https://sputnik.az/20221115/fransa-senati-azerbaycana-qarsi-qetname-qebul-edib-448599633.html
Fransa Senatı Azərbaycana qarşı qətnamə qəbul edib
Fransa Senatı Azərbaycana qarşı qətnamə qəbul edib
Sputnik Azərbaycan
Layihə müəllifləri "Azərbaycan və onun tərəfdaşlarının Ermənistanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməsini, həmçinin bütün erməni hərbi əsirlərin... 15.11.2022, Sputnik Azərbaycan
2022-11-15T21:28+0400
2022-11-15T21:28+0400
2022-11-15T21:31+0400
azərbaycan xəbərləri
senat
fransa senatının qətnaməsi
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/1a/425571579_0:0:3072:1728_1920x0_80_0_0_fa7569e936e14ea623d8d90ca0db73be.jpg
BAKI, 15 noyabr - Sputnik. Fransa Senatı Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qətnamə qəbul edib.APA xəbər verir ki, Senat Fransa Konstitusiyasının 34-1-ci maddəsini rəhbər tutaraq Azərbaycana qarşı sanksiya tətbiq edilməsinə dair qanun layihəsini müzakirəyə çıxarıb və qəbul edib.İclasda iştirak edən 296 nəfərdən 295-i layihənin lehinə, 1 nəfər əleyhinə səs verib.Qətnamə layihəsində "Azərbaycanın Ermənistan ərazisindən və Laçın dəhlizindən çəkilməsi" tələb olunub.Layihə müəllifləri "Azərbaycan və onun tərəfdaşlarının Ermənistanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməsini, həmçinin bütün erməni hərbi əsirlərin qaytarılmasını" tələb edirlər."Azərbaycan hökumətindən 4 yanvar 1969-cu il tarixli hər növ Diskriminasiyanı Qadağan edən Konvensiyaya uyğun olaraq erməni əhalisinin, erməni dini və mədəni mirasının mühafizəsi üçün tədbir görmək" tələb edilir.Bununla yanaşı, Fransa hökumətinə "Dağlıq Qarabağda humanitar büro açmaq" təklif edilir.Təkliflər arsında qondarma "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyinin tanınması da yer alır.Eyni zamanda, Fransa hökumətindən Qafqazda sülhün bərqərar olması üçün Azərbaycanla diplomatik prosesə başlamaq tələb olunur.Ermənistan-Azərbaycan sərhədində beynəlxalq statuslu sülhməramlı qüvvələrin yerləşdirilməsi də təkliflər arasında var.Qeyd edək ki, Fransa uzun müddətdir ki, Ermənistanın işğalçılıq siyasətini dəstəkləyir və onu pozuculuq fəaliyyətində həvəsləndirir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/1a/425571579_179:0:2910:2048_1920x0_80_0_0_f7a3ef413168b0fd7a4e7c2c076a759d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
senat, fransa senatının qətnaməsi
senat, fransa senatının qətnaməsi
Fransa Senatı Azərbaycana qarşı qətnamə qəbul edib
21:28 15.11.2022 (Yenilənib: 21:31 15.11.2022) Layihə müəllifləri "Azərbaycan və onun tərəfdaşlarının Ermənistanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməsini, həmçinin bütün erməni hərbi əsirlərin qaytarılmasını" tələb edirlər.
BAKI, 15 noyabr - Sputnik. Fransa Senatı Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qətnamə qəbul edib.
APA xəbər verir ki, Senat Fransa Konstitusiyasının 34-1-ci maddəsini rəhbər tutaraq Azərbaycana qarşı sanksiya tətbiq edilməsinə dair qanun layihəsini müzakirəyə çıxarıb və qəbul edib.
İclasda iştirak edən 296 nəfərdən 295-i layihənin lehinə, 1 nəfər əleyhinə səs verib.
Qətnamə layihəsində "Azərbaycanın Ermənistan ərazisindən və Laçın dəhlizindən çəkilməsi" tələb olunub.
Layihə müəllifləri "Azərbaycan və onun tərəfdaşlarının Ermənistanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməsini, həmçinin bütün erməni hərbi əsirlərin qaytarılmasını" tələb edirlər.
"Azərbaycan hökumətindən 4 yanvar 1969-cu il tarixli hər növ Diskriminasiyanı Qadağan edən Konvensiyaya uyğun olaraq erməni əhalisinin, erməni dini və mədəni mirasının mühafizəsi üçün tədbir görmək" tələb edilir.
Bununla yanaşı, Fransa hökumətinə "Dağlıq Qarabağda humanitar büro açmaq" təklif edilir.
Təkliflər arsında qondarma "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyinin tanınması da yer alır.
Eyni zamanda, Fransa hökumətindən Qafqazda sülhün bərqərar olması üçün Azərbaycanla diplomatik prosesə başlamaq tələb olunur.
Ermənistan-Azərbaycan sərhədində beynəlxalq statuslu sülhməramlı qüvvələrin yerləşdirilməsi də təkliflər arasında var.
Qeyd edək ki, Fransa uzun müddətdir ki, Ermənistanın işğalçılıq siyasətini dəstəkləyir və onu pozuculuq fəaliyyətində həvəsləndirir.