https://sputnik.az/20221115/munaqise-sammiti-g20-gorusunden-ne-gozlemeli-448554870.html
Münaqişə sammiti: G20 görüşündən nə gözləməli
Münaqişə sammiti: G20 görüşündən nə gözləməli
Sputnik Azərbaycan
Çərşənbə axşamı İndoneziyada "Böyük iyirmiliyin" iki günlük sammiti açılır. Forum hələ başlamazdan əvvəl iştirakçıların tərkibinə və qeyri-müəyyən gündəmə görə... 15.11.2022, Sputnik Azərbaycan
2022-11-15T08:02+0400
2022-11-15T08:02+0400
2022-11-15T08:02+0400
g20
təhlil
indoneziya
sammit
g20 sammiti
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/0e/448546129_0:160:3072:1888_1920x0_80_0_0_b0d5633d6538190eb3e02eba95020651.jpg
BAKI, 15 noyabr — Sputnik, Renat Abdullin. "İyirmilik qrup"u iqtisadiyyatı ən inkişaf etmiş ölkələri bir araya gətirir. Buna görə də sammitlərdəki problemlər əsasən iqtisadi və maliyyə məsələləri ilə bağlıdır.Lakin dekabr ayına qədər qrupa sədrlik edən İndoneziya siyasi ziddiyyətləri yumşaltmaq üçün öz mövqeyindən istifadə etmək qərarına gəlib. Hələ mart ayında ABŞ Prezidenti Co Bayden Rusiyanın G20-dən çıxarılmasını təklif etmişdi, lakin İndoneziya tərəfi Vladimir Putini dəvət etdi. Ukrayna "İyirmiliyə" daxil olmasa da, tədbirə Vladimir Zelenski də dəvət olunub. O, isə Putinlə sammitdə iştirak etməyəcəyi ultimatumunu irəli sürüb. Buna baxmayaraq, Cakarta Kremlə göndərdiyi dəvəti geri çəkməyib.İndoneziya Prezidenti Coko Vidodo öz mövqeyini arqumentləşdirərək "Financial Times" qəzetinə verdiyi müsahibəsində qeyd edib ki, onun ölkəsi qrupun bütün üzvləri arasında konsensus olmadan Rusiyanı heç bir şəkildə "təcrid etmək" səlahiyyətinə malik deyil.Nəticədə, Rusiya və Ukrayna liderləri üz-üzə iştirak etməkdən imtina ediblər. Zelenski, ehtimal ki, videobağlantı vasitəsilə sammit iştirakçılarına müraciət edəcək. Buna baxmayaraq, İndoneziyanın diplomatik səylərini uğurlu hesab etmək olar. Balidə Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov başçılıq edib. Bu da Qərbin Moskvanı "İyirmiliyin" işindən çıxarmaq planlarının əsassız olduğuna daha bir sübutdur.Baydenin çabalamasıRusiyanın təcrid olunmasına nail ola bilməyən Bayden sammit ərəfəsində bir sıra ziddiyyətli mesajlar göndərib.Əvvəlcə mətbuat Ağ Evdəki mənbələrə istinadən bildirib ki, ABŞ prezidenti Balidə Putinlə Ukrayna problemini müzakirə etməyə hazırdır. Lakin sonradan həm Amerika lideri, həm də onun mətbuat katibi üzbəüz görüşdə heç bir məna görmədiklərini rəsmən bəyan ediblər.Eyni zamanda Bayden təsdiqləyib ki, Vaşinqton Brittni Qrinerin azad edilməsi ilə bağlı danışıqları davam etdirir. Amerikalı basketbolçu Rusiyada narkotik maddə daşımaqda təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib. ABŞ mətbuatı dəfələrlə yazıb ki, Ağ Ev guya Kremlə Qreyneri və dörd il əvvəl Moskvada saxlanılan keçmiş dənizçi Pol Uilanı Amerikada saxlanılan rusiyalı Viktor Boutla mübadilə etməyi təklif edib.Bayden üçün bu problem ilk baxışdan daha vacibdir."Xaricdəki vətəndaşlara dəstək məsələsi ABŞ-da prinsipial məsələdir, bu, siyasi