CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bütün media orqanları media reyestrinə müraciət etməlidirmi?

Qəzet - Sputnik Azərbaycan, 1920, 15.11.2022
Abunə olmaq
Media Reyestri fəaliyyətə başladıqdan 6 ay sonra Qanunun 78.3-cü maddəsi öz hüquqi qüvvəsini itirir, bu tarixdən sonra Qanunun 62.2-ci maddəsi yaranma tarixindən asılı olmayaraq bütün media subyektlərinə münasibətdə tətbiq edilir.
BAKI, 15 noyabr — Sputnik. Media Reyestrinə bütün media subyektlərinin müraciət etməli olub-olmadığı məsələsinə aydınlıq gətirilib.
Medianın İnkişafı Agentliyinin (MEDİA) Kommunikasiya şöbəsinin müdiri - mətbuat katibi Səidə Şəfiyeva deyib ki, "Media haqqında" Azərbaycan Respublikası Qanununun 78.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri Media Reyestri formalaşdığı tarixdən 6 ay müddətində "Media Reyestrinin aparılması Qaydaları"na uyğun olaraq Medianın İnkişafı Agentliyinə müraciət etməlidir.
"Qeyd olunan müddəa keçid müddəa statusundadır və Qanun qüvvəyə minənə qədər artıq fəaliyyət göstərən media subyektlərinin hüquqi vəziyyəti ilə yeni yaranacaq media subyektlərinin hüquqi vəziyyətinin balanslaşdırılması xarakteri daşıyır. Media Reyestri fəaliyyətə başladıqdan 6 ay sonra Qanunun 78.3-cü maddəsi öz hüquqi qüvvəsini itirir və bu tarixdən sonra Qanunun 62.2-ci maddəsi yaranma tarixindən asılı olmayaraq bütün media subyektlərinə münasibətdə tətbiq edilir", - o əlavə edib. (Apa)
Xəbər lenti
0