https://sputnik.az/20221115/opec-azerbaycanda-maye-karbohidrogenlerin-hasilati-uzre-proqnozunu-azaldib-448562920.html
OPEC Azərbaycanda maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb
OPEC Azərbaycanda maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb
Sputnik Azərbaycan
OPEC-in proqnozuna görə, 2022-ci ildə sözügedən göstərici orta hesabla 700 min barel səviyyəsində olacaq 15.11.2022, Sputnik Azərbaycan
2022-11-15T11:11+0400
2022-11-15T11:11+0400
2022-11-15T11:51+0400
neft-qaz
opec
neft
neft ixrac edən ölkələr birliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0c/447369790_0:130:3178:1918_1920x0_80_0_0_2b9cf50cd2f55367f398f3d76f3d76d7.jpg
BAKI, 15 noyabr — Sputnik. Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2022-ci il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb.Bu barədə məlumat OPEC-in aylıq hesabatında yer alıb.OPEC-in proqnozuna görə, 2022-ci ildə sözügedən göstərici orta hesabla 700 min barel səviyyəsində olacaq, bu da illik müqayisədə 6 min barel azdır. Öncəki proqnoz ilə müqayisədə artım tempi üzrə proqnoz 10 min barel azaldılıb və artımdan azalmaya tərəf korrektə edilib.Hesabata əsasən, 2023-cü ildə ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 800 min barel səviyyəsində olacağı proqnozlaşdırılır, bu da illik müqayisədə 49 min barel artım deməkdir. Qeyd olunan göstərici üzrə 2023-cü il üçün proqnoz dəyişməyib.Xatırladaq ki, 2021-ci il üçün Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 740 min barel səviyyəsində olub. 2020-ci ildə Azərbaycanda ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 730 min barel olub. Bu, 2019-cu ilin göstəricisi ilə müqayisədə 60 min barel azdır (Apa).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0c/447369790_225:0:2954:2047_1920x0_80_0_0_bdbb9c0914f6ff495512dc28642431bc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
opec, neft, neft ixrac edən ölkələr birliyi
opec, neft, neft ixrac edən ölkələr birliyi
OPEC Azərbaycanda maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb
11:11 15.11.2022 (Yenilənib: 11:51 15.11.2022) OPEC-in proqnozuna görə, 2022-ci ildə sözügedən göstərici orta hesabla 700 min barel səviyyəsində olacaq
BAKI, 15 noyabr — Sputnik. Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2022-ci il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb.
Bu barədə məlumat OPEC-in aylıq hesabatında yer alıb.
OPEC-in proqnozuna görə, 2022-ci ildə sözügedən göstərici orta hesabla 700 min barel səviyyəsində olacaq, bu da illik müqayisədə 6 min barel azdır. Öncəki proqnoz ilə müqayisədə artım tempi üzrə proqnoz 10 min barel azaldılıb və artımdan azalmaya tərəf korrektə edilib.
Hesabata əsasən, 2023-cü ildə ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 800 min barel səviyyəsində olacağı proqnozlaşdırılır, bu da illik müqayisədə 49 min barel artım deməkdir. Qeyd olunan göstərici üzrə 2023-cü il üçün proqnoz dəyişməyib.
Xatırladaq ki, 2021-ci il üçün Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 740 min barel səviyyəsində olub. 2020-ci ildə Azərbaycanda ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 730 min barel olub. Bu, 2019-cu ilin göstəricisi ilə müqayisədə 60 min barel azdır (Apa).