CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda quş qripi xəstəliyindən qorumaq məqsədilə monitorinqlər keçiriləcək

© Sputnik / Ivan Rudnev / Mediabanka keçidQuşların vaksinasiyası, arxiv şəkli
Quşların vaksinasiyası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2022
Abunə olmaq
Noyabrın 21-25-də keçiriləcək epizootoloji monitorinqlər zamanı çöl quşlarına ümumi baxış keçirilməsi, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə çöl quşlarının ovlanması planlaşdırılır.
BAKI, 16 noyabr — Sputnik. Respublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən növbəti epizootoloji monitorinqlər keçiriləcək. Bu barədə AQTA-dan məlumat verilib.
Bidlirilib ki, monitorinqlərin keçirilməsi üçün Agentliyin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşlarından ibarət İşçi qrupu yaradılıb.
Noyabrın 21-25-də keçiriləcək epizootoloji monitorinqlər zamanı Şabran və Xızı rayonlarındakı Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarını, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağ Göl, Qızılağac milli parklarınının su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, əraziylə yanaşı çöl quşlarına ümumi baxış keçirilməsi, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə çöl quşlarının ovlanması planlaşdırılır.
Eyni zamanda həmin müddətdə Bakı və Sumqayıt şəhərlərindəki, Şabran, Siyəzən, Cəlilabad, Lənkəran, Ucar, İmişli, Neftçala, Salyan və Abşeron rayonlarında fəaliyət göstərən sənaye əsaslı iri və kiçik quşçuluq müəssisələrində, o cümlədən Bakı şəhərinin, Abşeron, Şabran, Xızı, Ağcabədi, Salyan və Lənkəran rayonlarının ailə təsərrüfatlarıdakı ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək.
Bundan əlavə, ölkə üzrə təsərrüfatlara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.
Monitorinqlərin aparıldığı dövr ərzində təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəlikləri üzrə müşahidələrin aparılması, xəstə və ya tələf olmuş heyvanlara rast gəlindikdə isə diaqnostik nümunələrin götürülməsi nəzərdə tutulub.
Xəbər lenti
0