DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan müxalifəti küçələrdən parlamentə yığışıb

© AFP 2023Yerevanda etiraz aksiyası
Yerevanda etiraz aksiyası - Sputnik Azərbaycan, 1920, 15.11.2022
Abunə olmaq
"Ermənistan" müxalifət fraksiyasının deputatı indiki hakimiyyəti "dövlətçiliyə və ermənilərə təhlükə" adlandırıb.
BAKI, 15 noyabr — Sputnik. Ermənistan müxalifəti aylarla davam edən boykotdan sonra parlamentin plenar iclasında iştirak edir. Bu barədə RİA Novosti xəbər verir.
"Biz bu hakimiyyətin dağıdıcı siyasətinə qarşı küçədə mübarizə apardığımız üçün uzun müddətdir ki, iclasları boykot etdik. İndi küçədə müvəqqətə fasilə yaranıb və biz parlamentin imkanlarından tam istifadə edəcəyik. Öz gündəmimizlə geri qayıtdıq", - "Ermənistan" müxalifət fraksiyasından olan deputat Aqvan Vardanyan parlamentdəki çıxışında deyib.
O, indiki hakimiyyəti "dövlətçiliyə və ermənilərə təhlükə" adlandırıb. "Biz dağıdıcı prosesin dönməzliyini dayandırmaq üçün buradayıq", - deputat bildirib.
Aprel ayından etibarən Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə kütləvi etiraz aksiyaları keçirir. Paşinyanın əleyhdarları onun Azərbaycana yeni güzəştlər etməyə çalışdığını hesab edir və bu planlarını dayandırmaq niyyətində olduqlarını bəyan edirlər.
Xatırladaq ki, bu ilin fevralın 25-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb etməsilə ölkədə vəziyyət qarışıb. Baş Qərargah rəisi Onik Qasparyan, onun bütün müavinləri, bütün böyük hərbi birliklərin idarə rəhbərləri və komandirləri buna dair bəyanat imzalayıblar. Buna cavab olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb və Qasparyanın qovulmasını tələb edib.
Ermənistan Prezidenti Armen Sarkisyan Baş Qərargah rəisi Onik Qasparyanın istefası barədə qərarı özünün əsaslandırmalarını da qeyd edərək Baş nazir Nikol Paşinyana qaytarıb. Onun bu qərarını Yerevanda, parlament önündə mitinq edən Paşinyan əleyhdarları alqışlarla qarşılayıblar. Üstündən yarım saat keçməmiş Nikol Paşinyan qərarı yenidən Armen Sarkisyana göndərib.
Müxalifətin digər nümayəndəsi, daşnak İşxan Saqatelyan isə bildirib ki, Nikol Paşinyan istefa verənə qədər parlamentin önünü tərk etməyəcəklər.
Xəbər lenti
0