https://sputnik.az/20221115/g20-de-bok-prezidenti-olkeleri-siyasilesmeye-deyil-idman-neytralligina-cagirib-448587454.html
G20-də BOK prezidenti ölkələri siyasiləşməyə deyil, "idman neytrallığına" çağırıb
G20-də BOK prezidenti ölkələri siyasiləşməyə deyil, "idman neytrallığına" çağırıb
Sputnik Azərbaycan
Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Tomas Bax qeyd edib ki, ölkələr idmanı siyasiləşdirsələr, o, artıq dünyanı birləşdirən körpü ola bilməz. 15.11.2022, Sputnik Azərbaycan
2022-11-15T22:57+0400
2022-11-15T22:57+0400
2022-11-15T22:57+0400
g20
siyasət
bok
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/0f/448587245_0:0:3072:1728_1920x0_80_0_0_ecfe0bf21aa97705e65cc77b3c77a3ca.jpg
BAKI, 15 noyabr — Sputnik. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax idmanın siyasiləşməsini pisləyib. O, G20 liderlərini Bali sammitinin nəticələrinə dair birgə bəyanata "İdman neytrallığı" maddəsini daxil etməyə çağırıb.Noyabrın 15-16-da İndoneziyanın Bali adasında G20 sammiti keçirilir.Çərşənbə axşamı G20 liderlərinin şam yeməyinin əvvəlində İndoneziya Prezidenti Coko Vidodo sözü Baxa verib. BOK prezidenti G20 liderlərinə nitqlə müraciət edərək qeyd edib ki, COVID-19 pandemiyası idmanın nə qədər vacib olduğunu və onun həyatları xilas edə biləcəyini sübut edib."Pandemiyanın ən qızğın vaxtında Tokio və Pekində keçirilən Olimpiya Oyunları bütün dünyaya ümid verdi" – deyə Bax qeyd edib. O, BOK-un bütün dünyanı idman vasitəsilə birləşdirməyə cəhd etdiyini vurğulayıb.Bununla belə, təşkilat prezidentinin fikrincə, Olimpiada "bütün dünyanı yalnız o halda birləşdirə bilər ki, orada bütün dünyadan idmançılar iştirak etsin".Bax bəyan edib ki, əgər əvvəllər Olimpiya Komitəsi üçün problem pandemiya idisə, hazırda Ukraynadakı vəziyyətdir."Ölkələr arasında keçmişdə baş vermiş digər münaqişələrdən fərqli olaraq, bu dəfə bəzi ölkələr siyasi səbəblərə görə idmançıların Olimpiya Oyunlarında iştirakından imtina etmək hüququna malik olduqlarına qərar veriblər. İdman siyasi təsir alətinə çevrilərsə, tamamilə darmadağın olacaq". "İdmanın mahiyyəti ondan ibarətdir ki, qərarlar başqa heç nəyə deyil, yalnız idman nəticələrinə əsasən qəbul edilməlidir", - deyə BOK rəhbəri vurğulayıb.Bax əlavə edib ki, ölkələr idmanı siyasiləşdirsələr, o, artıq dünyanı birləşdirən körpü ola bilməz."Olimpiya oyunlarında bütün ölkələrin, o cümlədən, xüsusən də münaqişədə olanların iştirak etməsi zəruridir. Yalnız müttəfiq ölkələr iştirak etsə, Olimpiya Oyunlarından əsl sülh simvolu olmayacaq. Bəşəriyyətin birləşmək imkanları onsuz da çox deyil. Sizdən, G20 liderlərindən xahiş edirəm ki, mənim sülh çağırışımı eşidin və ona şans verin. Zəhmət olmasa, idmana bitərəfliyinizi sammitin yekunlarına dair birgə bəyanata daxil edin", - deyə planetin əsas idman təşkilatının prezidenti bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/0f/448587245_318:0:3049:2048_1920x0_80_0_0_86ed0fb1e67482d12c50d97420475fb7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
g20, bok
G20-də BOK prezidenti ölkələri siyasiləşməyə deyil, "idman neytrallığına" çağırıb
Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Tomas Bax qeyd edib ki, ölkələr idmanı siyasiləşdirsələr, o, artıq dünyanı birləşdirən körpü ola bilməz.
BAKI, 15 noyabr — Sputnik. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax idmanın siyasiləşməsini pisləyib. O, G20 liderlərini Bali sammitinin nəticələrinə dair birgə bəyanata "İdman neytrallığı" maddəsini daxil etməyə çağırıb.
Noyabrın 15-16-da İndoneziyanın Bali adasında G20 sammiti keçirilir.
Çərşənbə axşamı G20 liderlərinin şam yeməyinin əvvəlində İndoneziya Prezidenti Coko Vidodo sözü Baxa verib. BOK prezidenti G20 liderlərinə nitqlə müraciət edərək qeyd edib ki, COVID-19 pandemiyası idmanın nə qədər vacib olduğunu və onun həyatları xilas edə biləcəyini sübut edib.
"Pandemiyanın ən qızğın vaxtında Tokio və Pekində keçirilən Olimpiya Oyunları bütün dünyaya ümid verdi" – deyə Bax qeyd edib. O, BOK-un bütün dünyanı idman vasitəsilə birləşdirməyə cəhd etdiyini vurğulayıb.
Bununla belə, təşkilat prezidentinin fikrincə, Olimpiada "bütün dünyanı yalnız o halda birləşdirə bilər ki, orada bütün dünyadan idmançılar iştirak etsin".
Bax bəyan edib ki, əgər əvvəllər Olimpiya Komitəsi üçün problem pandemiya idisə, hazırda Ukraynadakı vəziyyətdir.
"Ölkələr arasında keçmişdə baş vermiş digər münaqişələrdən fərqli olaraq, bu dəfə bəzi ölkələr siyasi səbəblərə görə idmançıların Olimpiya Oyunlarında iştirakından imtina etmək hüququna malik olduqlarına qərar veriblər. İdman siyasi təsir alətinə çevrilərsə, tamamilə darmadağın olacaq". "İdmanın mahiyyəti ondan ibarətdir ki, qərarlar başqa heç nəyə deyil, yalnız idman nəticələrinə əsasən qəbul edilməlidir", - deyə BOK rəhbəri vurğulayıb.
Bax əlavə edib ki, ölkələr idmanı siyasiləşdirsələr, o, artıq dünyanı birləşdirən körpü ola bilməz.
"Olimpiya oyunlarında bütün ölkələrin, o cümlədən, xüsusən də münaqişədə olanların iştirak etməsi zəruridir. Yalnız müttəfiq ölkələr iştirak etsə, Olimpiya Oyunlarından əsl sülh simvolu olmayacaq. Bəşəriyyətin birləşmək imkanları onsuz da çox deyil. Sizdən, G20 liderlərindən xahiş edirəm ki, mənim sülh çağırışımı eşidin və ona şans verin. Zəhmət olmasa, idmana bitərəfliyinizi sammitin yekunlarına dair birgə bəyanata daxil edin", - deyə planetin əsas idman təşkilatının prezidenti bildirib.