Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

İstanbul terrorunda ABŞ izi: Türkiyə-Rusiya əməkdaşlığı Qərbi qorxuya salıb

© AP Photo / Francisco Secoİstanbulda partlayış yerində
İstanbulda partlayış yerində - Sputnik Azərbaycan, 1920, 15.11.2022
Abunə olmaq
Bayden administrasiyasının bölgədə məqsədlərini həyata keçirmək üçün Ankaraya təsir cəhdləri hələlik heç bir nəticə verməyib.
BAKI, 15 noyabr — Sputnik. Türkiyənin həm ölkə daxilində, həm də sərhədləri xaricində terrorla mübarizəsi son illərdə effektiv şəkildə icra olunur. Buna baxmayaraq, ötən həftə sonu, noyabrın 13-də İstanbulda törədilmiş partlayış bu ölkədə 6 il sonra baş vermiş ən böyük terror hadisəsi oldu.
Nəticədə turistlərin ən sevimli küçələrindən biri olan İstiqlalda 6 Türkiyə vətəndaşı həlak oldu, daha 81 nəfər isə yaralandı.
Hadisədən dərhal sonra Türkiyə təhlükəsizlik qüvvələrinin keçirdikləri əməliyyatlar nəticəsində terror aktını törətməkdə və onunla əlaqəli olmaqda şübhəli bilənən şəxslər ələ keçirildi. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, terror aktını törədən Əhlam Əlbəşir (Ahlam Albashir) saxlanılıb. Saxlanılan şəxs PKK terror qruplaşması ilə əlaqəli olduğunu etiraf edib.
Baş vermiş dəhşətli terror hücumu ilə bağlı Türkiyəyə dünyanın bir çox ölkələrindən başsağlığı mesajları verildi, terrora qarşı mübarizədə dəstək ifadə olundu. Ən diqqət çəkən məqam isə Türkiyə rəsmiləri tərəfindən ABŞ-ın bu ölkədəki səfirinin terroru qınayan başsağlığı mesajına sərt reaksiya verilməsi oldu. Türkiyə daxili işlər naziri Süleyman Soylu "ABŞ səfirinin başsağlığı açıqlamasını qəbul etmirik və rədd edirik" dedi. Görünən odur ki, Türkiyə terrorun sifariş verildiyi ünvanı dəqiq bilir.
Unutmaq lazım deyil ki, artıq uzun müddətdir Türkiyə-ABŞ arasında gərginlik mövcuddur. Bayden administrasiyasının bölgədə məqsədlərini həyata keçirmək üçün Ankaraya təsir cəhdləri hələlik heç bir nəticə verməyib.
Türkiyə rəsmiləri terror aktını həyata keçirməkdə şübhəli bilinən şəxsin 23 yaşlı Ahlam Albaşir olduğunu açıqlayıb. Bəs Əhlam Əlbəşir kimdir? Düyünlər isə terroru törətməkdə şübhəli bilən şəxsin vasitəsilə açılmağa başlayır. Terroru törətməkdə şübhəli bilinən şəxs Əhlam Əlbəşir Türkiyənin sərhədləri yaxınlığında yerləşən Suriyanın Kobani bölgəsindəndir. Kobani Suriyanın Şimal-qərbində yerləşir. Bu bölgədə ABŞ hərbi personalı özünü Suriya Demokratik Qüvvələri kimi təqdim edən YPG (PKK-nın Suriya qolu) təşkilatı ilə birgə hərəkət edir.
Bundan əlavə, məlumdur ki, ABŞ Suriyada Bəşər Əsəd rejiminə və Ankaraya qarşı təsir rıçaqları kimi istifadə etmək üçün bölgədəki kürd yaraqlılarına vaxtaşırı hərbi təlimlər keçirir.
Türkiyənin missiyası Vaşinqtonun əleyhinədir
Görünən odur ki, Türkiyə-ABŞ münasibətlərindəki gərginlik yeni mərhələyə qədəm qoyub. Rusiya-Ukrayna münaqişəsində rəsmi Ankaranın uzlaşdırıcı mövqeyi belə görünür ki, ABŞ-ın planlarını pozur.