baxımdan sərfəli cəhətdir. Bayden Qreynerin mübadiləsini hələ konqres seçkilərindən əvvəl müzakirə etmək niyyətində olub. Ancaq indi də uğurlu nəticə onun xeyrinə ola bilərdi. Lakin hər şey mübadilənin konkret şərtlərindən və dövlət liderlərinin siyasi istəyindən asılı olacaq", - deyə Rusiya Beynəlxalq Əlaqələr Şurasının direktoru Andrey Kortunov qeyd edib.Sammitdən bir həftə əvvəl Bayden Rusiya tərəfinin "daha konkret danışıqlara hazır olduğuna (Qreynerə görə.)" eyham vurub. Buna baxmayaraq, "irəliləmək üçün alternativ mümkün yollar" haqqında və onları Balidə müzakirə edilməsini ondan soruşduqda, prezident vaxtından əvvəl proqnozları verməməyi çağırıb.ABŞ Çinə tərəf üz tuturƏgər Ağ Ev həqiqətən də G20 üçün ABŞ-Rusiya gündəliyi ilə bağlı qərar verməyibsə, o zaman Asiya istiqamətində daha aydın kurs yaranır. Baydenin sözlərinə görə, o, ölkələrin daha da qarşılıqlı əlaqəsindən danışmaq üçün Çin Prezidenti Si Tszinpinlə görüşməkdə qərarlıdır. ABŞ lideri qeyd edib ki, onun mesajı Vaşinqtonun Pekinlə "münaqişə yox, rəqabət axtarışında olmasıdır".Tayvan problemindən danışan Bayden yalnız Çin lideri ilə "bunu müzakirə edəcəyini" vəd edərək kəskin ifadələrdən qaçıb.ABŞ-ın Çinlə qarşıdurmada "pauza düyməsinə basmasnı" dolayı yolla digər tərəfdən gələn siqnallar da təsdiq edir. Belə ki, nüfuzlu "South China Morning Post" nəşrinin görüş ilə bağlı ABŞ-Çin G2 formatının yaradılmasının mümkünlüyünə həsr olunmuş məqalə dərc edib. Müəlliflərin fikrincə, dünyanın indiki qütbləşməsi Vaşinqton və Pekin arasında daha sıx əməkdaşlıq zərurətini diktə edir.Bayden xüsusilə Si ilə görüşəndə ona heç bir güzəştə getməyəcəyini qeyd edib. Eyni zamanda o, hər iki liderin əvvəlkindən daha yaxşı bir-birinin mövqelərini başa düşərək sammiti tərk edəcəyinə ümid etdiyini də bildirib.Gələcəyin proqnozlarıEkspertlər hesab edirlər ki, Balidə keçirilən tədbir dönüş nöqtəsi olmayacaq. Andrey Kortunovun vurğuladığı kimi, bu, "İyirmilik qrupunun" ilk görüşlərinə bənzəyir, lakin daha dərin ziddiyyətlərə malikdir."Sammit böhran şəraitində keçirilir. G20, nəhayət, 2008-ci ilin maliyyə böhranına reaksiya olaraq, forumun dövlət başçıları səviyyəsində işləməyə başladığı zaman formalaşıb. O zaman ümumi fikir qlobal iqtisadiyyatın və maliyyənin idarə olunması prinsiplərinin yenidən qurulması olub. Ümumiyyətlə, yenidənqurma baş verməyib, çünki oyunçuların maraqları fərqli olub. İndi vəziyyət elə də yaxşı deyil, daha çox problemlər var, birlik səviyyəsi isə 14 il əvvəlkindən daha da aşağıdır", - deyə ekspert qeyd edir.Konsensusun olmamasının bir neçə səbəbi var. Birincisi, son illər ərzində ABŞ-ın mövqelərini əzən Çinin rolu xeyli artıb. İkincisi, iqtisadi sanksiyalar ənənəvi danışıqları sıxışdırıb çıxararq xarici siyasətin ümumi elementinə çevrilib. Üçüncüsü, bir çox oyunçuların yenidən bir-birinə alışması lazımdır. Məsələn, Almaniya kansleri Olaf Şolts, İtaliya Baş naziri Corciya Meloni və Böyük Britaniyanın Baş naziri Rişi Sunak üçün sammit ilk belə