FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

İstanbulda terror aktını törədən qadınla bağlı ilginc detallar üzə çıxıb

© AP Photo / Francisco Secoİstanbulda partlayış yerində
İstanbulda partlayış yerində - Sputnik Azərbaycan, 1920, 15.11.2022
Abunə olmaq
İstanbulda terror aktı törədən qadın 4 ay öncə başqa bir terroristlə birgə Afrindən gizlin yollarla Türkiyəyə gəlib.
BAKI, 15 noyabr - Sputnik. Noyabrın 13-də Türkiyənin İstanbul şəhərinin İstiqlal küçəsində terror aktı törədilib. Nəticədə 6 nəfər həlak olub, 81 nəfər yaralanıb. Teraktı törədən, PKK terror qruplaşmasının üzvü olduğu güman edilən Əhlam Əlbəşir saxlanılıb.
Bu gün terroru törətdikdən sonra 10 saat azadlıqda gəzən Əhlam Əlbəşirlə bağlı bir sıra detallar bəlli olub.
Məlum olub ki, terroru törədən qadın 4 ay öncə bir terroristlə birgə Afrindən gizlin yollarla Türkiyəyə gəlib. O həmin şəxslə birgə burada tekstil sektorunda çalışmağa başlayıb. Əslən suriyalı vətəndaşa məxsus evdə kirayədə qalaraq özlərini ətrafdakılara ər-arvad kimi təqdim ediblər.
Qadın bombanı qoyduğu skameykada diqqət çəkməmək üçün təxminən 45 dəqiqə oturub. Bombanın partlama vaxtına qısa müddət qaldıqda isə taksiyə minərək dərhal ərzini tərk edib. Qeyd edək ki, terrorçunun yaxalanması üçün 1200 kamera görüntüsünə nəzər yetirilib, 21 ünvana basqın edilib.
Türkiyənin kəşfiyyat xidməti əməkdaşları qadının izini tapmaq üçün ilk olaraq onun mindiyi taksinin ünvanını tapıblar. Taksi sürücüsünün ifadələri alındıqdan sonra polis hücumu həyata keçirən Əhlam Əlbəşiri Küçükçekmece Kanarya məhəlləsindəki bir evdə saxlayıb.
Hazırda polis digər terrorçunun da yaxalanması istiqamətində səylərini davam etdirir. Baş verən terror hadisəsi ilə əlaqədar artıq 48 nəfər saxlanılıb.
Əhlam Əlbəşir təxminən bir il əvvəl PKK/YPG terror təşkilatında kəşfiyyatçı kimi təlimlərə başlayıb. Kəşfiyyat təhsili alan şəxs ikili məlumatların deşifrə olunmaması üçün ağıllı telefonlar, sosial şəbəkələr üzərindən bir-birləri ilə heç bir əlaqə qurmayıblar.
Saxlanılan və hələ də axtarışda olan terrorçular terror əmrini terror təşkilatının Eyn ül-Ərəb (Kobani) şəhərindəki nümayəndələrindən alıblar. Onlar həmin terrorçularla evlərində kirayə qaldıqları şəxsin vasitəsilə əlaqə qurublar.
İndi 6 nəfərin həyatını itirdiyi, 81 nəfərin yaralandığı terror aktı ilə bağlı istintaq davam edir.
Qeyd edək ki, ötən gün Türkiyənin daxili işlər naziri Süleyman Soylu, "Amerika səfirliyinin başsağlığını rədd edirik" deyə bəyanatla çıxış edib. Türkiyə rəsmiləri terror aktını planlaşdıran şəbəkənin ABŞ tərəfindən dəstəkləndiyini güman edirlər.
Xəbər lenti
0