CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İranın məqsədi Azərbaycanda özünə casus şəbəkəsi yaratmaqdır - Deputatdan ilginc açıqlama

© AP Photo / Vahid Salemi, Fileİran bayrağı, arxiv şəkli
İran bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.11.2022
Abunə olmaq
Deputat deyir ki, xarici ölkələrdə təhsil alanların həmin dövlətlərin xüsusi xidmətlərinə işləyib-işləmədiyini araşdırmaq Dövlət Təhlükəsizlik Xidmətinin işidir.
BAKI, 15 noyabr — Sputnik. Dövlət Təhlüksizlik Xidmətinin xaricdə dini təhsil almış casus şəbəkəsini işfa etməsindən sonra belə şəxslərin din xadimi təyin olunmasına da məhdudiyyətlərin qoyulması nəzərdə tutulub.
Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda bundan sonra da xarici dairələrin təsirlərinə məruz qalmayan şəxslərin din xadimi təyin olunmasına üstünlük veriləcək. Xaricdə dini təhsil almış şəxslərin Azərbaycanda müxtəlif dini vəzifələrdə çalışmasına aydınlıq gətirən S.Heydərov söyləyib ki, qanuna əsasən milli kadrlara üstünlük verilir.
"Eyni zamanda qanunda xaricdə dini təhsil almış şəxslərin din xadimi kimi fəaliyyət göstərməsinə müəyyən məhdudiyyət var, ancaq istisna hallarda xüsusi yoxlamadan keçdikdən sonra müsbət rəy olduğu halda onları din xadimi təyin edirik. Bundan sonra da biz sağlam düşüncəli, yəni təsirlərə məruz qalmayanların din xadimi təyin olunmasını planlaşdırırıq", - sədr müavini vurğulayıb.
Xaricdə dini təhsil almış şəxslərin rəsmi qurumlara din xadimi təyin olunmasını nəzərdə tutan məhdudiyyətlər birmənalı qarşılanmır.
Xaricdə dini təhsil almış ilahiyyatçı Elşad Miri Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son illər ölkəmizdə xaricdə təhsil almış kadrlara üstünlük verilir. Onun sözlərinə bunun fonunda xaricdə ancaq dini təhsil almış şəxslərə məhdudiyyətlərin tətbiq edilməsi düzgün deyil:
"Bunu konkretləşdirmək lazımdır. Hazırda dövlət idarəçiliyində xaricdə təhsil almış kadrlara daha çox üstünlük verilir. Belə olan halda xaricdə ancaq dini təhsil almış şəxslərə qarşı bu məhdudiyyətin qoyulması başa düşülən deyil. Çünki, Azərbaycanda əvvəllər dini təhsil anlayışı olmayıb. Ölkəmiz 70 il Sovet İttifaqının tərkibində olub. Bu dövrlərdə ölkəmizdə dinin geniş vüsət almasına imkan verilməyib. Heç həmin dövrdə xaricdə təhsil imkanı da olmayıb. Eyni zamanda bu gün ölkəmizdə fəaliyyət göstərən İlahiyyat İnstitutunun rektorundan müəllimlərinə qədər hamısı xaricdə dini təhsil alıblar. Onda bu məntiqlə onlardan da imtina etməliyik. Amma bu qadağa müəyyən yollarla İranda, mədrəsə tipli yerlərdə, Qum hövzəsində dini təhsil almış şəxslərə tətbiq ediləcəksə, bu başqa məsələ... Buna haqq vermək olar".
© Photo : Facebook / Facebook / elshadmiriElşad Miri
Elşad Miri - Sputnik Azərbaycan, 1920, 15.11.2022
Elşad Miri
E.Miri həmçinin qeyd edib ki, xaricdə dini təhsil almış şəxslər arasında vətənpərvər, millətini, dövlətini sevən şəxslər də az deyil:
"Bunu sadəcə qiymətləndirmək lazımdır. Gəlin görək ölkəmizdəki məscidlərdə çalışanların hamısı ölkəmizdə dini təhsil alanlardırmı? Təbii ki, yox! Hətta Bakı Dövlət Universitetinin İlahiyyat fakultəsində dərs keçən müəllimlərin özləri də xaricdə, Türkiyədə dini təhsil alanlardır. Ona görə də bu məsələlər düzgün analiz edilməli, birmənalı hamıya şamil olunmamalıdır. Azərbaycanın Türkiyədə dini təhsil almış millət vəkilləri var. Onların nə qədər vətənini, millətini sevdiyinin hər birimiz şahidiyik".
Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin Beynəlxalq İslama Dəvət Kollecinin məzunu, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin din xadimləri seçimində milli kadrlarlara üstünlük verməsini alqışlayır.
Deputat deyib ki, Azərbaycanda İlahiyyat İnstitutu fəaliyyət göstərir. İlahiyyat İnstutunun hazırladığı kadrların sayı imkan verir ki, din xadimləri məhz onların arasından təyin olunsun. C.Məmmədovun fikrincə, xaricdə dini təhsil alanların əksəriyyəti kənar təsirlərə məruz qalır:
"Biz bu prosesə başlamalıyıq. Başlamasaq olmazdı. Bizi ən çox narahat edən İranda dini təhsil alan tələbələrdir. Onların böyük əksəriyyəti ideoloji təbliğata məruz qalır. Onlar təhsillərini başa vurub ölkəmizə geri qayıtdıqda İranın ideoloji təbliğatını aparırlar. Ona görə də milli dini kadrlara üstünlük verilməsi ənənəsinə başlanılması vacib idi".
© Photo : © Aİİ Mətbuat xidmətiMilli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov
Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov - Sputnik Azərbaycan, 1920, 15.11.2022
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov
C.Məmmədov deyir ki, Azərbaycanda Türkiyədə dini təhsil almış şəxslər də var. Amma Türkiyədə dini təhsil dünyəvidir: "Biz İranda və Türkiyədə dini təhsil alanların ayrılmasınən tərəfdarı deyilik. Harada təhsil almasından asılı olmayaraq milli kadrlarımız mərhələli şəkildə yerləşdiriləcək".
Deputat deyir ki, hansı xarici ölkədə təhsil alanların həmin dövlətlərə xidmət elədiyini araşdırmaq isə Dövlət Təhlükəsizlik Xidmətinin işidir:
"Biz Türkiyə ilə strateji müttəfiqik. Türkiyədə təhsil daha dünyəvidir. İranda isə məqsədli şəkildə bu iş aparılır. Biz müstəqil olduqdan sonra ehtiyac vardı ki, azərbaycanlılar gedib xaricdə təhsil alsınlar. Onların içərisindən xarici təsirlərə məruz qalmayanlar bu gün müxtəlif sahələrdə fəaliyyət göstərirlər.
Biz birmənalı şəkildə deyə bilmərik ki, xaricdə dini təhsil alanların hamısı casusdur. Amma təcrübə göstərir ki, İranda oxuyanların böyük əksəriyyəti bu təsirlərə məruz qalırlar. İranın yanaşması sırf dini təhsil vermək deyil. Həm də Azərbaycanda özlərinə casus şəbəkəsi yaratmaqdır. Bu baxımdan özümüzün milli kadrlardan istifadə etməyimiz vacibdir. Bütün dövlətlər öz kadrlarını yetişdirirlər. Azərbaycan da bu istiqamətdə işlərə başlayıb. Biz bu addımı mütləq atmalıydıq".
DTX emblemi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.11.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
DTX İranın yaratdığı casus şəbəkəsini ifşa etdi - VİDEO
Xəbər lenti
0