DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ generalı Yerevana gəlib

© Sputnik / Alina Starostina / Mediabanka keçidYerevan, arxiv şəkli
Yerevan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2022
Abunə olmaq
Zabit Ermənistanın müdafiə naziri, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, Təhlükəsizlik Şurasının katibi ilə görüşlər keçirəcək.
BAKI, 16 noyabr — Sputnik. ABŞ-ın Avropa Komandanlığının strategiya, planlaşdırma və siyasət məsələləri üzrə direktoru general-mayor Daniel Lasika Ermənistana ikigünlük səfərə gəlib.
Bu barədə ABŞ-ın İrəvandakı səfirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, o, İrəvanda Ermənistanın müdafiə naziri Suren Papikyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Edvard Asryan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə görüşlər keçirəcək.
Görüşlərdə təhlükəsizlik sahəsində ABŞ-Ermənistan münasibətləri və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.
Xəbər lenti
0