təcrübə olacaq. G20-nin digər üzvləri bu tərəfdaşlara uyğunlaşmalı olacaqlar. Kortunov əmindir ki, əlverişsiz geosiyasi fonda ilkin hazırlıq olmadan sıçrayışlı həllər çətin ki, mümkün olsun. Bu o demək deyil ki, "İyirmilik"də müzakirə ediləcək heç bir şey yoxdur, lakin razılaşmalar indi bütün qrup miqyasında deyil, yalnız ikitərəfli səviyyədə realdır. Politoloqun fikrincə, söhbət fundamental ümumi razılaşmalardan getsəydi, Rusiya lideri sammitdə şəxsən iştirak edərdi.MDBMİ-nin Beynəlxalq Tədqiqatlar İnstitutunun aparıcı elmi işçisi Aleksandr Orlov da hesab edir ki, indiki şəraitdə Putinin Balidə iştirak etməməsi prinsipial əhəmiyyət kəsb etmir."Bu, keçmişdə olan və gələcəkdə olacaq beynəlxalq görüşlər silsiləsindəki hadisələrdən yalnız biridir. Bu, dünyanın iqtisadi tənəzzül dövrünə qədəm qoyması ilə əlaqədardır, nə qədər dərin olduğunu təxmin etmək olar. Və bir sammitlə bu problem həll edilə bilməz", – deyə ekspert bildirib.Noyabrın 16-da keçiriləcək toplantıdan sonra "İyirmilik qrupunun" yenə də müəyyən bir kommünike yayacağı gözlənilir. Amma xarici analitiklərin dekabrın 1-də sədrliyin Hindistana keçməsi ilə bağlı gözləntiləri daha çoxdur. ABŞ-ın maliyyə naziri Canet Yellen artıq bunun dünya iqtisadi problemlərinin həllinə kömək edəcəyinə əmin olduğunu bildirib. Digər tərəfdən, Hindistanın Rusiyaya ənənəvi tərəfdaşı olduğu üçün, o cümlədən genişlənən BRİCS bloku çərçivəsində belə bir ssenari bu ölkəyə sərf edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/0e/448546129_171:0:2902:2048_1920x0_80_0_0_d5021421ecab79b3f66c80677c5a458a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
g20, indoneziya, sammit, g20 sammiti
g20, indoneziya, sammit, g20 sammiti
Münaqişə sammiti: G20 görüşündən nə gözləməli
Çərşənbə axşamı İndoneziyada "Böyük iyirmiliyin" iki günlük sammiti açılır. Forum hələ başlamazdan əvvəl iştirakçıların tərkibinə və qeyri-müəyyən gündəmə görə qalmaqallarla əhatə olunub. Baliyə kimin və nə üçün gedəcəyi haqqında daha ətraflı materialda.
BAKI, 15 noyabr — Sputnik, Renat Abdullin. "İyirmilik qrup"u iqtisadiyyatı ən inkişaf etmiş ölkələri bir araya gətirir. Buna görə də sammitlərdəki problemlər əsasən iqtisadi və maliyyə məsələləri ilə bağlıdır.
Lakin dekabr ayına qədər qrupa sədrlik edən İndoneziya siyasi ziddiyyətləri yumşaltmaq üçün öz mövqeyindən istifadə etmək qərarına gəlib. Hələ mart ayında ABŞ Prezidenti Co Bayden Rusiyanın G20-dən çıxarılmasını təklif etmişdi, lakin İndoneziya tərəfi Vladimir Putini dəvət etdi. Ukrayna "İyirmiliyə" daxil olmasa da, tədbirə Vladimir Zelenski də dəvət olunub. O, isə Putinlə sammitdə iştirak etməyəcəyi ultimatumunu irəli sürüb. Buna baxmayaraq, Cakarta Kremlə göndərdiyi dəvəti geri çəkməyib.
İndoneziya Prezidenti Coko Vidodo öz mövqeyini arqumentləşdirərək "Financial Times" qəzetinə verdiyi müsahibəsində qeyd edib ki, onun ölkəsi qrupun bütün üzvləri arasında konsensus olmadan Rusiyanı heç bir şəkildə "təcrid etmək" səlahiyyətinə malik deyil.
