrupu "Taliban" liderlərindən müsahibə almaq fürsəti də əldə edib. Müəllifin konkret suallarını 1 ildir ki, hakimiyyətdə olan və Əfqanıstana nəzarət edən "Taliban" qruplaşmasının liderləri Zabiullah Mujahid və Abdul Basir Sabiri cavablandırıb.
"Etiraf edim ki, bu silsilə layihədə "siyahıdakı ölkələrə giriş-çıxış məsələləri necə həll olunacaq?", "konfidensiallıq qoruna bilinəcəkmi?"və s. nüanslar olduqca çətin prosesdir. Amma çətinliklərin fonunda daha bir layihəni - dünyanın ən təhlükəli coğrafiyası Əfqanıstanı təqdim edirik", - deyə rejissor əlavə edib.
Onun sözlərinə görə, filmin adı "Dar-ul-hərb", yəni "Müharibə evi" dir. Adın seçilməsinin də öz mənası var.
"İslam tarixində "Dar-ul-hərb" ideyasına coğrafi prizmadan yanaşılır. Sadə dillə izah etsək, bu o deməkdir ki, müsəlmanların yaşadıqları ərazilərlə qeyri-müsəlmanların yaşadığı ərazi arasında sərhədlər bəlli olur. "Dar-ul-hərb" tarixi müsəlman-qeyri-müsəlman qarşıdurmasından daha çox, islamın özünün içində təfriqələrin artması və onun xarici qüvvələrə qarşı zəifləməsi ideyasına çevrilib. Filmin yekununda əslində Əfqanıstanda, yəni "Müharibə evi"ndə yaşananların tam izahı verilir", - Ağabalayeva deyib.
Qeyd edək ki, Vəfa Ağabalayeva bundan bir müddət öncə Suriyada film çəkmişdi. Azərbaycan Televiziyası ilə birlikdə ərsəyə gələn film 11 illik müharibə şəraitində olan Suriyadan bəhs edirdi. "İllüziya" adlı filmin hazırlanmasında məqsəd Suriya ərazisində salınmış düşərgə, eyni zamanda, kimsəsiz uşaqlar üçün sığınacaqlarda yaşayan həmvətənlərimizin hazırkı şəraitinin işıqlandırılması idi.
AzTV-nin çəkiliş heyəti Suriyanın müxtəlif ərazilərində olub, düşərgələrdə məskunlaşmış azərbaycanlılar və suriyalılarla həmsöhbət edərək onların yaşadığı dəhşətləri lentə alıb.
* Rusiya və dünyanın bir sıra ölkələrində qadağan edilmiş təşkilat
Xəbər lenti
0