NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

OPEC-in proqnozu nefti ucuzlaşdırır

© AFP 2023 / JOE KLAMAROPEC-in mənzil-qərargahı, arxiv şəkli
OPEC-in mənzil-qərargahı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.11.2022
Abunə olmaq
Çində pandemiya ilə bağlı yoluxma hallarının artmasının neftə olan tələbatı azaldacağı ilə bağlı narahatlıqlar var.
BAKI, 15 noyabr — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşır.
London birjasında "Brent" markalı neftin qiyməti 0,55 dollar azalaraq 92,59 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,77 dollar ucuzlaşaraq 85,1 dollar olub.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 dollar və ya 1,2% azalaraq 97,29 dollar təşkil edib.
Qeyd edək ki, neftin ucuzlaşmasına səbəb Çində COVID-19-a yoluxma hallarının artmasının dünyanın ən böyük neft idxalçısının tələbatı azaldacağı ilə bağlı narahatlıqlar və OPEC-in 2022-ci il üçün qlobal tələb proqnozunu aşağı salmasıdır.
OPEC 2022-ci il üçün qlobal neft tələbi proqnozunu aprel ayından bəri 5-ci dəfə azaldıb və burada yüksək inflyasiya və artan faiz dərəcələri də daxil olmaqla iqtisadi çətinlikləri əsas gətirib.
OPEC bu il üçün qlobal neft tələbatının artımı ilə bağlı proqnozunu 0.1 milyon barel azaldaraq gündəlik 2.5 milyon barelə endirib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 dollardan götürülüb.
Xəbər lenti
0