Nəticədə, Rusiya və Ukrayna liderləri üz-üzə iştirak etməkdən imtina ediblər. Zelenski, ehtimal ki, videobağlantı vasitəsilə sammit iştirakçılarına müraciət edəcək. Buna baxmayaraq, İndoneziyanın diplomatik səylərini uğurlu hesab etmək olar. Balidə Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov başçılıq edib. Bu da Qərbin Moskvanı "İyirmiliyin" işindən çıxarmaq planlarının əsassız olduğuna daha bir sübutdur.
Rusiyanın təcrid olunmasına nail ola bilməyən Bayden sammit ərəfəsində bir sıra ziddiyyətli mesajlar göndərib.
Əvvəlcə mətbuat Ağ Evdəki mənbələrə istinadən bildirib ki, ABŞ prezidenti Balidə Putinlə Ukrayna problemini müzakirə etməyə hazırdır. Lakin sonradan həm Amerika lideri, həm də onun mətbuat katibi üzbəüz görüşdə heç bir məna görmədiklərini rəsmən bəyan ediblər.
Eyni zamanda Bayden təsdiqləyib ki, Vaşinqton Brittni Qrinerin azad edilməsi ilə bağlı danışıqları davam etdirir. Amerikalı basketbolçu Rusiyada narkotik maddə daşımaqda təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib. ABŞ mətbuatı dəfələrlə yazıb ki, Ağ Ev guya Kremlə Qreyneri və dörd il əvvəl Moskvada saxlanılan keçmiş dənizçi Pol Uilanı Amerikada saxlanılan rusiyalı Viktor Boutla mübadilə etməyi təklif edib.
Bayden üçün bu problem ilk baxışdan daha vacibdir.
"Xaricdəki vətəndaşlara dəstək məsələsi ABŞ-da prinsipial məsələdir, bu, siyasi baxımdan sərfəli cəhətdir. Bayden Qreynerin mübadiləsini hələ konqres seçkilərindən əvvəl müzakirə etmək niyyətində olub. Ancaq indi də uğurlu nəticə onun xeyrinə ola bilərdi. Lakin hər şey mübadilənin konkret şərtlərindən və dövlət liderlərinin siyasi istəyindən asılı olacaq", - deyə Rusiya Beynəlxalq Əlaqələr Şurasının direktoru Andrey Kortunov qeyd edib.
Sammitdən bir həftə əvvəl Bayden Rusiya tərəfinin "daha konkret danışıqlara hazır olduğuna (Qreynerə görə.)" eyham vurub. Buna baxmayaraq, "irəliləmək üçün alternativ mümkün yollar" haqqında və onları Balidə müzakirə edilməsini ondan soruşduqda, prezident vaxtından əvvəl proqnozları verməməyi çağırıb.
Əgər Ağ Ev həqiqətən də G20 üçün ABŞ-Rusiya gündəliyi ilə bağlı qərar verməyibsə, o zaman Asiya istiqamətində daha aydın kurs yaranır. Baydenin sözlərinə görə, o, ölkələrin daha da qarşılıqlı əlaqəsindən danışmaq üçün Çin Prezidenti Si Tszinpinlə görüşməkdə qərarlıdır. ABŞ lideri qeyd edib ki, onun mesajı Vaşinqtonun Pekinlə "münaqişə yox, rəqabət axtarışında olmasıdır".
Tayvan problemindən danışan Bayden yalnız Çin lideri ilə "bunu müzakirə edəcəyini" vəd edərək kəskin ifadələrdən qaçıb.
ABŞ-ın Çinlə qarşıdurmada "pauza düyməsinə basmasnı" dolayı yolla digər tərəfdən gələn siqnallar da təsdiq edir. Belə ki, nüfuzlu "South China Morning Post" nəşrinin görüş ilə bağlı ABŞ-Çin G2 formatının yaradılmasının mümkünlüyünə həsr olunmuş məqalə dərc edib. Müəlliflərin fikrincə, dünyanın indiki qütbləşməsi Vaşinqton və Pekin arasında daha sıx əməkdaşlıq zərurətini diktə edir.