Xatırladaq ki, Kiyevin Qara dəniz donanmasının gəmilərinə və Sevastopol sularında mülki gəmilərə hücumundan sonra Rusiya Ukrayna limanlarından məhsulların ixracında iştirakının dayandırıldığını elan etmişdi. Bu prosesdə yenə dövriyəyə yenə Türkiyə girdi və nəticə olaraq Rusiya taxil sazişinə qayıtdı.
Bundan başqa, Qərb tərəfindən Rusiyaya və onun enerji sektoruna tətbiq edilən sanksiyalar fonunda Türkiyə enerji habına çevrilir. Moskva və Ankara ən böyük beynəlxalq qaz habını işə salır. Layihə xam neft və təbii qazın boru kəmərləri vasitəsilə nəqli ilə məşğul olan "Botas" şirkəti və "Epias" enerji birjası tərəfindən təsdiqlənib. ABŞ-ın Avropanın enerji infrastrukturunda nəzarəti ələ keçirmək istədiyi bir vaxtda bu layihə Vaşinqtonun planlarına zərbə vurur. Bu halda Türkiyənin sıradan çıxarılmasına ehtiyac yaranır. Bunun üçün nə edilməlidir? Bəli, ənənəvi qorxu, təhlükə strategiyası işə salınır. Türkiyənin təhlükəli ölkə imici yaradılaraq bu ölkə iqtisadiyyatında dirçəlişə mane olmaq, yeni layihələrin reallaşmasının qarşısını almaq üçün təşəbbüslər edilir.
Görünür ki, Türkiyə ilə bağlı oynanan oyunlar həm də mövcud Türkiyə hakimiyyətinin anti-Rusiya siyasətinə qarşı çıxması ilə bağlıdır. Türkiyə Rusiyaya yönəlmiş sanksiyalara qoşulmur. Məhz Türkiyənin vasitəçiliyi ilə keçirilən Ukrayna-Rusiya danışıqları nəticələrə nail olur. Yəni, Türkiyə hər bir halda oyunları pozur. Sabitləşmə istiqamətində addımlar atmaqla ABŞ-ın geosiyasi planlarına zərbə vurur.
Türkiyədə anti-ABŞ meyillər güclənir
Son terror hadisəsi ABŞ-Türkiyə münasibətlərini yenidən dalana dirəyib. Türkiyəli ekspertlər də qeyd edirlər ki, anti-ABŞ meyllərinin güclənməsi Türkiyə-Rusiya müttəfiqliyini daha da gücləndirir. Adı açıqlanmayan ABŞ rəsmisi "Politico" nəşrinə bildirib ki, Türkiyə Rusiya ilə rəsmi iqtisadi tərəfdaşlığa girərsə, Vaşinqton Qərb şirkətlərinə Ankara ilə iqtisadi əlaqələrini dayandırmağı və ya azaltmağı tövsiyə etməyi düşünə bilər.
ABŞ-ın ağzına baxan Aİ ölkələri də hazırkı vəziyyətdən narahatdırlar. Aİ ölkələrində inflyasiya tarixi rekordları yeniləyir. Onlar cari ildə qaz təminatı problemini həll etsələr də, növbəti illərdə bahalı enerji ilə bağlı narahatlıqlar qalmaqda davam edir.
Türkiyədə seçki öncəsi gərginlik
Gələn il Türkiyədə prezident seçkiləri keçiriləcək. Hazırkı Ərdoğan iqtidarının idarə etdiyi Türkiyə suveren siyasət yeritməklə Qərbin təkqütblü dünya yaratmaq siyasətində rol almır. ABŞ üçün Türkiyə kimi strateji əhəmiyyətə malik bir ölkədə nüfuz itkisi bu ölkədə hakimiyyət dəyişikliyinə nail olmaqla bərpa edilə bilər. ABŞ-a görə, Ərdoğan iqtidarı hakimiyyətdən getməlidir.
Terror hücumunun hədəfi həm də mövcud Türkiyə hakimiyyətinin zəiflədilməsidir. Vaşinqtonun gözləntisi odur ki, Türkiyədə seçki kampaniyasının başladığı bir vaxtda terror təxribatı Ərdoğanın da imicinə zərbə vuracaq və onu xarici siyasətdəki rolunu unudub, diqqətini ölkənin daxili problemlərinə yönəltməyə vadar edəcək.
Xəbər lenti
0