SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Mədət Quliyev pakistanlı nazirlə hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə edib

© Photo : Ministry of Defence Industry of AzerbaijanMədət Quliyev pakistanlı nazirlə hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə edib
Mədət Quliyev pakistanlı nazirlə hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə edib - Sputnik Azərbaycan, 1920, 15.11.2022
Abunə olmaq
Qarşılıqlı anlaşma şəraitində keçən görüş zamanı hər iki nazir Azərbaycan - Pakistan Hökumətlərarası Birgə Komissiyasının həmsədrləri olaraq maraq doğuran məsələlər haqda danışıb, hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
BAKI, 15 noyabr — Sputnik. Azərbaycan müdafiə sənayesi naziri Mədət Quliyev pakistanlı nazirlə hərbi-texniki əməkdaşlığı perspektivlərini müzakirə edib.
Bu barədə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, M.Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasının Kəraçi şəhərində keçirilən "IDEAS 2022" 11-ci Beynəlxalq Müdafiə Sərgisində iştirak edir.
Noyabrın 15-dən 18-dək davam edəcək mötəbər tədbirə dünyanın 57-dən çox ölkəsindən 300-dən çox nümayəndə heyəti qatılıb. "IDEAS 2022" Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimində iştirak edən M.Quliyev stendləri ziyarət edib, o cümlədən qardaş Türkiyənin Müdafiə Sənayesi Komitəsinin stendi ilə tanış olub, nümayəndə heyəti ilə görüş keçirib.
Görüşdə mövcud əməkdaşlığın inkişaf perspektivləri və digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.
Daha sonra M.Quliyev Pakistanın Müdafiə İstehsalı üzrə federal naziri Məhəmməd İsrar Tarin ilə görüşüb.
Qarşılıqlı anlaşma şəraitində keçən görüş zamanı hər iki nazir Azərbaycan - Pakistan Hökumətlərarası Birgə Komissiyasının həmsədrləri olaraq maraq doğuran məsələlər haqda danışıb, hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Qeyd edək ki, sərgi çərçivəsində müdafiə sənayesi naziri M.Quliyevin Pakistanın dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və aparıcı şirkətlərin təmsilçiləri ilə görüşləri də nəzərdə tutulub (Report).
Xəbər lenti
0