Bayden xüsusilə Si ilə görüşəndə ona heç bir güzəştə getməyəcəyini qeyd edib. Eyni zamanda o, hər iki liderin əvvəlkindən daha yaxşı bir-birinin mövqelərini başa düşərək sammiti tərk edəcəyinə ümid etdiyini də bildirib.
Ekspertlər hesab edirlər ki, Balidə keçirilən tədbir dönüş nöqtəsi olmayacaq. Andrey Kortunovun vurğuladığı kimi, bu, "İyirmilik qrupunun" ilk görüşlərinə bənzəyir, lakin daha dərin ziddiyyətlərə malikdir.
"Sammit böhran şəraitində keçirilir. G20, nəhayət, 2008-ci ilin maliyyə böhranına reaksiya olaraq, forumun dövlət başçıları səviyyəsində işləməyə başladığı zaman formalaşıb. O zaman ümumi fikir qlobal iqtisadiyyatın və maliyyənin idarə olunması prinsiplərinin yenidən qurulması olub. Ümumiyyətlə, yenidənqurma baş verməyib, çünki oyunçuların maraqları fərqli olub. İndi vəziyyət elə də yaxşı deyil, daha çox problemlər var, birlik səviyyəsi isə 14 il əvvəlkindən daha da aşağıdır", - deyə ekspert qeyd edir.
Konsensusun olmamasının bir neçə səbəbi var. Birincisi, son illər ərzində ABŞ-ın mövqelərini əzən Çinin rolu xeyli artıb. İkincisi, iqtisadi sanksiyalar ənənəvi danışıqları sıxışdırıb çıxararq xarici siyasətin ümumi elementinə çevrilib. Üçüncüsü, bir çox oyunçuların yenidən bir-birinə alışması lazımdır. Məsələn, Almaniya kansleri Olaf Şolts, İtaliya Baş naziri Corciya Meloni və Böyük Britaniyanın Baş naziri Rişi Sunak üçün sammit ilk belə təcrübə olacaq. G20-nin digər üzvləri bu tərəfdaşlara uyğunlaşmalı olacaqlar. Kortunov əmindir ki, əlverişsiz geosiyasi fonda ilkin hazırlıq olmadan sıçrayışlı həllər çətin ki, mümkün olsun. Bu o demək deyil ki, "İyirmilik"də müzakirə ediləcək heç bir şey yoxdur, lakin razılaşmalar indi bütün qrup miqyasında deyil, yalnız ikitərəfli səviyyədə realdır. Politoloqun fikrincə, söhbət fundamental ümumi razılaşmalardan getsəydi, Rusiya lideri sammitdə şəxsən iştirak edərdi.
MDBMİ-nin Beynəlxalq Tədqiqatlar İnstitutunun aparıcı elmi işçisi Aleksandr Orlov da hesab edir ki, indiki şəraitdə Putinin Balidə iştirak etməməsi prinsipial əhəmiyyət kəsb etmir.
"Bu, keçmişdə olan və gələcəkdə olacaq beynəlxalq görüşlər silsiləsindəki hadisələrdən yalnız biridir. Bu, dünyanın iqtisadi tənəzzül dövrünə qədəm qoyması ilə əlaqədardır, nə qədər dərin olduğunu təxmin etmək olar. Və bir sammitlə bu problem həll edilə bilməz", – deyə ekspert bildirib.
Noyabrın 16-da keçiriləcək toplantıdan sonra "İyirmilik qrupunun" yenə də müəyyən bir kommünike yayacağı gözlənilir. Amma xarici analitiklərin dekabrın 1-də sədrliyin Hindistana keçməsi ilə bağlı gözləntiləri daha çoxdur. ABŞ-ın maliyyə naziri Canet Yellen artıq bunun dünya iqtisadi problemlərinin həllinə kömək edəcəyinə əmin olduğunu bildirib. Digər tərəfdən, Hindistanın Rusiyaya ənənəvi tərəfdaşı olduğu üçün, o cümlədən genişlənən BRİCS bloku çərçivəsində belə bir ssenari bu ölkəyə sərf edir.